Arılara nə qədər bal saxlamalıyıq?

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • Arıların qış yem ehtiyatı nə qədər olmalıdır ki, rahat bir şəkildə qışdan yaza çıxsınlar və qışın ortasında arıçı yemləmə eləmək məcburiyyətində qalmasın.
    Bu vidoda yerli qafqaz ekotip arısının qışlama üçün bal ehtiyatı barədə danışmışam.
    #beekeeping #arıcılık #arıçılıq #пчеловодство

Комментарии • 157

  • @royalmamedov3959
    @royalmamedov3959 Год назад +5

    Cox.saqol.bazi.insanlar.qlwa.yem.saxlamlr.qoy.baxslnlar.dars.gotursunlsr

  • @natavanibrahimova498
    @natavanibrahimova498 2 года назад +5

    Çox sağolun Allah bərəkət versinyaxsi izah edirsiniz biz təzə atıcılığı baslamisiq

    • @xanusta
      @xanusta  2 года назад +1

      Xeyirli və bərəkətli olsun. Minnətdaram.

  • @Sərrafİsasoy
    @Sərrafİsasoy 3 месяца назад +1

    _Əvvəlcədən Salam._

  • @kirmanismayilov6336
    @kirmanismayilov6336 Год назад +2

    Allah bərəkət versin qardaş.

    • @xanusta
      @xanusta  Год назад

      Təşəkkürlər.

  • @AdAd-sq8zr
    @AdAd-sq8zr Год назад +1

    Bakıxan gardas Allaha bərəkət versin izaha görə minnətdaram

  • @edaletmemmedov7324
    @edaletmemmedov7324 2 года назад +4

    Salam əziz qardaş bərəkətli və xeirli olsun Allah əziyətinizi itirməsin

    • @xanusta
      @xanusta  2 года назад +1

      Aleykum salam, Ədalət əmi. Minnətdaram. Var ol.

  • @samilrzayev1231
    @samilrzayev1231 2 года назад +2

    Cox ğözəl izah edirsən.Cox saq ol.

    • @xanusta
      @xanusta  2 года назад

      Minnətdaram, bəy.

  • @emilqurbanzade3489
    @emilqurbanzade3489 2 года назад +1

    Çox teşekkür edirem izaha göre mellim

    • @xanusta
      @xanusta  2 года назад

      Minnətdaram, bəy.

  • @Aliyev300
    @Aliyev300 Год назад +1

    👍👋

  • @necibmammedov1809
    @necibmammedov1809 11 месяцев назад +1

    🙏🏻🙏🏻

  • @layiqalyev8037
    @layiqalyev8037 Год назад +2

    Allah bərəkət versin təsərrüfatına.mənimdə varımdı təmiz balı da var satışda köməklik edən olsa çox sevinərəm təmiz bal olmasına şübhə yoxdur

    • @xanusta
      @xanusta  Год назад +1

      Bərəkətli olsun, bəy. Allah xeyirli müştərilər nəsib eləsin.

    • @layiqalyev8037
      @layiqalyev8037 Год назад +2

      @@xanusta çox sağ olun sizədə uğurlar

    • @onlayntvo
      @onlayntvo Год назад

      salam mən almaq istəyirəm bal nömre qeyd edin

    • @layiqalyev8037
      @layiqalyev8037 Год назад

      @@onlayntvo Salam 070_661_42_21adım layiqdi zəng edin danışaq

  • @reshidakbarov7230
    @reshidakbarov7230 2 года назад +1

    Salam Allah razı olsun gözəl insan sağolun

  • @gozelheyat4679
    @gozelheyat4679 Год назад +2

    Salam . Çox Saq olun ustaq mənim bir arım var ( 6 ) aydır ğucum çatandan mənə xeyir dua ver çünkü bu mənim 20 --25 illik arzumdur indi yaşım. 60 keçib arzuma qovuşdum allahıma minnətdaram və Sizdə qabaqcadan təşəkkürümü bildirirəm.

    • @xanusta
      @xanusta  Год назад

      Bərəkətli olsun. 100 olar inşallah.

  • @arzumansuleymanov2813
    @arzumansuleymanov2813 2 года назад +1

    Əhsən haladi size allah köməyiniz olsun. Bu sualı çox verirdim sizə vidyo. Geldi elaa

    • @xanusta
      @xanusta  2 года назад +1

      Aşağıdakı rəyinizə yazdığım cavaba da bir göz atın, bəy. Təşəkkürlər.

  • @vidadihumbetov9743
    @vidadihumbetov9743 2 года назад +1

    TŞK.❤💯

  • @vusalkocri6673
    @vusalkocri6673 2 года назад +1

    Salam qardaş bərəkətli olsun

    • @xanusta
      @xanusta  2 года назад

      Aleykum salam. Minnnətdaram, bəy.

  • @isamirahov3297
    @isamirahov3297 Год назад +1

    Salam öncelikle bele faydalı videolar çekdiyiniz ücün teşekur edirem inanıramki bir çox yeni başlayanlar menim kimi sizi özüne rehber şeçir ve sizden bir xaişim var arı bölme çöxaltma haqındada video çekesiz ve hansı ayda bölünmelidi ana özünden çıxartmaqmı yoxsa almaqmı meslehetdi etrafĺı video çeksez sevinerem.

