Это видео недоступно.
Сожалеем об этом.

Sürücülüyün əsas anlayışları - maddə 1, hissə 1

Поделиться
HTML-код
  • Опубликовано: 10 мар 2022
  • Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
    1) yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur;
    2) yol hərəkətinin təşkili - nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir;
    3) yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir;
    4) beynəlxalq yol hərəkəti - bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir;
    5) avtomobil yolu - yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur;
    6) avtomagistral - nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:
    həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz;
    ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur;
    dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;
    hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.
    7) yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər);
    8) yol çiyini - yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, “yol çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır;
    9) baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir);
    10) piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur və s.

Комментарии • 50

  • @dulaaz
    @dulaaz 28 дней назад +5

    Nəhayət yutubda sadə və aydın izah edən müəllim tapdım. Allah razı olsun. Bu müəllimin bütün dərsləri var? Yoxdursa, mütləq olmalıdır.

    • @ruqyyahuseynova
      @ruqyyahuseynova 8 дней назад

      Salam müəllim hal hazırda elmlərdə dərsi tədris edir

  • @S_B80
    @S_B80 Месяц назад +1

    MaşaaAllah, necə gözəl, aydın izah verir. Allah səndən razı olsun qardaş.

  • @zumrudahmadova4144
    @zumrudahmadova4144 2 года назад +7

    Çox əla bir addım və dəstək. Təşəkkür edirik!

  • @nerminbayramova6468
    @nerminbayramova6468 2 года назад +4

    Ugurlar müəllim🙏Çəkdiyiniz əziyyət böyükdür🙏

  • @afaalipashayeva6663
    @afaalipashayeva6663 4 месяца назад +3

    Men sizden evvel bir basqa müellimin dersini kecmisem. Hecne yadimda qalmayib hec anlmamisam da. Amma siz super izah edirsiz. Anladim🎉

    • @Lyl.Hsnli-ek8eb
      @Lyl.Hsnli-ek8eb 2 месяца назад

      Ümumiyyətlə bir mövzuda bir neçə videoya baxdıqda daha rahat qavramaq olur.

    • @afaalipashayeva6663
      @afaalipashayeva6663 2 месяца назад +1

      @@Lyl.Hsnli-ek8eb raziyam

  • @ulviyymmmdova5572
    @ulviyymmmdova5572 2 года назад +4

    Allah razı olsun

  • @validanurmammad
    @validanurmammad Год назад +3

    çox gözəl izah edirsiniz. Təzə başlamışam, inşallah bütün mövzu olar kanalınızda 🙏

  • @seyyaremahmudova9658
    @seyyaremahmudova9658 2 года назад +3

    Ugurlar, Ümid mùellim.👍👍

  • @user-km1mq1dn4l
    @user-km1mq1dn4l 13 дней назад

    Çox gözəl izahını verdiz. Təşəkkür edirəm.

  • @OSMANLİ-j7k
    @OSMANLİ-j7k Месяц назад +1

    cox mükəmməl 👏👏👏👏👏izah davamı gəlsin👍👍👍👍👍

  • @NahidAgazade-mx8zm
    @NahidAgazade-mx8zm Месяц назад +1

    Cox saqolun muellim

  • @niqusalizade2716
    @niqusalizade2716 2 года назад +3

    Ugurlar muellim.

  • @nijatibrahimli7143
    @nijatibrahimli7143 2 года назад +3

    Ümüd müəllim uğurlarınız bol olsun 👍

  • @vusalgozlova2602
    @vusalgozlova2602 21 день назад

    Əla, təşəkkürlər!

  • @emilalmasov1473
    @emilalmasov1473 6 месяцев назад +1

    Çox faydalı və aydındı , çox sağolun

  • @aliabdullayev2692
    @aliabdullayev2692 2 года назад +3

    Ela xeyirli olsun....

  • @aygunilyasova
    @aygunilyasova 2 года назад +2

    Xeyirli olsun.

