Feqan Memmedov Stand up Show (Təmiz Söhbət) Tam Versiya

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2022
  • Feqan Memmedov Stand up Show (Təmiz Söhbət) 2021 - Tam Versiya
    Abunə olun: bit.ly/2D2ry1O
    İnstagram: / feqan_aparici_parodist
    ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
    Sosial Media Hesabları:
    / @feqanmemmedovofficial
    / feqan_aparici_parodist
    / faganofficial
    All rights reserved © 2019, WediaCorp Company
    ≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
    ➡ 📞Toy Ve Showprogramlarla Baqli Elaqe 🇦🇿(+994)50-516-84-16)whatcapp👉+994-55-848-80-04 αɴαlα αвυɴə olυв вιldιrιмlərι αçαмαğı υɴυтмαyıɴ 🔔
    ➡ Vιdeoɴυ вəyəɴərəĸ və rəy вιldιrərəĸ вιzə dəѕтəĸ olα вιlərѕιz 💎
    ➡ Kαɴαldαĸı vιdeolαrı нər нαɴѕı вιr ĸαɴαlα yüĸləмəĸ olмαz ⚠️✖️
    ➡ Kαɴαl ι̇lə вαğlı нər нαɴѕı тəĸlιғ və yα proвleмιɴιz olαrѕα ĸαɴαldαĸı "Hαqqıɴdα" вölмəѕιɴdəɴ вιzιмlə əlαqə yαrαdα вιlərѕιɴιz
    #FeqanMemmedov #TəmizSöhbət #StandUp
  • РазвлеченияРазвлечения

Комментарии • 482

  • @Joy-wk6wq
    @Joy-wk6wq 7 месяцев назад +229

    Digər "stand up"-çılar kimi yanlız qadınlardan, evli kişilərin başqa qadınlarla münasibət qurma həvəsindən və cinsəllikdən danışaraq utanılacaq vəziyyətləri normallaşdırmadığınız üçün ayrıca təşəkkürlər

  • @mesirehi2815
    @mesirehi2815 4 месяца назад +12

    Her terefli istedaddır maşaallah halal olsun

  • @gunkarustemova8671
    @gunkarustemova8671 4 месяца назад +13

    Ayy çoox güldüm Fəqan çoxx istərdik atanı görmək 😂😂😂😂görəsən o heybətli kişi indi necədi😂kaş axırda ona da çıxış verərdin.Alqışlayıram sizi

  • @RuslanGuliyev059
    @RuslanGuliyev059 Год назад +20

    Qız ağlayıb saçlarını yolarmış.
    -Baa?
    Vallah🤣🤣🤣🤣

  • @fatimismayilova1900
    @fatimismayilova1900 Год назад +18

    Əsgərlik söhbətinə bayıldım😂😂 qardaşım əsgərdi mamama inandırmışdığ ki əsgərlər də döymək söhbəti yoxdu sənin canın yanmasın Fəqan indi mən arvadı necə sakitləşdirim😂😂😂😂

  • @musasalahov7648
    @musasalahov7648 Год назад +11

    Big sohbeti her evde 100%varda😂😂

  • @SedulousKenanTv
    @SedulousKenanTv Год назад +129

    Allah üzünü güldürsün, ay brat. Əvvəlki stand up’a 2019’da Litvada olanda baxmışdım, indi də Amerika’da baxdım. İnşəAllah, növbətinə canlı baxmaq qismət olar. Bəzi mövzular tanış olsa da, elə hər zamanki kimi adam təkrar-təkrar qulaq asmaq istəyir. Üzümüz gülür sayəndə. Əlasan. Bəzi mövzularda daha kiçik detallara (kombat’da fətəlüt, başa şirin çay, rayona-şəhərə zəng və s.) toxunaraq bizə nostalji anlar yaşatdığın üçün də ayrıca təşəkkürlər. Elə mən də nostalji olaraq 2019’dakı comment’də dediyim kimi, başda sən olmaqla Allah bu commenti oxuyan hər kəsin üzünü güldürsün! Uğurlar! 🤩❤️
    Hə, bir də, dostlar, məcbur deyilsiniz, amma mənim də kanalıma abunə olsanız, çox şad olaram. Təşəkkür edirəm! 🙏🏻

