Qüds kralı IV Baldwin (Cüzzamlı Kral)

Поделиться
HTML-код
  • Опубликовано: 1 окт 2024
  • Elə bir kral düşünün ki, cüzzəm xəstəsi olmasına baxmayaraq tanrılar şəhəri adlanan Qüdsü 11 il Səlahəddin Əyyubinin hücumlarından müdafiə etsin.
    Dəstək: / turgutsultan
    Əlaqə: turqutsultan@gmail.com
    Sosial Media Hesaplarım:
    instagram: / turgutsultan_
    twitter: / turgutsultan_
    facebook: / 13turgutsultan
    turgutsultan.com/
    Gəlin əvvəla cüzzəm xəstəliyinin nə olduğundan danışım.
    Cüzzəm Lepra bakteriyasının yaratdığı xroniki yoluxucu xəstəlikdir. Cüzzəm sümükdə ərimələr, əzələlərin tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda dəyişikliklərə səbəb olan xəstəlikdir. Cüzzəmlilərlə birbaşa təmas halında olmaq yoluxma risqini artırır. Bu səbəblə
    qədimdə cüzzəmlilər toplumdan seçilmək üçün xüsusi geyimlər geyinib boğazlarına zınqırov taxırdılar. Hətta bəzi mənbələrə görə cüzzəmlilər "lənətlənmiş insanlar olaraq qəbul edilib, cəmiyyətdən kənarlaşdırılır, xüsusi adalara sürgün edilirdi.
    Tarixdə Cüzzəmli kral adlanan IV Baldwin 1161-ci ildə Qüdsdə kral ailəsində anadan olub. Atası kral Amalrikdən sonra taxta çıxacağı üçün ona xüsusi diqqət, qayğı göstərilirdi. Baldwin'in təlim tərbiyəsi ilə xüsusi seçilmiş, Surlu Wiliam məşğul olurdu. Bakdwin'in taleyini dəyişəcək kədərli hadisəni də məhz Surlu Wiliam görmüşdü. Bir gün Baldwin və dostları bir-birlərinin qollarını cızaraq oyun oynayırdılar. Baldwin'in qollarından qan axmasına baxmayaraq, heç bir ağrı hiss etmirdi. Bunun yaxşı əlamət olmadığını anlayan Wiliam hadisəni kral Amalrikə çatdırdı. Kral xüsusi həkimlər çağırdı. Lakin heç biri Baldwin'in xəstəliyinin nə olduğunu tapa bilmədi. Baldwin 13 yaşında ikən atası Kral Amalrik vəfat etdi. Və taxta uşaq yaşında özü çıxmalı oldu.Tarixi mənbələrdə 13 yaşında olan Baldwin'in tacqoyma mərasimində üzü normal şəkildə görünürdü. Lakin bu rəsmlərdən sonra bir daha heç kim onun üzünü görə bilmədi. Çünki Baldwin'in yaşı artdıqca dərisi çürüməyə, sümükləri isə əriməyə başlayırdı. Bu səbəblə ömrünün sonuna qədər üzü maskalı, əlləri, qolları isə tamamilə bağlı şəkildə yaşadı. Heç vaxt da evlənə bilmədi. Qüds xalqı cüzzəm xəstəsi birinin kral olduğunu eşidəndə tərəddüt etsələr də, uzun ömür yaşamayacağını, taxta tezliklə başqa birinin keçəcəyini düşünürdülər. Lakin bu fikirlər qısa müddət ərzində dəyişdi. Kral IV Baldwin hələ 16 yaşında ikən Qüdsdə daima gözü olan Misir hökmdarı Səlahəddin Əyyubi ilə Montgizard savaşına girdi. Əyyubinin 50.000 ordusuna qarşılıq, Baldwin'in 25 min qoşunu var idi. Səlahəddin Əyyubi 16 yaşlı kralı çox xəfifə almışdı. Helə bunun nəticəsidir ki, xüsusi döyüş taktikaları, ağılı sayəsində Baldwin Səlahəddin Əyyubini məğlub etdi. Döyüşdən canını çətinliklə qurtaran Səlahəddin sərkərdələrinə demişdi.
    "İndi qarşımızda gerçək bir kral var"
    Baldwin'in Qüdsdə əsl kral kimi ömür sürəcəyinə heç kimin inanmı yox idi. Lakin Baldwin Səlahəddin Əyyubi kimi dünyaya meydan oxuyan hökmdarı məğlub etməklə əsl kral olduğunu sübut etdi. Bu hadisədən sonra Baldwin Qüdsün qoruyucusu kimi tanınmağa başlandı. İkilinin son qarşılaşması isə Kerek qalasında oldu. Baldwin'in ögey bacısının toy mərasimi var idi. Bütün ziyalı, varlı Qüdslülər bu toya dəvətli idi. Lakin Baldwin'in vəziyyəti ağır olduğuna görə toya gedə bilməmişdi. Səlahəddin Əyyubi bunu fürsətə çevirərək, ordusu ilə kerek qalasını mühasirəyə aldı. Vəziyyətdən agah olan IV Baldwin dəstəsi ilə yola çıxdı. Hələ 24 yaşı olmasına baxmayaraq, kralın vəziyyəti o qədər ağır idi ki, gözləri görmür, əlləri isə tutmadığı üçün ata minə bilmirdi. Bu səbəbdən əsgərləri onu kerek qalasına xüsusi yataqda, uzanmış vəziyyətdə apardı. Səlahəddin Əyyubi Qüdsdən dəstək gəldiyini görüb, mühasirəni dayandıraraq, geri çəkilməyə məcbur oldu.
    Tarixçilər Qüds kralı Baldwin və Səlahəddin Əyyubinin həm bir-birinə hörmət göstərən, çox yaxşı dost həm də Qüds uğrunda savaşan iki rəqib olduğunu yazırdı. Səlahəddin Əyyubinin Qüdsü ələ keçirmək arzusu IV Baldwin yaşadığı müddətdə həyata keçməmişdi. Lakin Baldwin'in ölümündən 3 il sonra Qüds Səlahəddin tərəfindən tamamilə fəth edildi.

Комментарии • 21