Cəlilabadlı fermerlər günəbaxan yığımına başlayıb

Поделиться
HTML-код
  • Опубликовано: 27 июл 2016
  • Cəlilabad fermerləri günəbaxan yığımına başlayıb. Fermerlər bildirir ki, bu təsərrüfat ili günəbaxan üçün əlverişli keçməyib. Mövsümün əvvəlindən siçanabənzər zərərvericilər və çöl quşları, həmçinin zərərli günəş şüaları əkinə xeyli zərər verib. Amma buna baxmayaraq bu il ötən illə müqayisədə məhsuldarlıq yüksəkdir.
    Cəlilabadda günəbaxan təsərrüfatı ilə məşğul olan fermerlər bu il suvarılma sahəsində çətinliklərlə üzləşməyiblər. Bu da məhsul bolluğuna səbəb olub. Amma əkinçini narahat edən məqamlar da var. Bir yandan çöl quşları, bir yandan da zərərvericilər mövsüm boyu fermerlərə baş ağrısı olub.
    Hazırda bir neçə gündür sahələrdən günəbaxan bitkisinin yığımı aparılır. Fermerlər deyir ki, ötən illə müqayisədə becərmə dövründə görülən yüksək səviyyəli aqrotexniki qulluq məhsuldarlığa müsbət təsir edib. Belə ki, sahələrdən hər hektara 17 sentner məhsul toplanması gözlənilir.
    Məhsulun yığımı prosesi aparıldığından hələ ki, günəbaxan tumunun ilkin satış qiyməti müəyyənləşməyib. Amma fermerlər qiymətlərin yüksək olacağına ümidlidir.
    Ötən il Cəlilabadda 500 hektar ərazidə günəbaxan əkilsə də fermerlərin mövsümü zərərlə başa vurması bu il əkin sahələrinin 300 hektara qədər azalmasına səbəb olub.

Комментарии •