    • @xanusta
      @xanusta  Год назад

      Aleykum salam, bəy. İnşallah alınsa, mövsümündə bu barədə video hazırlamağa çalışaram.

  • @kanal_4
    @kanal_4 Год назад +1

    Salam. Çox gözəl izahlı danışırsız. Təşəkkür edirəm. bəs oktyabrda bu prosesi aparanda, götürülən ballı çərçivədəki o baldan qida kimi istifadə edilə bilərmi? Avqustun sonundan dərmanlama aparılır ona görə soruşuram.

    • @xanusta
      @xanusta  Год назад

      İndi bu dərmanlama məsələsi mübahisəlidir. Bildiyimi iki vasitə var ki, quzuqulağı turşusu və qarışqa turşusu, bu iki vasitənin insan və arı sağlamlığı üçün dozası aşılmadığı müddətcə heç bir zərəri yoxdur. Balda və mumda bulaşıb qalmır. Balın tərkibində də təbii olaraq hər kiki turşu var. Ancaq başqa böcək öldürücü dərmanlar var ki, məsələn amitras, fluvalinat və s. kimi, bax bu vasitələrlə dərmanlama etmişiksə, bu dərmanlar balda və mumda bulaşıb qalır. İnsan sağlamlığı üçün təhlükəli ola bilər.

  • @emilqurbanzade3489
    @emilqurbanzade3489 2 года назад +3

    Salam mellim,size bir sualimda olacaq.Demeli men öz yeşiyimin çöl terefden kenarlarına 3 mm penaplas vurmuşam ki yağiş yeşiyin taxtasin nemlendirmesin. Bu ne derecede duzdur?

    • @xanusta
      @xanusta  2 года назад +3

      Salam. Heç bir zərəri olmayacaq. Əksinə faydası olacaq. Yuvanın yayda sərin, qışda isti olmasına kömək edəcək. Amma nəmdən qorumaq üçün yeşikləri boyamaq daha yaxşıdır. Çöldən vurulan penoplast da bir neçə il sonra ovxalanacaq. Gərək ömrünü uzatmaq üçün penoplastı da boyuyasız. Bir də köçəri arıçılıqda sizə mane ola bilər bu penoplastlar. Daşıma əsnasında qırılıb ovxalanacaq.

  • @isamirahov3297
    @isamirahov3297 Год назад +2

    Ve bir meslehetim var bunuda deyim yutub kanalınızın böyümesi üçün ay ba ay mesel martda neynemek lazımdı aprelde ne etmek lazımdı bele bele hansı aylarda bölme korpus atma veya her ne etmek olursa çekses sevinerem ve inan men dediyim formada inanılmaz şeklide kanal böyuyecek

    • @xanusta
      @xanusta  Год назад

      Təşəkkürlər, bəy. Bu video çəkiliş, montaj və s. işlər düzü xeyli vaxt və əziyyət tələb edir. Ancaq əlimdən gələni etməyə çalışacam.

  • @nofrmmmdov67987
    @nofrmmmdov67987 Год назад +2

    Salam bir sualım var zəhmət olmasa deyərdiz arılara fondan şəkər vermənin bir ziyanı varmı?

    • @xanusta
      @xanusta  Год назад +1

      Dəqiq deyə bilmərəm ki, konkret bu zərəri var. Çünki heç istifadə etməmişəm. Amma məntiqlə yanaşsaq, arının alışdığı yem şəkli isti vaxtlarda nektar, qışda isə baldır. Yəni baldan daha qatı qidanı istifadə etməkdə çətinlik çəkdiklərini düşünürəm. Qışda çarəsiz qalanda arıları acından öldürməmək üçün məcburiyyətdən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, arının qış yem ehtiyatını vaxtında tamamlayaq.

  • @romamr1084
    @romamr1084 Год назад +2

    Qardaş o, arıların yeşiyini dəyişəndə arılar küsüb getməzlərki ?

    • @romamr1084
      @romamr1084 Год назад +1

      Ya yerlərini dəyişəndə ?

    • @xanusta
      @xanusta  Год назад +1

      Yuvalarını dəyişəndə heç nə olmur. Ancaq yuvanın yerini dəyişəcəyiksə, bu zaman gərək arıları ən azı 6-7 km. uzağa aparaq. Əks halda işçi arıların çoxu əvvəlki yuvalarının yerinə qayıdacaq.

    • @romamr1084
      @romamr1084 Год назад +1

      @@xanusta çox sag olun.

  • @SEFEROV.T
    @SEFEROV.T Год назад +1

    Salam quba rayonunun bezi kentlerinde alma baglarna dermanlanma baslayacaq buna fikiriniz necedi isci arıların azalmasına sebe ola biler? Biz bal ala bilerikmi

    • @xanusta
      @xanusta  Год назад

      Salam. Bağ sahibləri ilə arıçılar əl birliyi ilə məsləhətləşib işləsələr, hər iki tərəf üçün çox faydalı olar. Bağların dərmanlanması çox vaxt zərərverici həşəratlara qarşı edilir. Arı da bir həşərat olduğu üçün dərmanlar təbii ki, arıya da böyük zərər verir. Əgər belə bir risk varsa, vaxtında arılarınızı ən azı 7 kilometir uzağa aparmağınız məsləhətdir. Əks təqdirdə həm arılarınız məhv ola bilər, ya da məhsulunuza zərərli dərmanlar qarışa bilər.

