GƏDƏBƏYDƏDİR

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Gədəbəydədir
    Soruşdun hardanam, Hüseyn Xaloğlu,
    Ömrümün binası Gədəbəydədir!
    Anamın boynuma dolanan qolu,
    Yuxumun laylası Gədəbəydədir!
    Hər kəs bu yerlərdən olubsa halı,
    Dilinə dəyibsə bir qaşıq balı
    Söyləyər dolansa bütün mahalı,
    Dərdlərin dəvası Gədəbəydədir!
    Daşlardan tökülən gur şəlalələr,
    Çəmənə od salan yanar lalələr.
    Ayaz gecələrdə düşən jalələr,
    Otların sırğası Gədəbəydədir!
    Başım ayazıyıb, keçib daha çən,
    Könlümün həmdəmi olmaz hər yetən.
    Məni xallarına əsir eyləyən,
    Balakən sonası Gədəbəydədir!
    Yumru qayaların qızıl xınası,
    Gəzib dolaşanda binələrini,
    Əzmə çiyələyin dənələrini.
    Dərənin dərini, suyun sərini,
    Dağların qocası Gədəbəydədir!
    “Dəli Koroğlu”ya çəkilən zillər,
    Çəçələ barmaqda vurulan gullər.
    Gözəllər eşqinə gözəlləmələr,
    “Sarıtel” havası Gədəbəydədir!
    Yastı zirvələrin min illik qan,
    Daşlara ilişən duman layları.
    Qərib durnaların haça qatan,
    Kəkliyin sədası Gədəbəydədir!
    Qızılgül açılır üzdə, yanaqda,
    Çiçəyin ətrini duyursan yağda.
    Cüyür öz əksinə baxır bulaqda,
    Suların aynası Gədəbəydədir!
    Cığırlar yollara calaq-calaqdır.
    Çeşmələr caylara budaq-budaqdır.
    Qayalar təpədə qalaq-qalaqdır.
    Koroğlu qalası Gədəbəydədir!
    Bilən yaxşı bilir, həqiqətdir bu:
    Yayda “dirədöymə”, qışda “qar topu”
    “Çoban bozartması”, “tava kartofu”,
    Camışın, xaması Gədəbəydədir.
    Çayyurd, Çətindərə, Şirşir, Arxaşan,
    Qalakənd üstündə üççay qarışan,
    Yeddi qat göy ilə hüsnü yarışan
    Cənnət tamaşası Gədəbəydədir.
    Dünyanin ən gözəl çəməni, çölü,
    Torpağın ən zərif çiçəyi-gülü,
    Meşənin payızda dəyən əzgili,
    Behiştər alması Gədəbəydədir.
    Ağzının ləzzəti xəstənin, sağın,
    Qatığın-qaymağın, ayranın-yağın,
    Axşamdan sabaha yanan ocağın
    Ülfətin mənası Gədəbəydədir.
    İlyasam, el üçün qaynayır qanım.
    Elsiz kimə gərək şerim, dastanım.
    Bu barlı, bəhərli Azərbaycanın,
    Bir kiçik parçası Gədəbəydədir!!!!!!!!!!
    Ilyas Tapdiq.

Комментарии • 7

  • @adilemusayev9356
    @adilemusayev9356 6 лет назад +1

    Sağolsun ğədəbəylilərin hamsı vətənimdi oralar mənim

  • @kdkddkdkdk2833
    @kdkddkdkdk2833 8 лет назад +7

    bu gözəlik👍👍👍👍mərd gədəbəylilər eşiq olsu

    • @jackcaden2769
      @jackcaden2769 3 года назад

      I know Im asking randomly but does anybody know a method to log back into an instagram account?
      I was stupid lost the login password. I would appreciate any help you can offer me

  • @azercelliazercelli3434
    @azercelliazercelli3434 5 лет назад +4

    Var ol Gedebeyim

  • @elmarboyukkisiyev623
    @elmarboyukkisiyev623 2 года назад

    Esq olsun GEDEBEY oglannarina❤️❤️❤️