HÜSEYN CAVİDİN AİLƏ FACİƏSİ HAQQINDA BİLİNMƏYƏNLƏR

Поделиться
HTML-код
  • Опубликовано: 6 фев 2025
  • Düz 80 il öncə Hüseyn Cavid sürgündə kimsəsiz, gözlərinin nurunu itirmiş və ayaqları donmuş halda vəfat edir.
    Ailəsi uzun müddət onun aqibətindən xəbərsiz qalır.
    Sovet rejiminə boyun əyməyən Hüseyn Cavid,
    xəstəxanada müalicə alan oğlunu ziyarət edə bilmək üçün şəxsi əşyalarını satan həyat yoldaşı Mişkinaz xanım,
    daim doğmalarının yolunu gözləyərək, kimsəsiz halda vərəmdən 24 yaşında vəfat edən oğlu Ərtoğrul,
    heç vaxt ailə qurmayıb, ömrünü atasının irsini qorumağa sərf edən qızı Turan Cavid...
    Sovet rejimi bu ailəyə elə dərindən zərbə vurur ki, Cavid ailəsindən geriyə bu gün heç kim qalmayıb.
    Cavid ailəsi haqqında bilmədiyimiz məqamları ailənin ən yaxınlarından olan tədqiqatçı, publisist Azər Turandan öyrənəcəyik.
    Kanalımıza bu linklə qatıla bilərsiz:
    rb.gy/1vzcmb
    Bizi sosial şəbəkələrdə izləyin:
    / belebeleishler
    / beleishler
    t.me/beleishler
    Bizimlə əlaqə: beleisler@gmail.com
    ===========================
    Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
    office@bakucms.com / www.bakucms.com
    #Beləbeləİşlər #Azərbaycan #Trend #beleishler

Комментарии • 247

  • @zulfiyya777
    @zulfiyya777 3 года назад +83

    Göz yaşlarım ilə izlədim..Bu Vətən, bu torpaq bir də Cavidləri, Müşfiqləri yetişdirməyəcək..Ruhun şad olsun, bəy..İrslərimizi qoruyaq, dəyərlərimizi unutmayaq !

  • @GG-vy3cw
    @GG-vy3cw 3 года назад +162

    Nəfəs almadan izlədim. Dəfələrlə neçə dəqiqə qaldı, bitməsin deyə vaxta baxdım. Çox sağ olun Azər bəy, çox sağ olun Belə belə işlər❤.

    • @iravanxanliqi5075
      @iravanxanliqi5075 3 года назад +8

      SANKI INDI BITDIMI DAVAM EDIR 37 DAHA AĞIR DAHA DEHSET NIYE TERTER SOYGRIMIN CEKMIRSIZ 37 ILERIN DAVAMI INDIDE TOREDILIR

    • @allahveranaliyev3918
      @allahveranaliyev3918 3 года назад

      @@iravanxanliqi5075 pp

  • @zohrabmustafa5069
    @zohrabmustafa5069 3 года назад +30

    Dahi Cavid qəbrin nurla dolsun, ruhun şad olsun, əhlı cənnətig olarsan in şaa Allah

  • @arzuemrah.72
    @arzuemrah.72 3 года назад +52

    Hüseyn Cavid...Dönə-dönə oxuduğüm,ən çox sevdiyim şair,qüdrətli sənətkar.Onun yaratdığı əsərlər hər dövrdə öz sözünü deyə bilmişdir.İnsanın ruhunu dilləndirə bilən müdrik şairin ölməz ruhu qarşısında təzim edirik!Allah bütün repressiya qurbanlarına rəhmət etsinlər!Xalqını,millətini həqiqi sevən insanlar günahsız yerə məhv edildilər...🥀🕋

    • @birinsan6997
      @birinsan6997 3 года назад +9

      Tamamilə doğrudur,Amin🙏

  • @ulkerhuseynova4563
    @ulkerhuseynova4563 3 года назад +90

    Heyif sovet dövrü bizim neçə neçə dəyərli ziyalılarımızı məhv etdi😔

    • @POLKOVNIK0
      @POLKOVNIK0 2 года назад +2

      indidə babat ziyalılarmız var axı...

