Dünyanı kəşf et (26 Seasons) Season 24: E1 Peru
HTML-код
- Опубликовано: 9 фев 2025
- Dünyanı kəşf et (Season 24)
Dunyani kesf et
Dunyani keshf et
Peru
IG: pirimustafa_music / pirimustafa_music
Tiktok: piri_mustafa www.tiktok.com...
Facebook: Piri Mustafa / musicpirimustafa
Perudan bütün Azərbaycana salamlar. Cənubi amerikanın 3-cü ən böyük ölkəsi və İnka sivilizsiysının beşiyi olan Peruya səyahət etdim və sizlərə səyahətim ərzində gördüyüm 6 ən maraqlı məkan haqqında danışacam.
Cənubi Amerikanın şimalında Sakit okeanının sahillərində yerləşən Peruda 32 milyon insan yaşayır. Ölkə öz müxtəlifliyi ilə seçilir, qərb hissədə sakit okean sahili quraq düzənliklər və səhralar, nisbeten sherqde And dağı zirvələri, shimal sherqde ise isə Amazon meşələri. Peru həm də ən qədim insan sivilizasiyasının mövcud olduğu ölkələrdən biridir. Burdakı ilk sivilizasiya izləri eramızdan əvvəl 10-cu minilliyə aiddir. Peruda Kolumbdan əvvəl mövcud olan ən qüdrətli dovlet isə İnkaların sivilizsiyasi olub. İnkaların imperiysı Avropalıların gəlişindən əvvəl Amerikada mövcud olan ən böyük dövlət olub və bu haqqda bir qədər sonra ətraflı danışacam.
Perunun iqlimi də coğrafi regionlara əsasən dəyişir. Sakit okean sahillərində iqlim mülayim, And dağlarından nisbətən soyuq, Amazon meşələrində isə rütubətli və nisbətən isti olur. Demoqrafiyaya gəldikdə isə, əhalinin 60%-i metizlərdən ibarətdir. Yerli irqlərin nümayəndələri 22%, ağlar isə 6% təşkil edir.
Peru həqiqətən də müxtəlifliyi ilə seçilir və ona görə yalnız bir şəhərə səyahət etməklə bu müxtəlifliyi çatdırmaq mümkün deyil. Ona görə mən də Peruya səyahətim ərzində bir neçə şəhəri və maraqlı məkanları, o cümlədən dünyanın yeni 7 möcuzəsindən biri olan Machu Picchunu ziyarət etdim və indi sizlərə seçdiyim 6 ən maraqlı məkan haqqında danışacam. Gəlin başlayaq.
Çox keyfiyyətli və maraqlı! Təşəkkür edirəm!
Cox gozel paylasimlariniz var maraqli
Əla qardaş
Paylaşdığınız məzmunu çox bəyənirəm. Çox yaxşı və əlaqəlidir. Səyahət etdiyiniz hər bir ölkənin iqtisadi vəziyyəti haqqında daha çox məlumat paylaşa biləcəyinizi ümid edirəm.
kanaliniz olduqca maraqli ve faydalidir. Tesvir etme bacariginiz ise yuksek seviyyede 👍🏻👍🏻👍🏻
Kanalınız çox gözəl və faydalıdır. Təsvir etmək qabiliyyəti əladır.Ölkələrin həyatı haqqında da bir az məlumat əlavə etsəniz çox yaxşı olardı. Sizə çoxlu uğurlar arzulayıram
İlk səyahət videolarınızdan başlayaraq hər bir videonuzu izləmişəm. Videolarınız və təqdimatınız mükəmməl səviyyədə inkişaf yolu keçib. Tələbələrimə məsləhət gördüyüm tək Azərbaycanlı bloggersiniz. Bir az da getdiyiniz ölkələrin ekonomik vəziyyəti haqqında məlumatlar da əlavə etsəniz əla olardı. Bol uğurlar və səyahətlər arzu edirəm sizə.
Dunya olkələrinə verilisiniz vasitəsi ilə səyəhət etmək adama cox ləzzət verir.Cox maraq dogurur.Aparicinin savadli və hərtərəfli biliyə malik olmasi verilisi daha maraqli edir.Cox sag olun !
Piri, maşallah nə qədər mükəmməl bir səyyah işi nümayiş etdirirsən! Gözəl süjet xətti, valehedici mənzərələr, səlis nitq, bol və zəngin məzmunlu informasiya yüksək texnika, zövq və fiziki hazırlıq tələb edən çəkilişlər. Yeganə köməkçin bircə drondur, amma, elə bil, 3-4 nəfərlik komanda işləyib! Bəlkə mən valideyin olduğumdan yaradıcılıq fəaliyyətinə valeh olmuşam? Amma, hər halda, bir ata kimi, fəxr edirəm, fərəhlənirəm! Səni izləyən hər kəsə də, övladla fərəh hissi keçirməsini arzu edirəm! Uğurların bol olsu, oğul! Amma, unutmayaqki, təkmilləşmə ömür boyu davam etməlidir!
Niye yuklemek olmur. İndirmek neden yok?