  • @raminhmdov8438
    @raminhmdov8438 2 года назад +1

    maşallah xeyirli olsun qardaş.
    sizdən bir xayiş edim zəhmət olmasa deyərdiz varovanı
    ən yaxşı nə versəm tökər
    arılarımda gənə çoxdu.

    • @xanusta
      @xanusta  2 года назад

      Salam, bəy. Ən yaxşı vasitələr Quzuqulağı və Qarışqa turşularıdır. Ancaq Quzuqulağı üçün bir az tezdir. Qarışqa turşusu verə bilsəz, dəqiq öyrənib qaydasını verə bilərsiz. Gənəyə qarşı təsir edən indi çox dərman vasitəsi var. Ancaq onların çoxusu balda və mumda qalır, insan sağlamlığına zərərlidir deyə tövsiyyə edə bilmirəm. Əgər vəziyyət çox ağır deyilsə bir az da səbr edib Quzuqulağı damlatma edə bilərsiz. Bu ən asan, zərərsiz və ucuz üsuldur.

    • @raminhmdov8438
      @raminhmdov8438 2 года назад +1

      @@xanusta çox sağolun
      təşəkkür edirəm cavablandırdıgınız
      ücün təxmini necə gün gözləyim
      damlatma ücün?

    • @xanusta
      @xanusta  2 года назад

      İndi hansı bölgədə olduğunuzu bilmirəm. Arılarınıza baxın. Əgər yumurta atmanı kəsiblərsə, doğulacaq bağlı toxum yoxdursa gecə soyuq vaxtı verə bilərsiz. Burda əsas arıların bir yerə topalaşması və içəridə açıq və ya bağlı toxumun olmaması vacibdir. Damlamanın necə ediləcəyi ilə bağlı kanalda video da var. İstəsəz göz atarsız. Əgər arılarınız azdırsa, məsələn 5-10 arı ailəniz varsa, yeriniz də aran bölgəsidirsə, arılar hələ toxumdan dayanmayıbsa və ən əsası gənə yuvalardan həddən artıq çoxdursa, quzuqulağı turşusunu çərçivələri bir-bir çıxarıb hər iki üzünə püskürtmə də edə bilərsiz. Bu zaman hər arılı çərçivənin bir üzünə 2.5 ml. dən artıq məhlul püskürtməməyə diqqət edin. Yəni əsas doza çərçivə arasına 5 ml. dir. O dozanı aşmamaq lazımdır.

    • @raminhmdov8438
      @raminhmdov8438 2 года назад +1

      @@xanusta çox sağolun.
      Allah razı olsun sizdən
      şəkinin özündə yaşayıram
      təşəkkürlər.

  • @behramdibirov7198
    @behramdibirov7198 2 года назад +1

    Allah iwine bereket versin.Varoraya qarwi lenta istifade edib seheri gun arilarin bir coxu telef olub sebeb ne ola biler?

    • @xanusta
      @xanusta  2 года назад

      Salam Bəhram bəy. Arı ölümlərinin bir çox səbəbi ola bilər. Amma şübhəli lenta olduğuna görə, çox güman ki, ya dərmanın dozası həddən artıq çox olub. Ya da istifadə təlimatına tam uyğun tətbiq edilməyib. Çox təəssüf ki, xaricdən bizə gələn dərmanlarda doza problemi olur. Ona görə də həmişə üzərində yazılan istifadə qaydasına dəqiq əməl etmək lazımdır. Bir də dəfələrlə yoxladığımız dərman vasitəsi olsa belə, həmişə bir dərmanı bir-iki arıda test edib, sonra bütün arıxanaya tətbiq etmək lazımdır. Çünki bazarda saxta dərmanlar da olur.

  • @namiqibrahimovark2571
    @namiqibrahimovark2571 Год назад +1

    Salam qardaş necesiz men bu naylon örtü bezini 3 il istifada elədim arılarda tez tez nozema xesteliyi gördüm. Onu atıb kuval istifade etdib xestelik deməy olarkı yoxa kıdı qardaş pis başa düşmə ama mənim praqtikama görə kuval əla örtükdü

    • @xanusta
      @xanusta  Год назад

      Yox, niyə pis başa düşürəm ki. Mən də demək olar bütün örtülərdən istifadə elədim. Bu plyonkadan əvvəl də kisə istifadə eləmişəm. Məndə də ən yaxşı bu plyonka oldu. Ona görə də hələ davam edirəm. Çox güman ki, yerinə görə, arıya görə fərq edir.

  • @berdeberde5251
    @berdeberde5251 Год назад +1

    Salam üstad qardaş güləm nəyə deyirsiniz?

    • @xanusta
      @xanusta  Год назад +1

      Salam. Arılar ayaqlarında çiçəklərdən rəntli tozlar gətirirlər. Bu tozları şan gözlərinə doldururlar və ağız şirələri, bal və s. ilə qarışdıraraq orda fermentasiya edirlər. Bu arıların protein ehtiyacını qarşılamaq üçündür. Bu məhsula güləm və ya perqa deyilir.