    • @namiqagasyev1088
      @namiqagasyev1088 9 месяцев назад +1

      İndi də var savadlı ziyalılar.amma dəyər verən yoxdu.Məsələn Kəramət Böyükçöl.Çox istedadlı yazıçıdır

  • @sebineturan
    @sebineturan 3 года назад +34

    Göz yaşları içərisində izlədim...Lənət oxudum.Bu müsibətləri başımıza açan rus itlərindən çox içimizdə olan-Sapı özümüzdən olan baltalara,mənliyini satanlara lənət oxudum.
    Kimə lənət,kimə rəhmət sözünün doğruluğunu anladım bir daha.Hər birimiz bir qanuna uyğunluq üzrə ömür sürürük.Doğuluruq,yaşayırıq,ölürük.Önəmli olan adımızla bu dünyadan keçmək.
    Sən Cavid Əfəndi!Sən yaşayırsan.Adın yaşayır.Bizlər durduqca da yaşayacaq.Kişi kimi ömür sürmək qismətin oldu sənin.
    Ruhuna qarşı səcdə edirəm Cavid Əfəndi.Türkün ən gözəl adı olan sənə heyranam,aşiqəm...İdealarımın,düşüncələrimin öndəri olan sən və sənin sevgin yaşadığım müddətcə mənimlə olacaq.
    Tanrı ruhunu uçmağa vardırsın🤍

    • @Hira.sultan
      @Hira.sultan 7 месяцев назад

      ❤❤❤❤❤❤❤

  • @sahibealiyeva9228
    @sahibealiyeva9228 3 года назад +20

    Allah nisgilli, nigarançılıqla dünyasını dəyişən Qeyrətli Azərbaycan Övladlarına- Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərin haqq dünyasını versin.Amin.

  • @emeraldmamedova5509
    @emeraldmamedova5509 3 года назад +40

    Təşəkkürlər məlumat üçün. Hər dəfə haylara olan nifrətimi artırdığınıza görə çox sağolun🇦🇿

  • @ulviyykrimova9149
    @ulviyykrimova9149 3 года назад +20

    Qürurlanmaqla kədərlənmək ,öyünməklə yenilmək bu müsahibəni cənginə o,qədər alıb ,ki,sanki o illəri yaşadıq
    Səmimi müsahibəyə görə təşəkkürlər

  • @bhramgur3276
    @bhramgur3276 3 года назад +21

    Allah rəhmət eləsin dəyərli şəxsiyyətlərimizə və salam olsun o şəxsiyyətlərin irsini şərəflə davam etdirən Azər Turana

  • @ilhameismayilova3649
    @ilhameismayilova3649 3 года назад +82

    Varliginiza şükurlər olsun, Azər müəllim. Sizin millətimiz qarşisinda xidmətləriniz böyükdu.Ayrica Turan xanimla tanişligima görə sizə şükran borcluyam. Allah sizi qorusun Amin

  • @nazimagayev2977
    @nazimagayev2977 Год назад +2

    Bir Türk ailəsinin çox faciəli ömür həyatını ğöz yaşları ilə izlədim. Dünən 01.iyun 2023 cı ildə ailəmlə ilk dəfə idi Naxçıvanda idik duz dağına müalicəyə gəlmişdik . Ailəm ədəbiyyatı çox sevdiyindən məndən xahiş etdi ki Hüseyn Cavid Əfəndimizi ziyarət edək. Etdikdə , mən dövlətin,xalqın sevən və ailəsi ilə birlikdə faciəli həyat yaşayan bir Ziyalımızı , ədəbiyyat aşiqi olan ailəm isə Dahi bir şairin ömür hekayəsin daha dərin bilən insan kimi ziyarət etdik. Ruhları şad məkanları Cənnət olsun inşallah. Bu gün isə bu verilişə baxmaqla düşündüm Xalq olaraq niyə birliyimiz yoxdur?
    QAZİ.

  • @Javadzade7
    @Javadzade7 Год назад +3

    İzlərkən gözlərim doldu, tüklərim biz-biz oldu. Bugun magistr tələbəsi olaraq DİSSERTASİYA işim "Hüseyn Cavid Yaradıcılığında müəllim-şagird münasibətləri" mövzusudur. Bu mövzunun üzərində fəxrlə işləyəcəm.
    Allah rəhmət eləsin, Böyük şairimiz, yazıçımız və dramaturqumuz.

