Vüqar Yusubov və " Təbriz " qrupu - Unutmayın

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Musiqi: "Təbriz"
    Söz: Füzuli Sabiroğlu
    Dağlar, sizdən ayrılıram,
    Çöllər, məni unutmayın.
    Zəmilərə sığal çəkən
    Yellər, məni unutmayın.
    Qoynunuzda dolaşmışam,
    Tozunuza bulaşmışam,
    Sinənizdə qalan daşam,
    Yollar, məni unutmayın.
    Şehli-şehli dərəmmədim,
    Bir gözələ verəmmədim,
    Bəlkə, bir də görəmmədim,
    Güllər, məni unutmayın.
    Mən vurğunam saza, sözə,
    Çatacaqmı səsim sizə?
    Köklənmişəm səsinizə,
    Sellər, məni unutmayın.
    Füzulisiz ayna bulaq,
    Sənə qalır sərin yaylaq.
    Yaman olur unudulmaq,
    Ellər, məni unutmayın.

Комментарии • 33