    • @testaccount8681
      @testaccount8681 Год назад +3

      Salam qaqam. Allah hamimizin uzunu guldursun hemiwe. Sizde sag salamat olun Vetenden uzada

    • @feridhaciyev9359
      @feridhaciyev9359 Год назад +3

      sagol qaqa Allah seninde uzunu guldursun var ol

    • @allahboyukdur9084
      @allahboyukdur9084 Год назад +3

      Bahəm

    • @bsartbsirova8452
      @bsartbsirova8452 Год назад +4

      Allah Sizləri qorusun, o qədər səmimi,o qədər təbii və orijinalsınız ki, Sizi dinləyən insan təkrar dinlədiyi parodiyanızı ilk dəfə dinləyirmiş kimi,çox maraq və çox həvəslə dinləyir.Siz bizi mənalı gülüşlə ürəkdən güldürür və eyni zamanda düşünməyə vadar edirsiz. Bu qədər inkişaf etmiş talantınızı isə çox təvazö ilə büruzə verirsiniz. Yenə də Allah Sizləri qorusun!
      Hər şey bumeranqdır, insanlara nə verirsiniz, Allah onun, ... mislini Sizlərə qaytaracaq.Mütləq,!🙏🥰💞🇦🇿🇹🇷 Sizlərə,bu gözəl missiyanızda uzun və sağlam həyat və çoxlu yaradıcılıq uğurları arzu edirəm😍😂

    • @angel-uf3km
      @angel-uf3km Год назад +2

      Amin

  • @fikretqlv6544
    @fikretqlv6544 17 дней назад +5

    Yeganə insandıki zarafatlarına nə qədərdə təkrar təkrar baxsamda ilk dəfə güldüyüm qədər gülürem😂

  • @aabdieva7972
    @aabdieva7972 6 дней назад +3

    Allah sizi guldursun.. Coxdandi bele ureyden gulmemisdim Allah sizi qorusun.

  • @Muzaffar_98
    @Muzaffar_98 3 месяца назад +12

    Çox gözəl və keyfiyyətli! Fəqan bəy uğurlar!

