✈Antalya, ☑ Kaş Antalya turlari-☑Kaş gezmeli yerler- ☑Kaş 2020

Поделиться
HTML-код
  • Опубликовано: 15 авг 2020
  • 🇹🇷🇹🇷🇹🇷
    ✈Antalya, ☑ Kaş Antalya turlari-☑Kaş gezmeli yerler- ☑Kaş 2020
    🌎Türkiyə, Antalya
    ✈Antalya, Kaş
    Antalya Türkiyənin bir şəhəridir. Şəhər eyni zamanda Türkiyənin 5-ci ən böyük şəhəri hesab olunur.
    📌Ölkə - Türkiyə
    📌Bölgə - Akdeniz bölgəsi
    📌Ərazi - 20.909 km2
    📌Əhali - 2.6 milyon nəfər
    📌Vaxt - UTC +3.00 (UDAZD)
    📌Poçt kodu - 07
    📌Nömrə qeydiyyat nişanı - 07
    📌Antalya.gov.tr
    Antalya dünya turizm mərkəzlərindən hesab olunur. Hər il minlərlə turist Antalya üçün səyahət edir. Eyni zamanda onu da qeyd edək ki, turizm cənnəti hesab olunan Antalya 1980 ci illərdən sonra bu sahə üzrə inkişaf etməyə başlayıb. Daha çox turist cəlb edən əraziləri :
    1⃣ Kaş
    2⃣ Manavqat
    3⃣ Finike
    4⃣ Konyaaltı
    5⃣ Kemer
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Kaş
    📌Kaş Antalya üçün daha çox ziyarət olunan yerlərdən biridir. Kaş Akdeniz ilə 70 km lik bir sərhədə malikdir. Kaş Antalya şəhər mərkəzi ilə 3 saatlıq bir məsafədə yerləşir.
    📌Eyni zamanda Antalya hava limanından 220 km məsafədə və Dalaman hava limanından isə 150 km bir məsafədə yerləşir.
    📌Dalaman hava limanından 1 saatlıq məsafədə Fethiyə mərkəzə gələrək, bu məntəqədən 2 saatlıq bir səyahət ilə Kaşa gəlmək mümkündür. Kaşda turist mərkəzləri
    🗺 Kekova
    Türkiyə üçün ən möhtəşəm üzmə təklif edən yerlərdən biridir. Kaş mərkəzindən birbaşa qayıq turları ilə Kekovanı ziyarət edə bilərsiniz.
    🗺Kaleköy və Simena qalası
    Kaleköy tarixi və dar küçələri ilə, eyni zamanda küçəni bəzəyən çiçəkləri ilə yan yana düzülmüş evləri, ev üsulu hazırlanmış ləzzətli dondurmaları ilə, tam bir nağıl kimi kənddir. Bu kənddə əhali sayı isə cəmi 100 nəfərdir. Kəndin yuxarısında Simena qalası yerləşir. Qaladan möhtəşəm mənzərənin şahidi ola bilərsiniz. Eyni zamanda Likya kral məzarlığında möhtəşəm fotolar əldə edə bilərsiniz.
    🗺Antiphellos qədim kənd
    Qədim kənd Kaşda mütləq gəzilməli yerlərdən biridir. Eyni zamanda 4000 nəfərlik tarixi Kaş Teatrı, Likya anıt məzalıqları burada yerləşir.
    🗺Patara
    Patara tarixi yaşayış məskənidir. Eyni zamanda eyni adlı plyaj 12 km uzunluğu ilə möştəşəm dəniz seyrini təklif edir. Eyni zamanda Patara plyajında sörf imkanı var. Plyajda şezlong üçün cəmi 3 azn ödəniş tələb olunur. Bununla yanaşı restoran da fəaliyyət göstərir.
    🗺Kalkan
    Kalkan xalqa açıq xidmət edən plyaj ilə məşhudur.
    Eyni zamanda Lisiya krallığının tarixi mərkəzi, Saklıkent kanyonu yerləşir.
    🗺Meis adası
    Ada Türkiyənin ən yaxın Yunan adasıdır. Əgər şengen vizanız olarsa bu adaya da ziyarət edə bilərsiniz. Meis adası dəniz məhsullarından hazırlanan yeməkləri ilə məşhurdur.
    📌Eyni zamanda Kaşda olarkən Olimpos tarixi kəndini də ziyarət edə bilərsiniz.
    📌Kaşın ən məhur plyajları isə Böyük və Kiçik Çakıl plyajları, Kapitaş plyajlarıdır. Eyni zamanda Kaş da özəl plyajlar da fəaliyyət göstərir.
    📌Kaşda olarkən dəniz dərinliyinə dalma, Kekova da dəniz turu, Kaş safari turu, Kaş yamac paraşütü, kimi əyləncələrə vaxt ayıraraq istirahətinizi maraqlı və unudulmaz edə bilərsiniz.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🆘🆘🆘
    Kanala abunə olaraq növbəti bloglardan ilk Siz xəbər ala bilərsiniz.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🙏 Bəzi maraqlı məqamları sizlərlə paylaşırıq. İzləmədə qalaraq daha çox məlumat əldə edə bilərsiniz. Bu həm sizin üçün faydalı olar, bizim üçün isə motivasiyaedici addımdır. Bütün abunələrimizə eyni zamanda təqibçilərimizə təşəkkür edirik.
    Bizimlə əlaqə
    👇👇👇👇👇👇👇👇👇
    🌎 bilettap.com/
    📞 +99455 3321035
    📧info@bilettap.com
    🌎 bilettap

Комментарии •