Nahidə Nur , Sən gəldin , 7Özəldə

Поделиться
HTML-код
  • Опубликовано: 16 май 2024
  • Nahidə Nur
    SƏN GƏLDİN
    söz : N.A.D.O
    mus : Nahidə Nur
    aranjıman : Rəşad Bağırov
    Hər səhər oyanır mənlə eyni hisslər,
    Təbəssüm var üzümdə, amma qəmli gözlər.
    Baxıram hər yerə, axı yox bir mənası,
    Bilmirəm bu qəlb kimin yolunu gözlər?
    Niyə bu yollardan gözlər ayrılır?
    Mən baxıram, yerimə göy ağlayır,
    Son bir həvəs yaralandı o anda,
    Bu yara sağalarmı gözlər dolanda?
    Ümidlərin yox olduğu zamanda
    Nəqarət:
    Sən gəldin, sən gəldin,
    Sən gəldin, sən gəldin,
    Dünyama xoş gəldin,
    Sən gəldin, sən gəldin.
    ***
    İndi sənlə nəfəs alır bu qəlbim,
    Daha mənim nə ağrım var, nə dərdim.
    Sən dünya, mən zaman olsam əgər,
    Sənlə başlayıb, sənlə bitərdim.
    Gözümə baxdın, sanki qəlb dayandı,
    Susqun ürəyim yenidən oyandı.
    Daha mən tanrıdan nə istəyim ki?
    Yaşadır məni ürəyimdəki sevgi.
    Sən mənə hədiyyəsən, nə yaxşı ki,
    Nəqarət:
    Sən gəldin, sən gəldin,
    Sevgilim, sən gəldin,
    Dünyama xoş gəldin,
    Sən gəldin, sən gəldin.
    #nahida #video #ifa #azeri
  • ВидеоклипыВидеоклипы

Комментарии • 7