  • @user-hf7ix7je1v
    @user-hf7ix7je1v Месяц назад +4

    Ən kədərli vaxtımda sizə baxıram üzüm gülür.Allah üzünüzü güldürsün

  • @ustadmahir6633
    @ustadmahir6633 8 месяцев назад +14

    Fəqan, sən İstedad Dağarcığısan. Allah səni qorusun! Bundan əvvəlki stəndapını seyr etmişdim. Bərdə şəhəri mənimçün əziz olan şəhərlərdən biridir. 6 yaşımdan bəri orada mən azı 25-30 dəfə olmuşam. Mənim bu şəhərdə çoxlu qohumlarım yaşayır, amma öz əslim bərdədən deyil. Sənin bir qarabağlı kimi çox gözəl səsin var, çox gözəl musiqi duyumun var, muğamatın incə tellərini çox məharətlə işlədirsən. Çox güman ki, sənin digər istedadların da var. Bəlkə də şeir və ya nəsr yazmağı da bacarırsan. Ən vacibi isə odur ki, sənin söylədiyin və toxunduğun mövzular çox gülməlidir. Cəmiyyətimizdəki bir-çox spesifik məqamları yalnız Azərbaycanda doğulmuş və bir Azəri mühitində böyümüş adam bu yumorları tam dolğunluğu ilə anlaya bilər. Çünki bir çox aktual məsələlər burada toxunulur. Sənin yumorunun ən əsas məqamlarından biri isə realistik parodiyadır. Çünki sən real insanları, real hadisələr əsasında yamsılayırsan (əlbəttə,bəzi yerlərini şişirtməsən bu o qədər də gülməli alınmazdı). Bu çox gözəldir, xüsusən də yumorların çoxsunu sən özünə qarşı yönəldərkən. Bu üsula bir çox komiklər əl atıblar. Lakin sən əsas gülməli məqamları qabardırsan. Çünki cəmiyyətin nəbzini hiss edirsən. "Ulduz xəstəliyinə" də hələ ki sənin tutulduğunu görmürəm. Əlini heç vaxtı cəmiyyətin nəbzindın kənara çəkmə, əziz qardaşım. Nə qədər ki, sən bu nəbzi hiss edəcəksən, sən şöhrətin hər zaman böyük olacaq. Gələn dəfəki stəndapların üçün, ay Fəqan, sənə bir qardaş məsləhəti kimi - tövsiyyə edərdim ki: cəmiyyətimizdəki, məişətimizdəki eybəcərlikləri, çatışmazlıqları yumora çevirərək onları tənqid edəsən. Məsələn: Bakının və digər şəhərlərimizin bəzi məhəllələrinin daxili yollarında asfalt yolun ortasından ya bilərəkdən asfaltdan düzəldilmiş 10-12 sm hündürlüyündə qabarmış zolağı yolun eninə düzəldirlər, ya da ki, eninboyu çox qalın 6-7 sm yoğunluğunda qalın kəndir burazı yerə sərib dartırlar. Bunu yalnız "avtoş"lardan, onların məhlənin içində vızzla gəlib, sürətlə keçməsinin qarşısını almaq üçün insanlar belə etməyə məcbur qalıb. Çünki avtoş, maşının altı dağılmasın və ya aşmasın deyə, məcbur olur sürəti yavaşıda. Onda da onun risovkalıq eləməkçün bu məhləyə girməsinin heç bir anlamı qalmır. Necə deyərlər: "mərdiməzar olmasa bağ çəpəri neynər". Problem yaranarkən insanlar da bu problemləri öz bildikləri üsulla çözməyə çalışır. Dünyanın heç bir yerində görmərsən ki, bir toplum düz asfalt yolu sırf təhlükəsizlik nöqteyi-nəzərindən eybəcərləşdirə. Belə şeyi yalnız Azərbaycanda görmək mümkündür. Bəzi gənclər dədələrinin maşınında sırf risovkalıq xətrinə özgə məhəllələrində kolonkaların səsini artırmaqla, ucadan "dup-tısss" "dup-tıss" "dup-tıss" ritmləri ilə həmin məhlədə yaşayan gənc qızlara guya nəsə nümayiş etdirməyə çalışırlar.
    Bəzən görürsən ki, şəhərin küçələrində, yolun kənarında bir qadınla - bir kişi dayanaraq gəlib-gedənə deyir ki: "Qardaş bu qadın NİYYƏT edibdir ki, SƏDƏQƏ toplasın. Ona inkanln nəyə çatırsa ver". Əsas tənqid hədəflərindən biri də bax bu cür adamlardır. Sən əgər doğurdan da niyyət tutmaq fikrin varsa və tutduğun niyyətin baş tutmağını istəyirsənsə, niyə sən gedib özün insanlara YARDIM, SƏDƏQƏ, NƏZİR və ya İANƏ verməyəsən? Xeyirxahlıq niyyətin tez baş tutması üçün ən münasib yoludur. Niyə sən məhz dilənçilik yolunu tutmaqla niyyət edirsən ki? Bu lap sənin o "itin qabını yalayan qadın qonşunun əhvalatına bənzəyir". Lakin fərq yalnız ondadır ki, sənin qonşun kimilər bunu cahillikdən edirlər... Mən söylədiklərim isə insanların sadəlöhvlüklərindən sui-istifadə edən fırıldaqçılardır. Bundan başqa cəmiyyətimizdə bir çox eybəcərliklər var (o fırıldaqçı mollalar kimi). Fəqan, qardaş bu mövzuları genişləndir. Onların ssenarisini əvvəlcədən yaz ki, tamaşaçılar sənin hər sözünü dəqiq, axıracan eşidə bilsinlər. Maşallah, sənin təqdimetmən, parodik bacarığın, performansın, mimikan və aktyorluq qabiliyyətin bunları reallaşdırmağa çox gözəl imkan verir. Allah səni qorusun Fəqan! Mən səni indikindən daha da yüksəklərdə görmək istəyirəm. Sən Azərbaycan xalqına lazımsan!

