Payız gəldi - Bəstəkar: Emin Sabitoğlu, İfaçı: Hüseyn Bakılı (Sözləri\Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1...
    Bəstəkar: Emin Sabitoğlu
    Sözləri: Fikrət Qoca
    İfa edir: Hüseyn Bakılı
    Gözlərim hər axşam axtarır səni,
    Ürəyim yollardan qayıtmır evə,
    Sənsiz dalğalar da tanımır məni,
    Neyləyim ürəyim heç yatmır evə.
    Payız gəldi, uçdu getdi quşlar,
    Sən də getdin, bax yağdı yağışlar.
    Payız gəldi, qərib oldu dəniz,
    Bu dənizin gözü yaşlı sənsiz.
    Küçələr, döngələr izindən qalır,
    Yarpaq pıçıltısı sənin səsindi,
    İşıqlar zil qara gözündən qalır,
    Bu şirin xatirə mənim bəsimdi.
    Payız gəldi, uçdu getdi quşlar,
    Sən də getdin, bax yağdı yağışlar. .
    Payız gəldi, qərib oldu dəniz,
    Bu dənizin gözü yaşlı sənsiz.
    Özümü aldadır hər axşam-səhər,
    Elə bu havanı oxuyuram mən,
    Vallah səndən ötrü çox darıxmışam,
    Başqa nə gəlir ki axı əlimdən?
    Payız gəldi, uçdu getdi quşlar,
    Sən də getdin, bax yağdı yağışlar.
    Payız gəldi, qərib oldu dəniz,
    Bu dənizin gözü yaşlı sənsiz.
    Dostlarım bilirlər nələr çəkirəm,
    Hər axşam könlümü alırlar mənim,
    Hər dəfə qapımı döyən zaman qəm,
    Dostlarım həmdəmim olurlar mənim.
    Payız gəldi, uçdu getdi quşlar,
    Sən də getdin, bax yağdı yağışlar.
    Payız gəldi, qərib oldu dəniz,
    Bu dənizin gözü yaşlı sənsiz...
    RUclips Kanala dəstək olmaq üçün aşağıdakı linklərdən birinə keçin:
    Yandex - bit.ly/2GySo1H və ya Qiwi - bit.ly/2JJ81cW
    Facebookda bizi izləmək üçün bu linkə keçin: bit.ly/2YtG7oD

Комментарии • 9

  • @azrbaycanmahnlarsozlrl9338
    @azrbaycanmahnlarsozlrl9338  4 года назад +4

    Manatla real pul qazanın MilliCoin
    Qeydiyyat linki: millicoin.az/1076831.referal

    • @CABAA_
      @CABAA_ 3 года назад +3

      🇦🇿🇦🇿🇦🇿👍👍☺️🙃🙃 əla

  • @еллара
    @еллара 5 месяцев назад

    Emin Sabitoglu bestesidir qeyd edin
    aram asatryan plaqiat edib deyir menimdi
    hara baxirsiz

  • @fuadmuradov8039
    @fuadmuradov8039 2 года назад +1

    Super👍👍👍🇦🇿Amma bahar gəlir.Musuqi deyil şedevrdi 👍👍👍.Adamın ruhunu özünə qaytarır.

  • @seymurabdullayev6154
    @seymurabdullayev6154 2 года назад +2

    Əla mahnidi

  • @alikandiri8188
    @alikandiri8188 Год назад

    hanımefendi bunu ne zaman okursanız okuyun haberiniz olsun çok güzelsiniz

  • @wayoflife486
    @wayoflife486 11 месяцев назад

    4 il əvvəl 6 cı sinifdə musiqi dərsində eşidmişəm qəşəkdir❤

  • @Mehriban-k2c
    @Mehriban-k2c 11 месяцев назад

    Əla ❤❤❤

  • @vuqarvuqarov5554
    @vuqarvuqarov5554 2 года назад

    Budanizngozuyaslsansiz🎭🍷🥀🥀🥀🥀💔