  • @lia888_70
    @lia888_70 3 года назад +25

    Göz yaşları içində izlədim. Repressiya qurbanlarının əzabları o qədər dərin idi ki, bugün belə bizim ruhumuzda hiss olunur.

  • @winnerstar6072
    @winnerstar6072 3 года назад +42

    Allah rehmet elesin Azerbaycanın esl vetenperver, merd, agıllı ve ziyalı numayendelerine ...Aile bu dunyada çox ezablar çekdi..inşallah ki axiretde yene de qovuşarlar ve xòşbext heyat sűrerler !!!

  • @seidesireliyeva8584
    @seidesireliyeva8584 3 года назад +8

    Göz yaşı içində ürəyim param parça izlədim.ALLAH rəhmət eləsin şairə və övladlarına....
    Çox saq olun AZER bey ...
    Belə belə işlər komandası sizin verlişlərinizi çox bəyənirəm.minnətdaram...

  • @cavanwiraliyev
    @cavanwiraliyev 3 года назад +14

    Allah sovetlərə,ermenilərə,mircəfər bağirova lənət elesin mircəfərdə hələ ermeni olub Bizi nə gədər ziyana saliblar bir millət olaraq ziyalilarimizi aliblar bizdən.Chox gözəl cəkilib bu film Hüseyn Cavid,Mikayil Muşviq və s. bizim bir ömurluk ziyalilarimizdi onlarla fexr edirik.Allah hamsina Rehmet elesin ağlamağ tutdu məni axirda.

    • @aqilmustafavey9256
      @aqilmustafavey9256 3 года назад +2

      o qeder tesrli ve doqru yazmisiz heyif ki beyeni butonu 1 defeye icaze verlir bu sozunuz minlerle beyeniye laiqdu

    • @Reyhan-jl7eu
      @Reyhan-jl7eu 5 месяцев назад

      Mircəfər Bağırovu lənətləməyin!O meydanda tək qalmışdı,o boyda əjdaha ssri ilə mübarizədə.O xalqını sevən olub və çox azərbaycanıları represiya zamanı,yalandan "güllələndi" sənədi ilə sürgünə göndərərək ölümdən xilas etmişdi,bacardığı qədər.Onlardan biri də mənim musavatçı babam olmuşdu.

  • @maximaxi7644
    @maximaxi7644 Год назад +2

    Neçənci dəfədir baxıram biımirəm
    Yenə də göz yaşları ilə izlədim
    Allah rəhmət eləsin dahilərimizə

  • @oguzbey4689
    @oguzbey4689 3 года назад +10

    Can Cavidim Can

  • @SadiqovaNuray-i1i
    @SadiqovaNuray-i1i Год назад +2

    Çox sağ olun Azer bey bilmediyimiz maraqlı müelumatları paylaşdığınız üçün Hüysen Cavidin adını daşıyan mektebde oxumaq tez tez evini ziyaret etmek bize qismet olduğundan sanki bir doğmamızdı Salıqlarında bir birinden doymayan aile İndi hüzurla meqberede uyuyur
    Sondakı şekilde atam Nizami Hemzeyevde var heyif ki bura O salınmıyıb Şekil indi elimde
    5 sinifde oxuyan oğlumla 37 ci ilin qurbanları haqqında tarix dersine teqdimat hazırlayarken baxdıq 16.04.23

  • @ТаранаАскерова-ф1п
    @ТаранаАскерова-ф1п 3 года назад +5

    Allah rehmet eylesin deyerli insan Huseyin Cavide ve onun ailesine. Turan xanim qayqi gösteren ve bu gözel, hessas xatireleri bize danişan insada tesekkurler.

  • @Bex-vd7xm
    @Bex-vd7xm 8 месяцев назад +2

    Uzunuzdə nur,sozunuzdə durr, gözlərinizdə əlacsız insanların ümid islglnl gördüm!Azər qağa çox sağ olun! Qazax rayonu!

