Tarixi Qalaaltı

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • Arxada gördüyünüz kənd Qalaaltı kəndidir. Deyirlər ki, 9 iqlimin 7-ni kənddə müşahidə etmək olur. Kənd həm də Çıraq Qalası və Qalaaltı suyu ilə məşhurdur.
    Əsasən istehkam məqsədilə IV-VI əsrlərdə Sasani hökümdarının tikdirdiyi Çıraq qala Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri olub. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da "Çıraqqala" hələ də əzəmətli görünüşü ilə turistləri heyran edir.
    Çıraq qala adını Çıraq Qayadan götürüb. İstehkam qala tikilməzdən əvvəl insanlar düşmənin gəlişini xəbər vermək üçün bu qayanın üzərində tonqal qalayarmış. Amma qala tikiləndən sonra insanlar tonqalı bu günə qədər salamat qalan ən yüksək bürcü üstündə qalayıblar.
    Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyil. Qalanın 4 tərəfdən keçilməz sıldırımlı qaya üzərində yerləşməsi, 17 bürcü, buranın qala-şəhər oldugunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalaya Sasanilərin təyin etdiyi ilk hakimin də adı Çora və ya Çara olUB. Belə bir ehtimal da var ki, Çara qala zamanla dönüb Çaraqqala, Çıraqqala olub."Çıraqqala"nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.
    Bu ərazidə turistlərin diqqət çəkdiyi digər məqam isə Qaalaaltı suyudur.
    Şəfa bulağını görmək üçün dağətəyi meşəni üzüyuxarı qalxmaq lazımdır. Asan deyil. Biz də operatorumujzla buna cəhd etməyə çalışırıq.
    Naft-su adlandırılan bu su orqanik maddələrlə zəngindir. Tərkibində fenol, alifatik turşular, mikroelementlər var.
    Min bir dərdin dərmanı olan bu su Şabran rayonunun dağətəyi meşəsində 1969- cu ildə aşkarlanıb. Suyun 7 mənbəyi var.
    Bu su kimyəvi tərkibinə görə çox vaxt Uktaynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarının suyu ilə müqyisə olunur. Qalaltı suyu əsasən böyrək daşı xəstəliklərində faydalıdır. Mədə-bağırsaq və öd kisəsi xəstəljklərində də istifadə olunur. Məhz bu suyun sehirli müalicə üsuluna görə Qalaaltı kəndində 1976-cı ildə fəaliyyət göstərən sanatoriyanın yerində indi beynəlxalq standarlara cavab verən otel spa mərkəzi inşa olunub. Turizm şirkətinin nümayəndələri hesab edir ki, bu sağlamlıq mərkəzi xidmət, qiymət və keyfiyyət ilə sağlam turizm üçün uğurlu məkana çevrilə bilər.
    Turizm şirkətinin nümayəndəsi Fidan Abdullayeva bu suyun bütün standartlara uyğunduğu bildirib:
    "Təbiət və qiymət baxımından . 9- iqlim qurşağının 7 si burda varsa, o özü elə bir nəticədir. Həm standartları, həm müalicəsi baxımından turistlərə məsləhət görərdim".
    Turizm şirkətinin rəhbəri Cəmalədin Həsənov:
    "Uzağa getməkdənsə, bizim turizmə də dəstək olar, yaxşı olar ki bura gəlsinlər. Yüksək xidmət, müasir aparatura var. Gedib köhne sanatoriyalarda müalicə almaqdansa müasir aparatura ilə müalicə daha məqsədəuyğun olar. Qiymətlər münasibdi. Bunu qoyub xarici ölkəyə getməyə dəyməz".
    Sehirli qüvvəyə malik suyun dadına da gərək elə yerində baxsan.
    Mütəxəssislər kükürdlə suyu yerində içməyi məsləhət görür. Düzdür turistlər onu qablaşdırıb aparırlar. Bu müalicə üçün o qədər də effetktli deyil. Çünki 1 sutkadan suyun tərkibində amonyak turşuları əmələ gəlir. (su içmək) hər halda bu qə dər xeyri olan suyun xoşa gəlməyən tamı olamlıydı.

Комментарии •