    • @FeqanMemmedovOfficial
      @FeqanMemmedovOfficial  8 месяцев назад +8

      Allah sziden razi olsun,Bu gözel, deyerli ve düzgün sözlerinize gore,ehsen size ehsennn.Oxudum axracan zövq aldim.

    • @ustadmahir6633
      @ustadmahir6633 6 месяцев назад +2

      @@FeqanMemmedovOfficial - Buna görə şadam, qardaşım!

  • @user-ji6ok3lp4m
    @user-ji6ok3lp4m 2 месяца назад +10

    😂😂😂😂😂😂feqan allah balalarivi saxlasin qardas sen ozuvu dartmirsan diye sene cox baxiram videolariva

  • @taymaz696
    @taymaz696 Год назад +16

    Feqan bay Kaş bir gün gəlib Güney Azərbaycanda konsert verəsən 🥺🤲❤️

    • @UgurSuleymanli-zl9xm
      @UgurSuleymanli-zl9xm 3 месяца назад +1

      İNŞALLAH!!!👍👌🤘😎😍🤗🇦🇿💙❤💚

    • @taymaz696
      @taymaz696 3 месяца назад

      @@UgurSuleymanli-zl9xm Inşallah 👌🤘❤❤🇦🇿🇦🇿

  • @eyvazov1987
    @eyvazov1987 5 месяцев назад +5

    Halal olsun, xalq artisti adina layiq adamdi. Terbiyeden kenara çixmadan bu qeder guldurmek halal olsun

  • @indeks128
    @indeks128 Год назад +6

    Baxmamış üzümdə gülüş oldu. ALLAH səni var eləsin Fəqan:)

  • @shlammmdova7528
    @shlammmdova7528 Год назад +8

    Sızə uğurlar çox gözəl konserti gülməkdən gözümdən yaş gəldi 😁😁😀😀😂😂🤣🤣

  • @gunelseferova6035
    @gunelseferova6035 Год назад +7

    Xeste xeste uzumu gulduren yegane insan var ol

  • @jalesadre
    @jalesadre Год назад +8

    Kederimizi sizinle unuduruq. Allah razı olsun ❤

  • @twinsbabymom4813
    @twinsbabymom4813 Год назад +10

    Həqiqətən çox istedadlısınız ən çox ata oğul haqqında danışanda da çox gülürəm😂😂😂Allah atanıza rəhmət etsin sağ olsaydı sizinlə fəxr edərdi uğurlarınız daimi olsun❤

  • @shlammmdova7528
    @shlammmdova7528 Год назад +18

    Birdə sizin əsgər olan ədalət olan hadisən konsertə danışmanız çox əladyidir sizə uğurlar 👌👏🤗

    • @musamusaev2222
      @musamusaev2222 Год назад +3

      Yazdiqinizi oxusaniz size minnetdar olariq,cunki hec bir sey anlamaq mumkun deyil...

  • @nuranaahmadova8471
    @nuranaahmadova8471 Год назад +7

    Güldürərkən düşündürmək çətin məsələdir həqiqətən. Biz gülərkən eyni zamanda durub da indi gülüş kimi görünən avamliq, cahillik, tramvalar var.. Mükəmməl 👏👏

  • @saas7505
    @saas7505 Год назад +5

    Əsgərlərin kollektiv zəngulə vurma səhnəsi çox bomba idi)) Gecə-gecə səsim götürdü evi. Allah sənin canını sağ eləsin. Haçandı ürəydən gülmürdüm))

  • @Babek.92
    @Babek.92 Год назад +7

    Əsl istedad Fəqan qardaş . ALLAH Səndən Razı olsun din haqqında çox gözəl bəhs etdiyin üçün . ALLAH Atanıza da rəhmət etsin Amin.