  • @yasmn9184
    @yasmn9184 6 месяцев назад +2

    Allah rəhmət eləsin gözəl sənətkarlarımıza və balalarına Ruhunuz şad olsun dahi Cavid.

  • @lifeisnice5283
    @lifeisnice5283 3 года назад +5

    Çox sağ olun.Allah sizdən razı olsun.Cavid ailəsinin ruhu şad olsun

  • @nezakethesenova4645
    @nezakethesenova4645 3 года назад +9

    Çox heyif belə savadlı,ağıllı,istedadlı insanlarımıza😔Məlumat üçün təşəkkürlər.

  • @reyhanazadaliyeva4054
    @reyhanazadaliyeva4054 3 года назад +6

    Nə yaxşıki varsız Belə Belə işlər..əziyyəy çəkən hər kəsə təşəkkürlər..əllərinizə sağlıq

  • @djabirqasanov
    @djabirqasanov 3 года назад +3

    Var olun!

  • @gamerdark203
    @gamerdark203 3 года назад +38

    Dahi Cavid…Nakam taleli Ertoğrul…Cavid adının odunda sona qeder yanan Turan Cavid…Biri birinize qovuşan ruhlarınız şad olsun…🖤

    • @aqilmustafavey9256
      @aqilmustafavey9256 3 года назад +4

      Doqru Cavid Efendinin oz aile faciesini 1 cumle ile deyib Ölem hər kəsi ayirsada bizi birləşdrir

  • @karanlikyollarda3718
    @karanlikyollarda3718 3 года назад +8

    Cox sağolun deyerli insanlar

  • @huseyntagiyev5415
    @huseyntagiyev5415 3 года назад +2

    Ey ulu Cavid! Sənə necə qıydılar! Sənə necə böhtan atdılar. Bilmədilər ki, bütün insanlığın günêşini batırdılar. Sən milyonların qəlbini fəth etdin yaradıcılığınla. Video çarxı hazırlayana da, Cavidin qızı ilə xatirələrini bizimlə bölüşən Azər bəyə də sonsuz təşəkkürlərimi bildirirəm. Ruhu şad olsun Cavidlərin. Özümü xoşbəxt sayıram ki, 1982- ci ildə Cavidin Naxçıvanda dəfn olunmasının iştirakçısı olmuşam

  • @turalkerimov2167
    @turalkerimov2167 3 года назад +3

    Cox tesirlidir. Bu verilisi gerek her yerde her sinifde her mektebde gosteresiz.

  • @tunzalhasmova5560
    @tunzalhasmova5560 3 года назад +11

    Dəyərli şəxsiyyətlərimizdən olan Hüseyn Cavidə Allahdan rəhmət diləyirik🤲

  • @gulbnizallahverdiyeva1148
    @gulbnizallahverdiyeva1148 3 года назад +13

    Ürək ağrısı ilə izlədim.Bədbəxt tariximiz .

  • @vusalncfova6555
    @vusalncfova6555 3 года назад +3

    Təşəkkür edirəm, əməyinizə sağlıq, o qədər maraqla, diqqətlə baxdım ki. Həmişəki kimi faydalı məlumat olub.

  • @sebineelizade8527
    @sebineelizade8527 3 месяца назад +1

    Cavid əbədi deməkdir. Cavid ailəsinin hər üzvü bu adı daşıyacaq qədər əzablar çəkdilər. Ruhunuz şad olsun mənim dahi ədibim və ailəsi. Hüseyn Cavidin yaradıcılığını araşdıran hər bir qələm sahibinə dualarım və təşəkkürüm sonsuzdur

  • @vuqarahadov732
    @vuqarahadov732 Год назад

    Ağlamadan mümkün deyil!Bir daha əmin oldum Hüseyn Cavid abidesine, Uzeyir olmezliyine, Heyder dühasınin qüdrətinə. Onlar heç vezifeden qorxmayiblar ki. Azərbaycan adına nələr etmeyibler?!Sag olun, "belə-belə ishler" komandasi, sağ olun, Azer bey, vefaniz uchun

  • @AnarVaqifoglu
    @AnarVaqifoglu 3 года назад +2

    Cox sag olun videoya gore! Cox tesirli video idi! Allah rehmet elesin Cavid Efendiye de, Turan xanima da!