  • @cimnaznesibova383
    @cimnaznesibova383 2 месяца назад

    Bal kəsiminden sonra arıya neçə qulluq edek

  • @nofrmmmdov67987
    @nofrmmmdov67987 Год назад +2

    Birdə arılar hansı ayda qış yuxusuna gedirlər yəni arının yuvasının ağzı hansı ayda bağlanır?

    • @xanusta
      @xanusta  Год назад +1

      Hansı ay olmasından asılı olmayaraq yuvanın içində temperatur müsbət 14 dərəcədən aşağı düşdükdə arılar qış salxımına topalaşırlar. Bu da bizdə təbii ki, qış aylarına təsadüf edir. Ancaq bir də havalar elə keçir ki, dekabır, yanvar aylarında da arılar uçuşa çıxır. Yuvanın ağzını isə heç vaxt bağlamaq olmaz. Uçuş bacası həmişə açıq qalır. Sadəcə payız aylarında arılar bir-birləriniə basqın edirlər. Bunun qarşısını almaq üçün uçuş bacasını payızda bir az kiçiltməkdə fayda var. Ancaq tam bağlamaq heç vaxt olmaz.

  • @Susgsosmxvüıüp
    @Susgsosmxvüıüp 2 года назад +1

    Salam balli sanlari soyuducuda saxlamaliyiq? yoxsa dondurmaliyiq? birde hansi sanda gulem var hamsini saxlamaliyiq ariycun cox olsada?zehmet olmasa cavab veredizde cekib gosderereg izah etdiyvizcun cox saq olun ilk ilmizdi ari saxlayiriq sizlerden oyrenirig cox saq olun

    • @xanusta
      @xanusta  2 года назад

      Salam Nargile xanım. Çalışacam yaxın günlərdə bununla bağlı bir video hazırlayım.
      Ballı və ya boş olmasından asılı olmayaraq artıq şanları yuvadan çıxardan kimi mümkün qədər qısa vaxt ərzində streç salafana bükürük. -20 dərəcə və daha aşağı temperaturda bir sutka (24 saat) dondurucuda saxlayırıq. Ondan sonra dondurucudan çıxarıb boş yeşiklərə, boş mərtəbələrə və ya sitədiyiniz bir boş karobkaya yerləşdirərək gün düşməyən, sərin bir yerə qoyuruq. Siçandan da qorumaq lazımdır. Yəni soyuducuda cəmi bir sutka qalırlar. Ondan sonra istədiyiniz yerdə saxlayın.
      Güləmli çərçivələrə gəldikdə, mümkün qədər onların yuvanın içində saxlamaq lazımdır. Yox, əgər yuvada həddən artıq güləmli çərçivə varsa və siz artığını götürməyə məcbursuzsa, o zaman o çərçivələri davamlı dundurucuda saxlamalıyıq. Əks halda güləmlər öz keyfiyyətini itirəcək.

    • @Susgsosmxvüıüp
      @Susgsosmxvüıüp 2 года назад +1

      @@xanusta cox saq olun deyerli meslehetlernize gore Allah komegviz olsun

    • @smiresulov9808
      @smiresulov9808 Год назад

      Salam arı saxlayirsız

  • @SEFEROV.T
    @SEFEROV.T Год назад +1

    Salam aleykum ben bu gunku isti hvararda kovanın agzına serbet qoyuram masllah 2 gune dasdlar kovana yene vermek isteyirem bir ziyanı olmaz?

    • @xanusta
      @xanusta  Год назад

      Səhv anlamadımsa, yuvanın ağzına çöldən şərbət qoyursuz. Əgər belədirsə, bunu etməsəz yaxşıdır. Düzdür, indi bir-birlərinə basqın etməzlər, amma bu üsul yaxşı deyil. Həm də o şərbəti başqa arılar da daşıya bilər. Əgər yuvanın içində arıların bal ehtiyatı tam azalmayıbsa, yemləri varsa, bu aylarda heç nə vermək lazım deyil. Yox, əgər yuvanın içində yemləri azdırsa o zaman yuvanın içindən yemləmək lazımdır. Ya şərbət, ya da kek ilə.

  • @minivvqasimova5329
    @minivvqasimova5329 2 года назад +1

    Salam. Arıları varroradan təmizləmək üçün hansı dərmanlardan istifadə edirsiniz? Nə məsləhət görərsiniz.

    • @xanusta
      @xanusta  2 года назад

      Şəxsən özüm, keçən Yanvar ayının əvvəlində Quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə eləməmişəm. Qarışqa turşusu vermək istəyirdim, amma alınmadı. Yəqin ki, yanvara qədər özüm heç nə etməyəcəm.
      Məsləhətə gəldikdə quzuqulağı və qarışqa turşusundan başqa tövsiyyə edə biləcəyim başqa dərman yoxdur. Gənəyə qarşı çox dərman var. Ancaq onların tərkibindəki amitraz və fluvalinat kimi təsiredici maddələr mumda və balda bulaşıb qalır. Bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə bu cür dərmanları tövsiyyə edə bilmirəm. Ancaq vəziyyət həddən artıq ciddidirsə, arı gənədən məhv olacaq vəziyyətdədirsə, əlacsızlıqdan istifadə etmək olar.

