Paşinyan hansı gözlənilməz qərarlar verə bilər?

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • İrəvanda tamaşa var - “İlahi komediya”. Dantenin məşhur əsəridir. Yuxuda axirətə səyahətdən bəhs edir. Ermənistandakı tamaşanın bununla əlaqəsi yoxdur. Bu ölkədəki ilahi komediyanın mövzusu keşişin xəyallara səyahətidir. İlahi və komediya. Kilsənin İrəvanda komediyası. Bəlkə də Tanrının ermənilər üçün qurduğu ədalət tragikomediyası. İrəvan bu həftə də qarışdı. Etirazın ilk günü Baqratın ətrafına toplaşanlar az deyildi. Hətta ötən dəfəki mitinqdən daha çox etirazçı görmək olardı. Amma Baqratçıların budəfəki itaətsizlik üsulu gülüş doğururdu - polisə zibil qutuları ilə müqavimət. Mayın 28-də Ermənistan müstəqillik gününü qeyd edirdi. 1918-ci ildə erməni və türk ordusunun döyüşdüyü Sardarapatda bu dəfə savaşan ermənilər özləri idi. Abidəni ziyarətə Paşinyan gəlməli idi. Gecədən əraziyə toplaşan etirazçılara baş naziri görmək qismət olmadı. Katalikos 2-ci Qareginə də. Polis onu Sartarapata çətinliklə buraxdı. Baqratın da Paşinyanla üz-üzə gəlmək arzusu reallaşmadı. Gah hökumət binasının qarşısını kəsdirdi, gah Xarici İşlər Nazirliyinin. Polisdən zərbə alan Baqrata Gümrüyə yürüş etmək də yaramadı. Sonda qərara gəldi ki, Paşinyanla həbsxanada görüşsün. Bilmirəm bu görüş baş tutsa, dəmir barmaqlıqlar arxasında hansı olacaq? Baqrat, yoxsa Paşinyan? Hələlik hər ikisi küçələrdədir. Baqrat qovalayır, Paşinyan qaçır. Sardarapatı ziyarətdən sonra Paşinyan jurnalistlərə açıqlama verirdi. Baqrata deyirdi ki, görüşə gəlmək istəyirsə, qapıda növbəsini gözləsin. Azərbaycanla sülh sazişindən danışarkən isə daha ciddi görünürdü. Paşinyan hakimiyyətdə qalsa, noyabrda sülh sazişi imzalana bilər. Hətta gözlənilməz gedişlər edib yaxşı mənada bizi təəccübləndirə bilər. Bəs çərxi-fələk tərsinə dövran etsə, necə? Paşinyan devrilsə, Azərbaycanla sərhəd razılaşması və danışıqlar necə olacaq? Ekspertlərə görə, Baqrat-Paşinyan qarşıdurmasında keşişin şansı azdır. Hər nə qədər Rusiya və hətta Fransanın seçimi Baqrat olsa da. İrəvanda bir mələk. Birdən-birə Baqratın aksiyasında peyda olmuşdu. Göydəkilərdən xeyir-dua almayan keşişə yerdəkilər də kömək ola bilmir. Etiraf edək ki, Paşinyanın davranışları çox vaxt gülüş doğurub. Amma Baqratın təlxəkliyindən sonra Paşinyan toya getməli sayılır.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/c...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Комментарии • 13

  • @Exfrontier
    @Exfrontier 3 месяца назад +4

    İrəvan Azərbaycandır

  • @GenceliBalasi-we4pk
    @GenceliBalasi-we4pk 3 месяца назад +1

    pawik😮 onu teleye salmasa özu teleye duwe biler

  • @user-cq2hi1ho3w
    @user-cq2hi1ho3w 2 месяца назад

    Bunlar axırda azərbaycan ordusunun zurnasın çalacaqlar

  • @user-sw3ge1hq7j
    @user-sw3ge1hq7j 3 месяца назад +3

    Кочеряан Саркисян Чебурашку ждёт бакинский турме 😅

  • @teletsadixov1987
    @teletsadixov1987 3 месяца назад

    я бы послал их на границу, посмотрим кто пойдет.

  • @ozod1980
    @ozod1980 3 месяца назад

    😂😂😂😂😂😂 комедия 😂😂😂😂😂

  • @ozod1980
    @ozod1980 3 месяца назад

    Баграт кавир Пашик качир😂😂😂😂

  • @feqaniismayilov2302
    @feqaniismayilov2302 3 месяца назад

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-mm9ez1ur5t
    @user-mm9ez1ur5t 3 месяца назад

    Индийские кино 😂😂😂😂

  • @user-bq8dt6wn3t
    @user-bq8dt6wn3t 3 месяца назад

    Sərsəm keşişin sərsəm yuxuları.