  • @n.ms.7286
    @n.ms.7286 3 года назад +2

    Təşəkkürlər👏👏😔👍

  • @semssems3667
    @semssems3667 3 года назад +7

    Faciəmizə ağladım Cavidlərimizə heyif olsun Azərbaycan üçün həyatlarını feda etmiş Oğullar çox təsirləndim Azər Turan😢məlumat üçün sonsuz təşəkkür Sizə minnətdaram BELƏ BELƏ İŞLER...

  • @FDjavadzade
    @FDjavadzade 3 года назад +4

    Çox sag olun,maraglı verlişə görə.
    Allah Cavidlər ailəsini rəhmət eləsin. Ev muzeyində iki dəfə olmuşam

  • @LeOr0992
    @LeOr0992 25 дней назад +1

    Hüseyin Cavid və Mikayıl Müşviq və onlar kimi vətənini, millətini sevən, bu sevgiyə sadiq qalaraq həyatlarından keçən necə almazları, cəvahirləri olub Azərbaycanın. Sağ qalsalar nə 70 illik əsarətimiz olardı, nə də bu qədər faciələr yaşanardı. Bir yerdən vaxtında çat verərdi millətin türk qanı..

  • @nuranhmdova7518
    @nuranhmdova7518 3 года назад +2

    Çox mükəmməl müsahibə...kiçikdən böyüyə maraqla baxılacaq bir veriliş oldu...məlumatlarınız üçün təşəkkürlər

  • @alialiyev6342
    @alialiyev6342 3 года назад +2

    Cox tesirlendim kovreldim var olun bu melumatlara gore Cavid daima qelbimizdedir Allah rehmet elesin Ulu onderimize Allah rehmet elesin Cavidin nesini boyukEziyyetlerle Azerbaycana getirdi Ruhlari sad olsun Amin

  • @ceferceferli9969
    @ceferceferli9969 2 года назад +1

    Nefes almadan izledim.Heyder Eliyev sagolsun Cavide qarwi olan saygisina gore.Ey Cavid fexr edirem ki senin kimi dahinin torpagindanam❤️🙏

  • @iradepenahova3995
    @iradepenahova3995 3 года назад +3

    Cox maraqli idi hec bilmedim 29 deqiqe 8 saniye nece kecdi👍🥰

  • @arifnamazl-rp7db
    @arifnamazl-rp7db Год назад +1

    Ən sevdiyim əsərin müəllifi, ən sevdiyim əsər müəllifi..(İblis əsəri)dəfələrlə dinləsəm yenə doymaram.Belə gözəl əsər və əsərlər üçün sonsuz təşəkkürlər böyük dramaturq Hüseyn Cavid..

  • @fidanosman4018
    @fidanosman4018 3 года назад +3

    Göz yawlarimi silmeden izlədim! Hemiwe Hüseyn Cavid və Turan xanım haqqında belə məlumat istəmişəm! Çox saqolun! Əməyinizə sagliq

  • @AlfaBeta-sj2tn
    @AlfaBeta-sj2tn 20 дней назад

    İzləyərkən ağladım......İçimdən o qədər böyük təəssüf hissi keçdi.....Heyf bu cür insanlara....

  • @aygunabdurahmanova2399
    @aygunabdurahmanova2399 3 года назад +4

    Vəteni ücün canı belə hecə sayanlaylar qarşısında dərin hörmetle baş əyirəm . Allah olnlara rəhmət etsin

  • @dunyaa1_
    @dunyaa1_ 3 года назад +13

    Allah rəhmət eləsin Azərbaycanın mərd, dəyərli ziyalilarina.

  • @tahirakbar.
    @tahirakbar. 3 года назад +3

    Başdan ayağa izlədim maraqla. Çox təsirli

  • @Said-lt7nr
    @Said-lt7nr 3 года назад +5

    Azər müəllim,sizə can saglıgı arzulayıram.Çox yaşayın.Çox yaşayın ki,ziyanızdan bəhrələnək,Cavidi daha dərindən öyrənək..Sizə də dərin minnətdarlıgımı bildirirəm,Belə belə işlər...

