Hizbullahı ermənilərlə nə birləşdirir?

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • t.me/AzadIranT...
    Ötən həftə İrana bağlı Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullahın İsrail ordusunun hava zərbələri nəticəsində həlak olması beynəlxalq gündəmin əsas mövzusuna çevrilməklə, ən müxtəlif reaksiyalar doğurdu. Məsələn, İranda ölkənin ali rəhbərindən tutmuş əyalət mollalarına qədər çoxsaylı rəsmilər Tehrana ağır zərbə olan bu hadisə ilə bağlı bəyanatlar yaydılar. Hadisənin bilavasitə baş verdiyi Livanın özündə də, təbii ki, müxtəlif siyasi təşkilatlar və dini qurumlar, eləcə də tanınmış şəxslər məsələyə dərhal münasibət bildirdilər. Hizbullah liderinin öldürülməsi ilə bağlı verilən çoxsaylı açıqlamalar içərisində biri diqqəti xüsusilə cəlb edir. Söhbət Livanda “Taşnaq Partiyası” adı ilə tanınan Erməni İnqilabi Federasiyası - Daşnaksütyunun Mərkəzi Komitəsinin yaydığı bəyanatdan gedir. Həcmcə çox da böyük olmayan bu bəyanatın mətni Livandakı erməni daşnaklarının Həsən Nəsrullaha və onun rəhbərlik etdiyi təşkilata xüsusi münasibətini əks etdirir.
    Partiyanın bütün sosial media hesablarında yer almış bəyanatda belə deyilir: “Biz Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın qəddar düşmənin əli ilə şəhid olması ilə əlaqədar İslam Müqavimətindəki qardaşlara, təşkilatın rəhbərliyinə, üzvlərinə və tərəfdarlarına başsağlığı veririk. Müqavimətin öndəri öz şəhid yoldaşlarına qovuşmaq üçün bizdən ayrılaraq tarixə öz adı ilə yanaşı müqavimət və mətinliyin yeni mənasını həkk etdi”. Bəyanatda daha sonra vurğulanır: “Müqavimətin başçısı Livanın onun müdriklik və səbrinə ehtiyacı olduğu bir mərhələdə dünyadan köçdü. Qarşıdakı mərhələ vətənimiz üçün çətin olacaq və biz hamımız ölkənin və xalqın qorunması üçün məsuliyyətli olmalıyıq”.
    #İran #Hizbullah #erməni #Daşnaksütyun #Nəsrullah #Livan

Комментарии • 33