  • @abbasabbaszadeh
    @abbasabbaszadeh Год назад +1

    Salam qardas, qisda ariya şərbət vermek ne dərəcə duzdu ?

    • @xanusta
      @xanusta  Год назад

      Salam. Qışda yox, ən yaxşısı qışa qədər vermək lazımdır. Əgər arının yem ehtiyatı kifayət qədər deyilsə, havalar soyuyana qədər yem ehtiyatını bərpa etməlidir bir arıçı. Əlavə olaraq hazır ballı çərçivələri də ehtiyat saxlasa lap əla olar. Erkən yazda əgər arıların yem ehtiyatı tükənərsə, bu ballı çərçivələri verərək həm öz işini, həm də arıların işini asanlaşdıra bilər.

  • @cimnaznesibova383
    @cimnaznesibova383 2 месяца назад

    Bal kəsiminde korpus qoyulmuş tehnədə 1 qramda bal olmadı nədəndi. ?xaiş edirem çavablandırın

  • @arazhebibov9104
    @arazhebibov9104 Год назад +1

    Salam qardaş nətərsən oksaliti nə zaman
    Edək?

    • @xanusta
      @xanusta  Год назад

      Salam. Təşəkkürlər, bəy. Hələ tezdir. Bir az da soyuqlar düşsün, arılar yumurta atımını tam saxlasın, yuvadakı qapalı toxumlar çıxsın və arı kümə halında topalaşsın. Ondan sonra müsbət 5 dərəcə temperatur olan bir gündə vermək olar.

    • @arazhebibov9104
      @arazhebibov9104 Год назад +1

      @@xanusta sağol qardaş

  • @ResadQasimov-w7m
    @ResadQasimov-w7m 11 месяцев назад +1

    Salam mellim munkunduse arilara verilecek vitaminler haqinda danisadniz da munkunduse

    • @xanusta
      @xanusta  3 месяца назад

      Salam Rəşəd bəy. Üzürlü bilin ki, rəyinizə gec cavab yazıram. Mənim hal hazırkı qənaətimə görə arılara hansasa əlavə vitamin verməyə ehtiyac yoxdur. Gətirdikləri çiçək tozunda onlara lazım olan hər şey var. Əgər nə isə verəcəksizsə, əlavə çiçək tozu, polen vermək olar.

  • @allmazveliyeva5453
    @allmazveliyeva5453 2 года назад +1

    Salam arıcı qardaş yeşikindən cıxardığımız cərcivələri necə saxlamaq lazımdırki ziyanvericilər icərisinə kecməsin

    • @xanusta
      @xanusta  2 года назад

      Bu barədə video hazırlamalıyam. Ancaq bilmirəm nə vaxta olar. Qısaca belə deyim. Şanları streç salafana bükün. Buzluqda -20 dərəcədə bir sutka saxlayın. Çıxarın siçan dəyməyəcək bir yerə qoyun. Yazda lazım olanda salafanı soyun və işlədin.

    • @allmazveliyeva5453
      @allmazveliyeva5453 2 года назад

      @@xanusta salam cox sağ olun ancaq cərcivə coxdur onu buzluğa necə qoymaq olar həmidə bizdə elə soyuducu yoxdur

  • @arazhebibov9104
    @arazhebibov9104 2 года назад +1

    Salam qardaş nətərsən Allah işini avand eləsin ballı ramkaları götürəndə həmin Ramkada ağzi baglanmamiş bal olur o xarab olmaz ki

    • @xanusta
      @xanusta  2 года назад

      Salam, bəy. Ramkanı götürəndə yuvaya tərəf üzü aşağı bir iki dəfə silkələyin. Əgər nektar tökülmürsə götürə bilərsiz. Əgər nektar tökülsə, qoyun bir həftə qalsın içərində. Balı arılar qatılaşdıracaqlar. Bundan sonra götürün.

    • @arazhebibov9104
      @arazhebibov9104 2 года назад +1

      Oldu təşəkkürlər qardaş

    • @arazhebibov9104
      @arazhebibov9104 2 года назад +1

      Qardaş hərdən canlı yayım etsəniz əla olar

  • @mrymnesibova2331
    @mrymnesibova2331 2 года назад +3

    Çox sağ olun sizdən çox şeylər öyrənirəm təcürbəm azdı axı Amma arıçıları bəziləri bal qışda donur balı az saxlayın əvəzinə şərbət verin deyirlər yəni çətinlik çəkirlər yeyə bilmirlər nəticədə ölürlər zəhmət olmasa sualı cavablayasız təşəkkürlər

    • @xanusta
      @xanusta  2 года назад +1

      Siz sağ olun, Məryəm xanım. Milyon illərdir arı öz balı ilə yaşayır. Son 100 ildir ki, biz ona yem verməyə başlamışıq. Yəni arıya öz balından daha yaxşı yem yoxdur. Əsas yuvada arı sayının çox olmasına diqqət etməliyik. Yuvada arı az olanda qışda öz ballarını isidib açaraq istifadə edə bilmirlər. Acından və soyuqdan tələf olurlar. Ancaq yuvada kifayət qədər arı sayı varsa, məsələn bizim şərtlərdə ən azı 4-5 çərçivənin üzərini örtəcək qədər, hər şey qaydasında olur.
      Bir də diqqət eləmək lazımdır ki, arıların qış küməsinə toplaşdığı mərkəz hissədə çərçivələrin yuxarısında ağzı bağlı bal kəməri olsun. Əks halda soyuq qış günlərində kümədən çıxıb kənardakı çərçivələrə keçə bilmir arılar.