  • @АйгюнСамедова-в2с
    @АйгюнСамедова-в2с 3 года назад +3

    Cox kovreldim, coxda maragliydi bele bele isler davami gelsin tarximizi bele mudruklerden bilek

  • @panahova6812
    @panahova6812 3 года назад +6

    Defelerce izledim uzuntu ile😔Allah rehmet etsin Huseyn Cavide ve ailesine.🤲Çox sağolun bunu bizlerle paylaşdiğiniz üçün.Belə belə işlər❤

  • @ZenfiraSadigova
    @ZenfiraSadigova 5 месяцев назад

    Nə hisslər keçirdiyimi ifadə edə bilmirəm, çünkü bütün sözlər acizdi!!!😢😢😢😢 Çox sağolun bu dəyərli məlumat üçün! Nə qədər faciəli bir ömür! Nurlar içində yatın!!!😢😢😢

  • @eshq_qirintisi
    @eshq_qirintisi 3 года назад +3

    RUHLARINIZ ŞAD OLSUN 🙏 Dəyərli və vacib məlumat üçün təşəkkürlər "belə belə işlər" komandası. Var olun...

  • @UstaMaarif
    @UstaMaarif 2 года назад +1

    Var olun. Cavidin şəxsiyyəti əsərlərindən çox-çox böyükdür.

  • @aqilquliyev9838
    @aqilquliyev9838 3 года назад +2

    Təşəkkürlər. Var olun.

  • @sevaMsfhaciyeva
    @sevaMsfhaciyeva 3 года назад +2

    Cox sağolun dahi Cavid haqqında bilmədiklərimizi bizə catdırdınız .

  • @sbuhisdli359
    @sbuhisdli359 2 года назад +2

    ALLAH RƏHMƏT ELƏSİN CAVİDLƏR NƏSLİNƏ!🤲😢😔🤲

  • @kamranehmedov3622
    @kamranehmedov3622 3 года назад +6

    Allah rəhmət etsin.

  • @ramalnasirov4148
    @ramalnasirov4148 3 года назад +6

    Cox heyf coooox.Hemishe xalqimizin basshina belalar gelib.Bu torpaq hemishe dahiler yetishdirib.Allah Ulu Öndere rehmet elesin ki, boyuk shairi Azerbaycana getizdirib.

  • @raminkerimli8616
    @raminkerimli8616 3 года назад +2

    Kanal rehberliyinede cox sagolumu deyirem bele deyerli melumatlar ucun

  • @aygunmehraliyeva7521
    @aygunmehraliyeva7521 2 года назад

    Çox maraqlı idi, təşəkkürlər!

  • @AdvancedEnglishHub11
    @AdvancedEnglishHub11 3 года назад +1

    Zövq aldım. Əhsən❤️

  • @afaqzeynall4290
    @afaqzeynall4290 Год назад

    Təşəkkürlər, çox sağ olun bu film üçün.

  • @slowedazerbaijan
    @slowedazerbaijan 3 года назад +7

    Uğurlar

  • @Sems_Agayeva
    @Sems_Agayeva 6 месяцев назад

    Allah sizə cancan sağlığı versin. Çox təsirləndim, hətta ağlaya-ağlaya dinlədim. Böyük yazıçıya və ailəsinə Allahdan rəhmət diləyirəm. Ruhlarına fatihə…

  • @nergiznezrin9071
    @nergiznezrin9071 3 года назад +2

    Allah sizi var elesin gozel insan.nece gozel catdirdiz bize Hiseyn Cavidi.ele bilki hemin illerde yasamis kimi qorxu doldu ureyime.kaş kiler çoxdu.kaşki biz cavanlara çox eserleri qalardi yasayardi.Allah rehmet elesin.

  • @qarabagunutmabutovazrbayca9040
    @qarabagunutmabutovazrbayca9040 3 года назад +2

    Mürsəl bəy Şaxsuvarov mənim babamdır. Şaxsuvarovlar nəslimizdən 3 Cumhuriyyət tələbəsi var ❤🙏🏻
    Heyf gəldik bu zalım zəmanəyə

  • @naibaaliyeva4895
    @naibaaliyeva4895 Год назад

    Cavid haqda cox oxmuşdum amma bu söhbət çox təsirli bir söhbət oldu..... Çox mütəəsir oldum... Təşəkkür edirəm belə bir gözəl araşdırma üçün!

