Məl'un - Can Bazarı (Lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • Verse: 1
    Başın ağrımırsa, sən ağrıtma dirəşib əşi
    Və birə beşin yazan görmür günəşi
    Uzaqbaşı qazanarsan kəfənin bələşin
    Əşi mürdəşir, ölür bədən sonuncu həşir-nəşir
    Bir anlıq dayandı dünya dönmür daha sonu viranlıq
    Qap qaranlıq yeni qara narıncı D.Trump bi də tiranlıq
    Cənubda millətə qan udduran bir fars xaltası boş köpəylərin
    Xəzərin sahili boyunca çərşəf-i karvan milyon iranlı
    Hey, wassup? Minmişəm filə
    Türkiyə danışığın öyrəşən dilə
    Əsəbim korlanır tərpəşəmmirəm
    Başım götürmür ərmişəmmi, nə?
    Qəssab kimi paslı şişlə əti tonqala vermişəm dünən
    Vətən! bədəni ayırıb ortadan
    Olan bitəni mən bilən, bunu bir başqa bilən bitər
    Verse: 2
    Can bazarında gecənin yazı və turası
    Gündüz karikaturası
    Ölməyin adı var? Ölmək biri var
    Xırıldamaq adı tarif şurası
    Nə badə yaralan!
    Yaralar yerində qalacağ
    Tikəcəy torbasın həkim
    Qab-qacağ üstü tor basıb
    Qazan qaynamırsa, yox şorbası
    Problem olmasın, polis vurmasın
    Neyniyirəm qarğaşa, talpa davasın?
    Qana qəltan yaşlı, gənc, uşağ
    Fərqi yox hamsını dalbadal basır
    Anladım tamam sən sus
    Susmaq qızıldı sən sus
    Bu qədər Qızıl sərvətin hamısı sadəcə bizim bu millətə məxsus hə?
    Yaşadığın halda yazmağ çətin
    Yalan yazıları yaşamağ asan
    Özündən sonra iz qoyacağ yeri tualetdən ötə olmayanları da hesaplasaq misal
    Çün ey brotha, bu da dissdi qayıtmasa
    Mərdümgiriz olmuyacağ mənə bax.
    Bundan sonra var Mərdiməzar
    Öyünməsəm belə qələmim itidi
    Bu beat də youtube'un free beat'idi
    Məl'un bu repin Canavarı
    Necə Eminem bu repin rabbit'idi
    Nə? Kim?necə? nə? nə?
    Bi də de
    Baş üstə bir dəfə də sayıram sırayla dinlə
    Canavar, Cani, Qəddar, Yeganə Gangster,
    Qan içən Faşistəm ə mən!

Комментарии • 4