  • @feridmemmedov183
    @feridmemmedov183 Год назад +5

    Fəqan, keyfiyyətli bir təhsilnən, sən dünyada da tanınarsan. Həm səmimisən həm də ağıllı adamsan.

  • @seidquliyev9168
    @seidquliyev9168 Год назад +7

    Var ol qardaş, çox istedadlısan! Allah qorusun

  • @csur4232
    @csur4232 3 месяца назад +7

    FƏQAN MƏMMƏDLİ ÇOX,SAĞOLUN🤝🏻

  • @stormbreaker2518
    @stormbreaker2518 Год назад +6

    Çoxtandı gözləyirəm youtube çıxsın baxım. Çox gözəl stand up-dır

  • @aigunguseinova6735
    @aigunguseinova6735 10 месяцев назад +7

    Başına dönüm ay Fəqan ne qədər güldüm Allah səni güldürsün😂

  • @quliyevh.7846
    @quliyevh.7846 Год назад +4

    Azərbaycanın ən istedadlı ən yumaristik şəxsi..!! Əhsən sənə Fəqan..

  • @aynurrustmova7037
    @aynurrustmova7037 Год назад +5

    Allah sizi güldürsün Azərbaycanın bir nömrəli stəndapçısı həyatı stəndapdan ibarət olan FƏQAN BƏRDƏLİ hər kəlməsi gülüş yaradır

  • @zaurceferov5082
    @zaurceferov5082 Год назад +8

    Gözümdən yaş gəldi 😂

  • @tehmineaslanzade1652
    @tehmineaslanzade1652 Год назад +8

    Tezyiqden ne heyacan nede urekden gülmek olmaz mene alllah nefesim cixanacan güldüm ölmesem yaxwidi🤣🤣🤣🤣🤣

  • @samilqarayev2259
    @samilqarayev2259 4 месяца назад +8

    Mən stand up xiridarıyam, Cem Yılmazdan, Kevin Hart a qədər. Bizdə bu sistem tam oturuşmuyub, hələ də KVN in ritmli alqışları filan amma Fəqan bəy dəhşət istedadlıdı. Çox gülürük çox xoşluyuruq. Çoxdandı belə gülməmişdim )

  • @Mr.Seyid_313
    @Mr.Seyid_313 11 месяцев назад +6

    Təbəssüm yarandı sayəsində.
    Saq olsun.
    Ancaq şaxsey vaxsey deyə söz yoxdur.
    Şah Hüseyn Vay Hüseyn var...

  • @renadseydayev9175
    @renadseydayev9175 Год назад +6

    Qusar rayonun yuxarı İmamqulukəndindən böyük salamım olsun sənə həmişə səni izləyirəm bütün yumorlar adamın ruhunu güldürür günü xoş keçir 👍

  • @ramilaliev9272
    @ramilaliev9272 9 месяцев назад +4

    Halal olsun,hem gercekleri dedin,hemde cox guldurdun,Allah senden razi olsun!

  • @xeqani_bass060.
    @xeqani_bass060. Месяц назад +5

    Allah həmişə üzünü güldürsün bir o əsgərik söhbətində birdə o özünən böyük qızı sevdiyin söhbətdə gülmekden da gözümdən yaş gəlirdi 😂

  • @farizalqasanov4567
    @farizalqasanov4567 Год назад +6

    Feqan Allah sene uzun omur can sagligi versin.

