Tünzalə - Pərvanə (🎤 Karaoke)

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • Tünzalənin "Building Our Peace" albomundan "Pərvanə" mahnısı artıq karaoke versiyası mövcuddur.
    Musiqi: Tünzalə
    Söz: Gülağa Tənha
    Sözlər:
    [Bənd 1]
    Əynindən soyunub qaranlıqları
    Qədərin hökmündən ayrılıb gəlir
    Pərvanə can atır şam işığına
    Gecənin içindən sıyrılıb gəlir
    Əynindən soyunub qaranlıqları
    Qədərin hökmündən ayrılıb gəlir
    Pərvanə can atır şam işığına
    Gecənin içindən sıyrılıb gəlir
    [Nəqərat]
    Necə möcüzədir, İlahi, görən
    Ölümə gələnlər beləmi gəlir?!
    Əcəli gizlənib qanadlarında
    Ömürdən sıyrılıb ölümə gəlir
    “Ocaq” deyək dünyanın dərdini daşıyanlara
    “Nur” deyək pərvanə ömrü yaşayanlara
    [Bənd 2]
    Sevgisi ömürdür
    Bu sevgisiylə
    Tək gəlib dünyaya, cahana Tənha!
    Pərvanəlik var xislətində
    Tənha - pərvanədir
    Pərvanə - Tənha!
    [Nəqərat]
    Necə möcüzədir, İlahi, görən
    Ölümə gələnlər beləmi gəlir?!
    Əcəli gizlənib qanadlarında
    Ömürdən sıyrılıb ölümə gəlir
    “Ocaq” deyək dünyanın dərdini daşıyanlara
    “Nur” deyək pərvanə ömrü yaşayanlara
    “Ocaq” deyək dünyanın dərdini daşıyanlara
    “Nur” deyək pərvanə ömrü yaşayanlara
    #Tünzalə #Pərvanə #tünzaləsənətmirası

Комментарии •