Keysəriyyə ilə dünyaya gəldi - Əməliyyat videosu

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • tel: +994 50 797 17 07
    İnstagram: dreminhaqverdiyev
    Digər RUclips kanalımız: / @yorgunginekoloq327
    Keysəriyyə əməliyyatı (Qeyseriyye, Kesar, Sezarian) planlı və təcili ola bilər. Planlı əməliyyat adətən hamiləlik vaxtı təyin olunur: göstərişə görə və ya ananın arzusuyla. Təcili keysəriyyə əməliyyatı haqda qərar təbii doğuş ağırlaşdıqda və ya təcili tədbirlər tələb edən hallar (dölün kəskin hipoksiyası, ciftin ayrılması) yarandıqda qəbul edilir.
    Keysəriyyə əməliyyatına göstərişlər mütləq və nisbi olur. Mütləq ona deyilir ki, həkim bu zaman şübhəsiz əməliyyat təyin edir, təbii doğuş barədə isə heç bir söhbət ola bilməz. Belə göstərişlər aşağıdakılardır:
    Hamilədə dar çanaq. Belə anatomik xüsusiyyərlə qadın özü sərbəst doğa bilməz, belə ki, uşağın doğuş yollarından keçməsində problemlər yaranacaq. Bu xüsusiyyət artıq hamilə qeydiyyata götürülən zaman bəlli olur və qadın lap əvvəldən cərrahi yolla doğuşa hazırlaşır.
    Dölün doğuş yollarından keçməsini əngəllədən digər mexaniki maneələr. Bu ola bilər:
    çanaq sümüklərinin deformasiyası;
    yumurtalıqların şişləri;
    cift gəlişi (cift yerində deyil, uşaqlıq boynunda yerləşib dölün keçməsinə maneə yaradır);
    uşaqlıq miomasının bəzi formalarında.

Комментарии •