Qapılarda yatıram zorla mülkümü əlimdən alıblar

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Evi əlindən alınan qoca: “qapılarda yatıram, zorla mülkümü ələ keçiriblər”
    “8 aydır İlyasova Gülcamala evimi kirayə vermişəm. İniyə qədər nə kirayə pulumu verir, nə də evdən çıxır. İndi də üzümə durur ki evi səndən pulla almışam”.“İlyasova Gülcamala 8 aydır ki, evimi kiareyə verdim. Onu bir qonşum mənimlə tanış etmişdi. Gördüm ki, maddi durumu pisdi, 2 mərtəbəli evimi, bağımı ona həvalə edərək getdim. Bildiridim ki, mənə aylıq 50 azn versən bəs edər. Amma hər şey danışdığımız kimi olmadı, artıq 8 aydır mənə ödəniş etmir. İndi də deyir ki, guya mənə 31 min az verib. Bununla bağlı nə bir sübutu var,nə də şahidi. Sadəcə üzümə durur. Onu bütün rayon tanıyır. İniyə kimi həbslərdə yatıb belə dələduz hərəkətə görə. Ona görə də bu cür hərəkətlərini indi də mənə qarşı davam etdirir. Artıq evin qaz, işıqını və suyunu kəsdirmişəm. Evin bütün sənədləri də mənim adımadır. Qoa kişiyəm, qalmağa yerim yoxdur. Koronavirus hələ də bitmədiyi vaxtda mənim kücədə qalmağım heç də xoş deyil mənə. Həqəqiqətən çox əziyyət çəkirəm. Mən istəyirəm cənab prezidentə burdan müraciət edim ki, mənim problemimi nəzarətə götürülməsi haqqında göstəriş versin. Eks halda mən çox yaşaya bilmərəm belə qoca vaxtımda küçələrdə”.
    Bu sözləri saytımıza müraciət edən Şabran şəhər Zərifə Əliyevə küçəsi 26 saylı mənzildə yaşayan Allahverdiyev Rafiq bildirib. Onun dediyinə görə, 1 ilə yaxındır kı, böyük haqsızlıqla üzləşib, aidiyyəti orqanlara da müraciət edib, amma hələ ki, heç bir nəticə yoxdur:
    Şikayətçi Allahverdiyev Rafiqin hüquqlarını müdafiə edən hüquqşunas Veysəlov Tərlan məsələni təsdiq edib. O bildirib ki, indiyə qədər heçbir ödəniş etməyiblər, evi pis duruma salıblar və ev sahibinə böyük gərginliklər yaşadıblar. Hələ deyirlər ki, 31 min manat Allahevrdiyev Rafiqə veriblər. Təbii ki, biz Azərbaycanın qanunlarına inanırıq və ümid edirik ki, məhkəmə zamanı bütün bu problemlər öz həllini tapacaq”.
    Qeyd edək ki, məsələ ilə bağlı artıq məhkəməyə müracitə edilib.
    Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Комментарии •