Qızım (şeir) - Sona Novruzova

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024
  • Qızım
    Müəllif: Sona Novruzova
    Xoş gəldin,qızım,sən həyatıma
    İlk "ana" sözün yazıb adıma
    Bügünkü kimi yaxşı yadımda
    Açdın gözünü sən qucağımda
    Diqqətlə baxıb biraz dayandın
    Baxışınla sən məni tanıdın
    Sonra yenidən gözünü yumdun
    Sənin sehrindən mən ovsunlandım.
    Yup-yumru əlin,girdə sifətin
    Qonur gözlərin qoy təsvir edim
    Yay istisində gəldin dunyaya
    Bənzərin vardi göydəki aya
    Yayin istisin öturdün mənə
    O istiliyi qaytardım sənə.
    Balaca canda bir dünya vardı
    Ana qəlbimi sevgi sarıdı
    Baxıb mənə sən çox əl-qol atdın
    Yorulub axır mışılca yatdın.
    Çox illər kecib indi o vaxtdan
    Göz qırpımıtək otüsdü zaman.
    İndi bir ana yatır qəlbində
    Bir ana isə sənin dilində
    Hər ikisinə qəlbin titrəyir
    Onlardan sənə xos ətir dəyir
    Ana balaın müqəddəs andı
    Bala anaya şöhrətdi,şandı.
    Ana baladan yaman narahat
    Bala xoşbəxtsə olur çox rahat.
    Ana və bala-qoşadır bu ad
    Hər cur ləzzətdən öndədir bu dad.
    Dünya qocadır,sevgi təzədir
    Qoca dunyanı sevgi bəzədir
    Qoşa sevgini tarix yasadır
    Belə sevginin ömrü başadır.
    26.07.2020
    #şeir #şeirlər #yenişeir #yenişeirlər #sonanovruzova #qızım #anaqız #anabala #azərbaycan #ədəbiyyat #poeziya #musiqilişeir

Комментарии •