  • @zehramemmedova394
    @zehramemmedova394 4 месяца назад +8

    Feqan beye sozun esil menaslnda Xalq artisti adl verilmelidi. Bezi senetde olub ad alanlar Feqan bey kimi oxumur. Uzumuzu guldurursen daima uzun gulsun.🤲🤲🙏🙏🥰👏👏

  • @muradagacanov371
    @muradagacanov371 Год назад +7

    Allah seni var elesin men bu qeder gulmemisdim hele ❤❤❤❤

  • @Nahidsgrova
    @Nahidsgrova 11 месяцев назад +6

    Ömrümdə bu qədər gülməmişdim😂😂😂😂 çox gözəldi əla

  • @ozalabbasov451
    @ozalabbasov451 Год назад +4

    Allah səni qorusun qardaş. Üzümüzü güldürdün. Üzündən heç zaman təbəssüm əskik olmasın

  • @angel-uf3km
    @angel-uf3km Год назад +7

    Sizin stand'up coxxx gozel alinib. 👏👏👏👏👏👏 maraqli, mena mezmunlu, insan yorulmur, kopyalamirsiz, witin cixsrtmirsiz. Bir sozle EHSEN SiZE

  • @samsungbaku2689
    @samsungbaku2689 Год назад +4

    Seve seve baxdiq ailevi. Ölmüşuk gulmekden. Allah sizi varelesin.

  • @xatirmmmdova486
    @xatirmmmdova486 Год назад +11

    Cox gulmeli idi, iki defe izlemisem . Mence daha yuksek yerlere layiqsiz. Cem Yilmazin ve digerlerinin stand uplarini defelerle izlemisem. Her iki deyqeden bir gah soyus, gah da 18 + ifadelerden guldurmek ucun istifade edirler. Esl istedad budur, soyussuz de guldurmek mumkundur. Size gelecek heyatinzda ugurlar arzu edirem.Supersinz.

  • @elxaneliyev7977
    @elxaneliyev7977 Год назад +9

    Lap nostalgiya yawadim Tewekkurler . Kohnelere salamlar . O banan walvardan ve T 10 dan mendede olub😀😀😀😀😀😀😀

  • @bettam.4777
    @bettam.4777 4 месяца назад +4

    Nədənsə güldükdən sonra bir qəribə oluram sanki günahmış kimi.
    Çox nadir gülərəm ki, Fəqan bəyin bu çıxışı güldürdü məni ürəkdən.
    Azərbaycan xalqıma ancaq gülüş, sevinc yaraşır❤Fəqan bəyə təşəkkürlər bizlərə gülüş bəxş etdiyi üçün🇦🇿❤️🙏

  • @seli9638
    @seli9638 Год назад +11

    Gece saat 1:43 ürəkdən gülüş sesimi esitmesinler deyə özümü zor tutdum)çox gözəl idi heqiqeten var olun dəyərli insan .Her daim yaşayın yaradın sizinkimi insanlara cidden çox ehtiyac var 💖

  • @familsfrov2692
    @familsfrov2692 Год назад +5

    Allah səni var eləsin qardaş. Üzümüzü güldürdün tova)))

  • @smtv333
    @smtv333 Год назад +11

    Ferda ve Feqani ikisini eyni arada gormek isderdim

  • @melisugurceferzade6495
    @melisugurceferzade6495 2 месяца назад +6

    Çox gözel güldürdünüz bizi.Allah canınızı sag elesin😅

  • @MikayilHashimov
    @MikayilHashimov 13 дней назад +2

    Feqan Azerbaycanda izleyib gulduyum ilk insansan Super👏

  • @user-xr7xd6mz2p
    @user-xr7xd6mz2p 3 месяца назад +6

    feqan memmedov coox sagolun supersiz

  • @Mathteacher514
    @Mathteacher514 Год назад +6

    Sözün əsl mənasında mükəmməlsiz qardaş, ugurlar sizə!

  • @cevahirbagirova8186
    @cevahirbagirova8186 Год назад +4

    Allah Atana rəhmət eləsin 🥀. Sənin kimi oğulu olub 💯 yaşa səni👏👏👏

  • @asa_style
    @asa_style Год назад +7

    Əla çox istedadlı Fəqan Məmmədov

  • @bubiziktv2752
    @bubiziktv2752 Год назад +5

    Allah bütün 🇦🇿 ƏSGƏRLƏRİ 🇦🇿 qorusun, ön cəbhədə xidmət edən mənim oğlumda onların içində.Amin! 🤲

  • @malikabbasov3932
    @malikabbasov3932 9 дней назад +3

    Feqan seni cox sevirik Insallah realda gormek dileyiynen Rusyanin Usinsk seherinden urekden salamlayiram Allah senin kimi qardaslari var elesin❤

  • @siyahkep4551
    @siyahkep4551 Год назад +6

    Fəqan əmi sizin fanatınızam.Çox super sənətkarsınız.