  • @NiftaliNifteliyev
    @NiftaliNifteliyev 11 месяцев назад +1

    Çox-çox sağolun.minnətdaram

  • @nnnnnnbb104
    @nnnnnnbb104 5 месяцев назад +1

    Super izah edirsiz

  • @bakhtiyarmmdv
    @bakhtiyarmmdv Год назад +1

    Çox gözəl dərsdir, təşəkkürlər.

  • @rzacefer4693
    @rzacefer4693 11 месяцев назад +1

    Təşəkkürlər 👍

  • @rahimmustafayev3407
    @rahimmustafayev3407 2 года назад +2

    Uğurlar müəllim

  • @melahetkelbeliyeva9200
    @melahetkelbeliyeva9200 11 месяцев назад

    Çox gözəl izah etdiniz👍 tam başa düşdüm

  • @SevincSevgi-k8v
    @SevincSevgi-k8v 19 дней назад

    Çox gözəl izzah edmisiniz niye davamini çəkmədiniz ?🤔

  • @progameraylin9796
    @progameraylin9796 Год назад

    Cox aydin izah edir

  • @TuralHesenov-jx4gy
    @TuralHesenov-jx4gy 10 месяцев назад

    Salam duzune ve saga olan yol ayricinnan geriye donmek olarmi?

  • @melissa_mehrac
    @melissa_mehrac 4 месяца назад

    Çox gözəl izah😊

  • @MuradAslanl
    @MuradAslanl 7 месяцев назад

    👍👍👍

  • @muradmmmdov9689
    @muradmmmdov9689 6 месяцев назад

    Çox gözəl başa düşməy olur

  • @VafaMamedik-xm8hu
    @VafaMamedik-xm8hu Месяц назад

    Salam 2024 nese deyişiklik edilib?

  • @jalmehtiyeva8436
    @jalmehtiyeva8436 Год назад

    👍🙏

  • @feqanmehi8824
    @feqanmehi8824 7 месяцев назад

    cox gozel qeyd elediniz ve mende sual yarandi,bes samalyot vu bu kimi havada herekec edenler hansi neqliyyat vasitelerine aid etmek olar?

  • @elnurismaylov6311
    @elnurismaylov6311 Год назад

    Zor

  • @zaurmuradov4979
    @zaurmuradov4979 2 месяца назад +1

    Salam davami hardadi?Bilen var?

    • @Lyl.Hsnli-ek8eb
      @Lyl.Hsnli-ek8eb 2 месяца назад

      ruclips.net/video/9oXL_HHe31s/видео.htmlsi=yu6lD8hs827deYyP

  • @feqanmehi8824
    @feqanmehi8824 7 месяцев назад

    ewq olsun!

  • @nezrinrzayeva5988
    @nezrinrzayeva5988 9 месяцев назад

    Tək yol ayiricisi hansı yol hesab olunur bilrn var?

  • @ronaldomemmedov2440
    @ronaldomemmedov2440 Год назад

    Əhəmiyyətli olan nizamlayicida baş yolun hansi oldugunu bildirmədiz

    • @NT-xh3fh
      @NT-xh3fh 6 месяцев назад

      orda heç kim baş yolda olmur, eyniəhəmiyyətli yoldu. Hər kəs eynidi sadəcə qaydaya əsasən sağdan yaxınlaşana yol veririk amma baş yol kimi götürülmür

  • @gulerabdullayeva8658
    @gulerabdullayeva8658 4 месяца назад

    Ərgün müəllimdinizah eden?

  • @NT-xh3fh
    @NT-xh3fh 6 месяцев назад

    Hər şey çox gözəldi, sadəcə görüntünü idarə edən şəxs zəif işləyir...

    • @liQurban
      @liQurban 5 месяцев назад

      Boş konuşma

  • @efendializade8588
    @efendializade8588 11 месяцев назад

    Bu müellimle nece elaqe saxlamaq olar xers ücün

  • @nerminbayramova6468
    @nerminbayramova6468 2 года назад +2

    Ugurlar müəllim🙏Çəkdiyiniz əziyyət böyükdür🙏