    • @Susgsosmxvüıüp
      @Susgsosmxvüıüp 2 года назад +1

      @@xanusta salam kume nedir? mumkunse deyerdizde

    • @xanusta
      @xanusta  2 года назад

      Kümə. Yəni arıların qışda bir araya doplaşdıqları top şəklindəki yığılmış halları. Adətən yeşiyin ortasında və çərçivələrin aşağı hissəsinə yaxın toplaşırlar. Bir növ qış yuxusu da demək olar buna.

    • @Susgsosmxvüıüp
      @Susgsosmxvüıüp 2 года назад +1

      @@xanusta cavab verdiyviz ucun cox saq olun

    • @aleksandrmakedonsk6059
      @aleksandrmakedonsk6059 2 года назад +1

      @@xanusta salam xan baba. Atalar misalı var, deyir, arı goyun deyil ki, ona coban lazım olsun, bu məsələ siz necə baxırsız?

  • @mdaglaroglu8171
    @mdaglaroglu8171 2 года назад +1

    İstiliyi nə vaxt qoyusuz?

    • @xanusta
      @xanusta  2 года назад

      Adətən arılar qış küməsinə girməmişdən əvvəl qoymaq məsləhətdir. İndi tam vaxtıdır məncə. Artıq və boş çərçivələri götürüb kənarlardan penoplast qoymaq olar. Əsas zəif arıların buna ehiyacı olduğunu düşünürəm. Güclü arılar üçün vacib deyil. Hətta mən düşünürəm ki, güclü arıları qışda həddən artıq isti eləmək, onları qışda yumurta atmağa sövq də edə bilər ki, buna ehtiyac görmürəm.

  • @nsgsnshnsgansh6904
    @nsgsnshnsgansh6904 Год назад +1

    bir arı neçə ay yaşaya bilər

    • @xanusta
      @xanusta  Год назад

      Yayda işlədikləri vaxt 40-50 gün. Qışda işləmədikləri vaxt 210 günə qədər sağ qala bilirlər. Ana arılar isə 5 ilə qədər yaşaya bilir.

  • @teymuraslanov2156
    @teymuraslanov2156 3 месяца назад

    Renboya salam

  • @xyalnesibsalahov2332
    @xyalnesibsalahov2332 2 года назад +1

    Açıq bal az olanda neynemek lazımdır?ağzı bağlı bali çoxdur.

    • @xanusta
      @xanusta  2 года назад +1

      Ağzı bağlı bal çoxdursa, yuvada arı sayı da az deyilsə, narahat olmayın. Arılar özləri lazım olanda açacaqlar. Ancaq arı sayı az olanda, qışda balı isidib aça bilmir arılar. Ona görə də bəzən yazda arını açıb görürük ki, içi bal ilə doludur. Arılar isə boş şan gözlərinə girib ölüblər.

    • @xyalnesibsalahov2332
      @xyalnesibsalahov2332 2 года назад +1

      @@xanusta anladım.arisi çoxdur.ama yeşiyin ağzını açanda arıda narahatçılıq hiss elədim.dunen lentə vermişdim bilmedim ondandi yoxsa açıq balı az olmaqindandi.

    • @xanusta
      @xanusta  2 года назад

      Lentadan ola bilər. Dərman verəndə dozaya çox diqqət etmək lazımdır. Hər dərman verəndə əvvəlcə bir arıda yoxlayıb, sonra bütün arılara vermək lazımdır.

    • @xyalnesibsalahov2332
      @xyalnesibsalahov2332 2 года назад +1

      @@xanusta keçən ildən eyni lentadan istifadə edirəm.sizde de o lentadan görmüşəm yarısını kəsib qoyuram yesiklere ister güclü olsun ister zəif.

  • @ramazanmahmudov3791
    @ramazanmahmudov3791 2 года назад +2

    Bu salafanki var, goyursunuz, gışda nəm yığılır yeşiyin alt hissəsində.

    • @xanusta
      @xanusta  2 года назад

      2 ildir istifadə edirəm. Məndə olmayıb. Arı zəif olanda isə parça örtəndə də olub.

  • @bakubaku8002
    @bakubaku8002 5 месяцев назад

    Salam qardas necesiz men reze ari saxlayiram birdene arim cox azdi onu nece guclendire bilerem zehmet olmasa yazardiz

    • @xanusta
      @xanusta  3 месяца назад

      Salam. arınızın ana arısı sağlamdırsa, vaxtaşırı, müntəzəm şərbət və çiçək tozu ilə bəsləyərək gücləndirə bilərsiz. Ana arısı zəifdirsə, yeni mayalı ana arı almaqla bunu edə bilərsiz.