  • @xosrovnamazov2857
    @xosrovnamazov2857 9 месяцев назад

    Allah hər birinə rəhmət eləsin.
    Azər müəllim Allah Sizdən razı olsun. Çox sağolun hər şeyə görə.

  • @cfrzadfrid2092
    @cfrzadfrid2092 2 года назад +2

    Sağolun Azər bəy həqiqətən ela danışdınız 🙏

  • @gunesh6
    @gunesh6 3 года назад +8

    Bizə hemişə həqiqətən ayıb olsun…ona görə ki hemişə başımızda satqınlar oturub.. ona göreki tarix boyu rusa ermeniyə tərəf qaçmışıq.. ona görəki heç vaxt özümüz olmaq istəməmişik… Hüseyn Cavid kimi yüzlərlə şəxsiyyət ömrünü bizə həsr eledi canlarından keçdi amma biz yenədə düzəlmədik vallah… bizə ayıb olsun.

  • @hml9732rz
    @hml9732rz 3 года назад +14

    Ölüm hər kəsi ayırarkən onları birləşdirdi(

  • @ИльгарАсадов-я4ф
    @ИльгарАсадов-я4ф Год назад +1

    Allah rəhmət etsin!

  • @HuseynShukurov-w5k
    @HuseynShukurov-w5k 2 месяца назад

    Çox sağ olun çox çox təşəkkür edirəm sizə yaradıcı heyətə inanın siz danışdıqca məndə o hissləri yaşadım var olun nə yaxşı ki sizin kimi insanlar onları ölməyə qoymur

  • @raminkerimli8616
    @raminkerimli8616 3 года назад +2

    SONA KIMI IZLEDIM.MENIMDE ATAMIN BABASI ŞEYX QULAMHUSEYN AXUND REHMETLIK HUSEYN CAVIDLE BIR KAMERADA ACI CEKIBLER.ALLAH RƏHMƏT ELƏSIN. BIZ COX CALISDIQ BABAMIZIN MEZARINI GETIREK AMA GETIRE BILMEDIK(((

  • @fdhjgk7098
    @fdhjgk7098 3 года назад +5

    Çox maraqlıydı

  • @ElnurEYYUBOV.
    @ElnurEYYUBOV. Год назад

    Allah Hüseyn Cavidin Ailəsinə rəhmət eləsin .
    Azer bey Allah sizedə ömür versin.
    Turan xanimim size dediyi sirler bizede maraqlidi Hüseyn Cavid barede .artiq 100 il keçib o hadiselerden ..
    M

  • @pinartagiyeva1320
    @pinartagiyeva1320 2 года назад +2

    Cavid Efendi😢Edebi
    Irsimizin en boyuk ustadlarindan!Ruhunuz sad olsun nakam,nisgilli Cavid ailesi

  • @fatmamustafayeva3574
    @fatmamustafayeva3574 3 месяца назад

    ALLAH XALQIMIZIN QEYRƏYLİ OĞULLARINA RƏHMƏT ETSİN. ONLARA ƏZAB VERƏNLƏRƏ LƏNƏT ETSİN.

  • @ilahhmdova1131
    @ilahhmdova1131 3 года назад +2

    Çox sağ olun belə dəyərli məlumatlar üçün.Allah ermənilərə.min lənət eləsin.Ərtoğrul.kimi savadlı ğəncin nakam həyatı məni çox kədərləndirdi

  • @shahriyarnabiyev
    @shahriyarnabiyev 6 месяцев назад

    Yaşayırmış kimi danışıb bizə də həmin anları hiss etdirdi Azər müəllim. Necə həm sevincli həm kədərli qarışıq hisslərlə danışır, çox maraqlı həvəslə izah verir 👏 itirdiyimiz incilərin hər birinə Allah rəhmət etsin 🙏

  • @Fly2013-i9j
    @Fly2013-i9j 3 года назад +2

    Çox sağ olun.Göz yaşları ilə izlədim..Nə deyim.Bilmirəm nədəndir represiya qurbanları içindəH.Cavid və M.Müşfiq məni çox yandırır.