  • @nigartagiyeva2088
    @nigartagiyeva2088 7 месяцев назад +8

    Halaldl sene 😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍🧿🧿🧿🧿🇦🇿🇦🇿🇦🇿❤️💋

  • @orxankerimov9037
    @orxankerimov9037 Год назад +4

    Hər çıxışıva baxıram brat hər dəfə gülürəm)) Allah sənə sevdiklərivə can sağlığı versin..) Anamın duası var sənə..

  • @Xanim_____222
    @Xanim_____222 2 месяца назад +6

    Ayy nə qədər güldüm 😂😂

  • @imranovvuqar9805
    @imranovvuqar9805 Год назад +7

    Gülməkdən nəfəsim kəsildi))

  • @dilerhesenova1095
    @dilerhesenova1095 Год назад +6

    cox guldum 😅esgerlık temasına bayıldım vapse

  • @ehrammemmedli4780
    @ehrammemmedli4780 23 дня назад +4

    Dəfələrlə baxıram doymuram😂😂

  • @thehva
    @thehva Год назад +5

    And olsun Allaha hele gozumden yas gelene qeder gulduyum bir bizim verlisler olmayib siz xaric varolun Allah sizi qorusun sesiniz hemise yuksekden gelsun

  • @user-bg4bi4dr3q
    @user-bg4bi4dr3q Год назад +6

    Tesekurler. Kecmisi xatirlatdin. Davami gelsin. Ugurlar.

  • @em5350
    @em5350 Год назад +5

    Ay Allah öldum gulmekden.Allah razi olsun qardaş

  • @rahibhuseynov9616
    @rahibhuseynov9616 Год назад +6

    Sagol qardas Allah sendende razi olsun 😗😗😗🇦🇿🇦🇿🇦🇿👍👍👍

  • @gasimov505
    @gasimov505 Месяц назад +3

    Uğurlarin bol olsun feqan qardaş tek seni izleyirik Allah seni var elesin

  • @ugurcebizade2763
    @ugurcebizade2763 Год назад +3

    bu 2saata yaxın vaxt nece keçdi heç bilmədim. Super Super. Həqiqətən də istedadsız başdan başa Allah sizi qorusun varolun .Sevilirsiz 🤲

  • @azrmmmdov2507
    @azrmmmdov2507 3 месяца назад +6

    😂😂😂😂Canim ay feqan ən geseyi saxsey vaxsey😂😂😂😂

  • @aybenizmurguzova5353
    @aybenizmurguzova5353 2 месяца назад +6

    Əla bayağılığa yol vermədən də güldürmək olar Əhsən

  • @_elwen_aydan_rinat_3448
    @_elwen_aydan_rinat_3448 Год назад +7

    Feqan, yerlim supersen👍 sesin her zaman yukseklerden gelsin qardaw🙏 davami gelsin InweAllah🙏❤️✨💫

  • @mahireekberova1735
    @mahireekberova1735 Год назад +101

    Qardaw həqiqətən ölkəmizdə sevilirsem həmdə başqa aktyorlardan da secilirsan.Ugurlarim daima olsun Inwallah!

  • @elcineliyev1035
    @elcineliyev1035 Год назад +5

    Rusıyadan herkese selamlar
    Cox sagol Feqan 😄👍👍

  • @konulhuseynova7339
    @konulhuseynova7339 Год назад +8

    Film cekilse kohne filmlerimiz kimi cox maraqli esl bizden olan bir kino olar kaw etseler

  • @taleagayev2159
    @taleagayev2159 Год назад +6

    Fəqan qardaş sən istedadlı insansan. Sənə bundan sonra da yaradıcılıqda uğurlar arzulayıram. Biz demek olar ki eyni yaşdayiq. Sənin yeni standaptlarını gözləyirik.

