MEMİM “Nəsildən-nəslə teatr” layihəsini uğurla davam etdirir. Mədəniyyət TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 окт 2024
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir.
    Layihə çərçivəsində 26 sentyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində keçirilən tematik seminarın növbəti paneli “Aktyorluq: təbiət və paradoks” adlandırılıb.
    Tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEMİM-in direktor vəzifəsini icra edən, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov qonaqları salamlayaraq şəhidlərə rəhmət, qazilərə isə can sağlığı arzulayıb. Daha sonra layihənin xüsusi önəmi haqqında fikirlərini tamaşaçılarla bölüşüb.

Комментарии •