  • @ferhad1431
    @ferhad1431 Год назад +1

    Yumurta atacaq yeri olmayib ele bil ki. Yoxsa oktyabr ayinda balali ramkalar cox olmali idi

    • @xanusta
      @xanusta  Год назад

      Mən elə düşünürəm ki, yumurta atmaq istəyən arı, bütün çərçivələr bal ilə dolu olsa belə özlərinə yer düzəldə bilər. Qafqaz arısı öz təbiətinə bələddir. Əgər yuvada yaza çıxacaq qədər cavan arı sayı varsa, adətən bal mövsümündən sonra yumurta atmağa o qədər də meyilli olmur. Əsas gücünü saxlayır yaza. Çünki bilir ki, ona güclü qoşun yayın ortalarından lazımdır.

  • @mustafazaden
    @mustafazaden 11 месяцев назад

    1arı ailəsinnən 1ildə nə qədər bal götürmək olur?

    • @xanusta
      @xanusta  3 месяца назад

      0-40 kg arası. Baxır yerə, təbiətə və arının gücünə.

  • @ferruxabisov3891
    @ferruxabisov3891 16 дней назад

    1 Arı ailəsi uçun ən az,3 ramka guləm tozu olmali di

  • @cavidmemmedli9791
    @cavidmemmedli9791 2 года назад +1

    Qardaw sizinle nece elaqe saxliya bilerem....?

    • @xanusta
      @xanusta  2 года назад

      Artıq əlaqə saxladıq.

  • @aleksandrmakedonsk6059
    @aleksandrmakedonsk6059 Год назад +1

    Salam gardaş. Mən aranda yaşayıram. Arılara kandi hansı aydan verməyə başlayıb, hansı aydan dayandırım. Əvvəlcədən təşəkkür edirəm

    • @xanusta
      @xanusta  Год назад

      Salam. Kandi, kek və s. bu kimi quru yemləri məcbur qalmadıqca arılara verməmək lazımdır. Çünki arı nektar ilə qidalandığı üçün quru yemlər onun həzm sistemində problemlər yaradır. Əgər arılarınızın kifayət qədər yemi varsa, yaza doğru havalar isinib şərbəti götürə biləcəkləri vaxta qədər səbr edin. Yox, əgər arılarınızda heç bal ehtiyatı qalmayıbsa, məcbur kandi verməlisiz. Yəni kandi vermə vaxtını bu cür düşünün; Əgər havalar verəcəyimiz şərbəti arıların götürə bilməyəcəyi qədər soyuqdursa və arılarımızın yem ehtiyatı tam tükənibsə, deməli kandi verməkdən başqa çarəmiz yoxdur. Kandini də arıların toplaşdığı hissədə çərçivələrin üzərinə qoymaq lazımdır.

  • @gulerzeynalova3959
    @gulerzeynalova3959 Год назад

    salam. güləm nədir?

    • @xanusta
      @xanusta  Год назад

      Çiçəklərin ərkəkcikləri var. Biz buna polen və ya çiçək tozu deyirik. Arılar bu tozları ayaqlarında yuvaya daşıyırlar. Orda şan gözlərinə dolduraraq fermentasiya edirlər. Bir növ konservləşdirirlər. Bu arının protein qidasıdır. Bəzən də həddən artıq çox toplayırlar bu tozları. Arıçılar da bu cür çiçək tozu ilə dolmuş çərçivələri götürüb hazır məhsulu mumdan ayırırlar. Bu məhsula güləm və ya perqa deyilir.

  • @kanal_4
    @kanal_4 Год назад +1

    Niyə yeni videolar çəkmirsiz? Mərtəbə vermə, bölmə işi və sair haqqında olsa əla olar...

    • @xanusta
      @xanusta  Год назад +1

      Vaxt qıtlığım var, təəssüf ki.

    • @kanal_4
      @kanal_4 Год назад +1

      @@xanusta təki sağlıq olsun.

  • @cavidmemmedli9791
    @cavidmemmedli9791 2 года назад +1

    Xayiw edirem artiq derecede menle elaqe saxlayin

    • @xanusta
      @xanusta  2 года назад

      070 744 29 38 in vatsapına yaza bilərsiz

    • @cavidmemmedli9791
      @cavidmemmedli9791 2 года назад +1

      @@xanusta cox saqol eziz mellim minataram

  • @İzzətMustafayev
    @İzzətMustafayev Месяц назад

    Atırdılar bir birinə başın eliyəndə nə eləmək lazımdır

    • @xanusta
      @xanusta  11 дней назад

      Basqın edilən arını arıxanadan uzaqlaşdırmaqdan başqa çarə yoxdur. Çöldən nektar gəlmədiyi vaxtlarda ehtiyatlı olmaq lazımdır. Yuvaların ağzını dar tutmaq, çərçivələri yuva içərisində uçuş bacasının önünə düzmək kömək edir. Mən belə vaxtlarda çox vaxt gecələr baxıram arılara.

  • @musviqrustemov3420
    @musviqrustemov3420 4 месяца назад

    Bu nə vaxt olur?