  • @Xridar_Samedoff
    @Xridar_Samedoff Год назад +4

    Var ol Sənətkar 🙏 Ölkəmizin barmaqla sayilacaq istedadlarinnansan 👍🏻 hətta ən birincisisən deyərdim 👍🏻 helə o Muğamdaki boğazların başqa aləmdi VALLAH. ALLAH Qorusun Səni

  • @suleymanyunis-wd3lx
    @suleymanyunis-wd3lx Год назад +5

    Ən maraqlısı budur ki gülürük,ama yenədə bildiyimizi edirik

  • @Bayramov_ali2024
    @Bayramov_ali2024 Год назад +5

    YERLIMSEN Allah Seni Qorusun

  • @Vumu
    @Vumu Год назад +4

    Əhsən Fəqan qardaş...gülməkdən qarnım ağrıdı))

  • @reqsaneismayilova1694
    @reqsaneismayilova1694 Год назад +9

    Allah seni daima guldursun medem agridi gulmekden tobe😂😂

  • @hafizeeliyeva6214
    @hafizeeliyeva6214 3 месяца назад +7

    var ol Feqan🎉

  • @Sadiqibrahimov-dj6yn
    @Sadiqibrahimov-dj6yn Месяц назад +3

    Halaldi Feqana Bücür usqliq yasayib hec kime kini yoxdu yada yumorla kinin evez edir

  • @cavidcfrov6333
    @cavidcfrov6333 Год назад +3

    Bir nömre yumor ustasi Fegan beye esg olsun.var ol gardas bu geder ğulmemisdim.Allah seni gorusun.

  • @lisadqov4761
    @lisadqov4761 Год назад +3

    Çox güldüm Əsasda ey Vətən oğlun oxuyanda Allah səni saxlasın Amin!

  • @rehmanibrahimov8400
    @rehmanibrahimov8400 Год назад +4

    Bu qədər güldüyüm söhbət olmamışdı😂😂😂😂

  • @car2039
    @car2039 Год назад +5

    ƏLA əsgərlik söhbeti çox ləzətli idi😂

  • @zadee.4
    @zadee.4 Год назад +5

    Üzümüzü güldürə bilən böyük ürəkli insan😂

  • @turkanibraqimova4385
    @turkanibraqimova4385 5 месяцев назад +4

    Heqiyqetende halal olsun bu isdedatdir ireli qardas sesin yukseklerden gelsin ne olursa olsun bu senetini buraxma enerji verursiz gulus dolu gune baslayiriq cox saqolun bizleri guldurursuz tesekurler

  • @guluqurbanova7344
    @guluqurbanova7344 25 дней назад +4

    Ay maşallah Allah vergisidir vallah 😊

  • @talehhesenov8490
    @talehhesenov8490 Год назад +5

    Stand up dan elave heqiqetleri danışır allah seni qorusun

  • @manison7963
    @manison7963 Год назад +9

    Komedixana da tiktok ailesinde baba rolunu sizə verseydiler zor olardı

  • @zaurhuseynov5398
    @zaurhuseynov5398 Год назад +4

    Tam semimi ve semimi gulus yaradirsan insanin simasinda. Halal olsun qadadi ))

  • @javidabdullayev5960
    @javidabdullayev5960 Год назад +3

    Çox SAĞ OLUN BÖYÜK SENETKAR, bu qeder problemlerin içinde bizim ömrümüzü uzadirsiniz

  • @IsaMecidov-vi8vw
    @IsaMecidov-vi8vw 3 месяца назад +11

    1 il kecib helede baxiram😹😹😹

  • @surasalimova980
    @surasalimova980 10 дней назад +2

    Tekrar tekrar baxıram. Gulurem her defe. Halaldı size. İnşallah oglumun toyunda çox istiyerdim siz aparıcı olasız.

  • @user-ds6ju6ib6y
    @user-ds6ju6ib6y Год назад +6

    Allah səni qorusun Fəqan Məmmədov