"Qarabağ şikəstəsi

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül" festivalının açılışı keçirilir.Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızda Müzəffər Ali Baş Komandan, Prezident Ilham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olunub. Azərbaycanın mədəniyyət paytaxtında 29 ildən sonra 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə Heydər Əliyev Fondunun təşkilatçılığıyla keçirilən festival sayca IV “Xarıbülbül” festivalı olub. V “Xarıbülbül" festivalı bu il 12-14 may tarixlərində baş tutacaq.Görkəmli Azərbaycan tarzəni, Xalq artisti Qurban Pirimovun nəticəsi Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Asim Pirimovun Bakı Slavyan Universitetində Xalq rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi xadimləri” adlı sərginin açılışında ifa etdiyi "Qarabağ şikəstəsi"nin sədası Bakı Slavyan Universitetindən pərvazlanaraq, doğma Şuşamıza çatsın və möhtəşəm "Xarıbülbül" festivalına ərməğan olsun.
    #BSU #Şuşa #XarıbülbülFestivalı #mədəniyyət

Комментарии •