    • @xanusta
      @xanusta  3 месяца назад

      Adətən sentyabır, oktyabır aylarında.

  • @ilhamabdullayev1339
    @ilhamabdullayev1339 2 года назад +1

    Salam.sizin bu yewikdə arinin az olmasina səbəb anaya toxum tökməyə ýer olmamasidir.güclü ari olub ramkalari tam balnan doldurub anaya toxum tökməyə yer yoxdu.indidə 2-3 ramkada toxum olmalıdı. Sizin ramkalarda yer yoxdu.havalar isti kecəndə noyabra kimi ana toxum tökur.

    • @xanusta
      @xanusta  2 года назад +1

      Məntiqlidir.

    • @ilhamabdullayev1339
      @ilhamabdullayev1339 2 года назад +1

      Cox dəyərli məsləhətlər verirsiz.bir dəfə bawima gəlmiwdi ramkalar dolub anaya toxum atmaga yer qalmamiwdı.

  • @Aliyev300
    @Aliyev300 6 месяцев назад

    Coxdandı yeni video yoxdu gəlmir...

    • @xanusta
      @xanusta  3 месяца назад +1

      Salam. 7 ay fasilədən sonra axır ki, vaxt tapdım. Olacaq inşallah.

  • @onlayntvo
    @onlayntvo Год назад +1

    Siz bal satırsız?

    • @xanusta
      @xanusta  Год назад

      Salam. Olanda satırıq. Ancaq bu il heç balımız olmadı.

  • @Sərrafİsasoy
    @Sərrafİsasoy 3 месяца назад

    _Dondurmasaq olmaz..??_

    • @xanusta
      @xanusta  11 дней назад

      Təəssüf ki, yox. Dondurduğumuz zaman şan gözlərinə atılmış güvə yumurtaları məhv olur. Əks təqdirdə salafanın içində o yumurtalar zamanı gələndə dirçəlirlər və şanı məhv edirlər.

  • @TeymurNezerov-l1p
    @TeymurNezerov-l1p Год назад +1

    Güləm nəyə deyilir

    • @xanusta
      @xanusta  Год назад +1

      Salam. Çiçəklərin üzərində polen və ya çiçək tozu dediyimiz ərkəkciklər var. Arılar onları toplayıb ayaqlarına yapışdıraraq gətirirlər yuvalarına. Yuvada da şan gözlərinə dolduraraq orda fermentasiya edərək bir növ konserfləşdirirlər. Bu arıların protein ehtiyatıdır. Bu ənənəvi arıçılıqda güləm adlanır. Perqa da deyirlər.

  • @MeherremQasimov-d7l
    @MeherremQasimov-d7l 7 месяцев назад

    Pətəklərinin yarısı tullantıdır.

    • @xanusta
      @xanusta  3 месяца назад

      Qalan yarısına bərəkət.

  • @elvineliyev7662
    @elvineliyev7662 20 дней назад

    Salam Ari ailesini satıram becə arı

    • @xanusta
      @xanusta  11 дней назад

      Xeyirli müştərilər.

  • @ElcinXammemmedov
    @ElcinXammemmedov 10 месяцев назад

    Gülən nədir?

    • @xanusta
      @xanusta  3 месяца назад

      Güləm, yuvaya gətirilən çiçək tozlarının arılar tərəfindən fermentasiya edilib bir növ konserfləşdirilmiş halıdır.

  • @sehlaquluyeva591
    @sehlaquluyeva591 6 месяцев назад

    Bir adam nömrə vermir k təmiz i bal alaq

    • @xanusta
      @xanusta  3 месяца назад

      😊 Təmiş balı olanların adətən müştəriləri ballarından çox olur. Ona görə də nömrə verməyə ehtiyacları olmur.

  • @mmmdov8929
    @mmmdov8929 2 месяца назад

    ]]pop]]

  • @failagamammadli2613
    @failagamammadli2613 Год назад

    Birdənə korpuslu arı görmurəm

    • @xanusta
      @xanusta  Год назад

      Faiq bəy. Axı korpuslu arı ilin bütün vaxtlarında olmur.

  • @failagamammadli2613
    @failagamammadli2613 Год назад

    Mən özum arı saxlıyırəm o bal elə rəngdədir elə bil 2 3 il qalıb elə olmaz

    • @huseynqambarov7958
      @huseynqambarov7958 Год назад +1

      amma bir dənə də videon yoxdu. Başqasının əziyyətinə hörmət et. Arıllarda ramkalarda lap əla vəziyyətdədir.Sağ olsun

    • @xanusta
      @xanusta  Год назад

      Bəy, ballar fərqli rəngdə olur. Üstündən il keçməsi də balın rəngini dəyişməz. Siz burda şanın rəngini görürsüz əslində.

  • @failagamammadli2613
    @failagamammadli2613 Год назад

    Qardaş bal cıxardırsız ama pesok qabı ordadır bu demək olur pesok verirsiz o bal deyil qardaş o pesokdur yalan deməyin!

    • @xanusta
      @xanusta  Год назад

      Pesokdan bal düzəldən olsaydım, heç vaxt o yem qabını heç kimə göstərməzdim hər halda.