Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya
    “Cənubi Qafqaz yenə də böyük güclərin rəqabət meydanına çevrilib. Dolayısı ilə Vladimir Putinin səfəri zamanı və dünən Türkiyədə xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra Naxçıvandakı mövqelərimizin atəşə tutulması ABŞ və Fransa başda olmaqla Qərbin buna verdiyi reaksiyadır”.
    Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
    General Ermənistanın Qərbin maşasına çevrildiyini bildirib: “Sadaladığımız güclər dildə sülh istədiklərini desələr də, beyinlərində və ürəklərində müharibə istəyir və bunun üçün çalışırlar. Hazırda regionda gedən mübarizə 200 illik geosiyasi rəqabətin davamıdır. Məsələ yalnız Azərbaycan və Ermənistan arasında deyil, bölgə getdikcə ABŞ və Rusiya arasında çəkişmə meydanına çevrilir. Rəsmi Vaşinqton İrəvanı öz proksisi kimi Moskvaya qarşı istifadə edir. Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstan baş verən bütün təxribatların mesaj xarakterli olduğunu bilir. Ancaq yalnız İran müttəfiqi, qardaş adlandırdığı Ermənistanın atdığı təxribatçı addımlara göz yumur, hətta bir çox hallarda buna dolayı yolla haqq qazandırır”.
    Y.Karauz Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb: “Ancaq öz mənfəətləri üçün qan və müharibə istəyənlər bilməlidirlər ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır. Biz sülh içində yaşamaq istədiyimiz üçün Ermənistana əlimizi uzatdıq. Ancaq müstəqilliyimizə, ərazi bütövlüyümüzə əl uzadanların əlini qırmağı, başına dəmir yumruğu endirməyi də çox yaxşı bilirik. Cənab İlham Əliyev də dəfələrlə bununla bağlı Ermənistana və havadarlarına xəbərdarlıq edib. Əgər yenə hansısa xam xəyallara qapılıb o səhv addımı atsalar, başlarına enən zərbənin təsirindən bir daha özlərinə gələ bilməyəcəklər”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #naxçıvan #irəvan #qərb #türkgeneralı #cənubiqafqaz #vladimirputin #putinbakıda #putin #xinrəhbərləri #görüş #ceyhunbayramov #hakanfidan #abş #yücelkarauz #bakutvreels

Комментарии • 7