  • @gggdhdhdhdhdhd9560
    @gggdhdhdhdhdhd9560 3 года назад +3

    Cox tesirlidir. Bu bir ailenin faciesidir. Sozun bitdiyi an.

  • @kingseas
    @kingseas 3 года назад +5

    Dayanmadan tərifləyin sovet dövrünü. Dayanmayın, ey quldarlıq dövrün bir qarın çörəyə işləyən sakinləri.

  • @gunelneymantklli5018
    @gunelneymantklli5018 6 месяцев назад

    Ağlamadan izləmək mümkün deyil.Məkanınız Cənnət olsun dahi dramaturq Hüsyin Cavid.

  • @srqiyyrustmova6407
    @srqiyyrustmova6407 Год назад

    Həqiqətən Sizin varlığınıza şükürlər olsun. İnanın sizin Cavid əfəndi, ailəsi ilə bağlı bu müsahibəyə göz yaşı ilə baxdım. Var olun, yaşayın. Yaşayın ki, Cavid əfəndi ailəsindən daha çox bildiyiniz məlumatlarl bizlərə danışasınız.

  • @leeyla8341
    @leeyla8341 3 года назад +3

    Azər bəy Allah sizə uzun ömür,can sağlığı versin🙏🏻🤍Həqiqi ziyalı,sənətkarımız haqqında məlumat verdiniz,bizimlə bölüşdünüz.Ruhları şad olsun,nur içində yatsın o gözəl ailəmiz.O qədər əzablı günlər çəkərək dünyadan köçən şairimizin ruhu qarşısında diz çökürəm,təzim edirəm.Onun yazdığı əsərlərdən bu gün ilham alan bizlər ona çox şey borcluyuq.Bu xalq ona borcludur.Ruhun şad olsun,bəy nur içində yat İnşAllah 🥺🤲🏻

  • @agha.tahirli
    @agha.tahirli Месяц назад

    Çox təsirli verliş idi. Allah Cənnətdə barabər eləsin Cavid ailəsini. Bizim xalqın necə dərin ədəbiyyatı, belə görkəmli şəxslər sayəsində klassikaya çevrilib.

  • @rhmancavid3711
    @rhmancavid3711 2 года назад +1

    Allah merdim azara min lenet edsin Allahım Cavid ve ailesinin ieri cennet baş kesenlerin ierini ise cehhennem olsun 😭🤲🙏

  • @nailesemedova7896
    @nailesemedova7896 2 года назад +1

    Allahım cənnətin ən gözəl sakinləri etsin onları Allah onları bu günə qoyanları heç bağışlamasın

  • @nrgizncfova3985
    @nrgizncfova3985 3 года назад +1

    Nece gözəl danışır , maraqla izlədim

  • @mikayilmahmudov7670
    @mikayilmahmudov7670 2 года назад +2

    Mən ağlayaraq,quruluşu ,erməniləri lənətləyərək ,ürək ağrısıyla ,təəssüf hissiylə izlədim😭

  • @ulkahasanova7905
    @ulkahasanova7905 3 года назад +2

    Göz yaşları içində seyr edirəm bu vudeonu. Artıq neçənci dəfədir izləyirəm

  • @tomristuran2345
    @tomristuran2345 3 года назад +2

    Sağ ol, Azər Turan.

  • @laleesedli7633
    @laleesedli7633 Год назад

    Gözlerim dola dola izlədim qızlarımız aile qurub atasini anasını nene baba edirler Turan xanım bütün həyatını atasıni bu millete unutdurmamaq üçün çalışır vuruşur istədiyinə nail olur halal olsun bele qeyrətli xanımlarımıza hər qadının işi deyil bu fədakarlığı etsin Allah Hüseynin Cavid ve onun ailesine rəhmət eləsin Amin🙏

  • @xeyalefettayeva2643
    @xeyalefettayeva2643 Год назад

    Cavid Efendi 😔Allah rehmet elesin. Goz yasi ile izledim😢 Bunu şagirdlerime de izledecem, cox gozel materialdir

  • @geribinsan2473
    @geribinsan2473 2 года назад +4

    Yaşasın ölümünden sonra qelblerde yaşaya bilen insanlar! Yaşasın sağlığında insanlara deyer veren insanlar!