Hərbi hissələrə poçt göndərişlərini necə göndərək?

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • “Azərpoçt”un bütün filial və şöbələrində hərbi hissələrə məktubların, bağlamaların göndərilməsi və qəbulu üzrə xidmət göstərilir.
    Vətəndaşlarımız onlara yaxın xidmət məntəqəsinə yaxınlaşaraq poçt göndərişlərini sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Hərbi xidmət qulluqçularının poçt göndərişləri hərbi hissələrin səlahiyyətli nümayəndələri tərəfindən göndərilmə üçün poçt əməkdaşına təqdim edilir.
    Hərbi hissələrə, eləcə də, onların şəxsi heyətinə ünvanlanmış bağlamalar, kiçik paketlər və qiyməti bəyan olunmuş poçt göndərişləri poçt obyektində (xidmət nöqtəsində) etibarnamə əsasında hərbi hissənin səlahiyyətli nümayəndəsinə verilir.
    Hərbi hissə göndərişlərində də adi poçt göndərişlərində olduğu kimi qanunvericiliklə daşınması qadağan olunan mal və əşyaların göndərilməsinə icazə verilmir.

Комментарии • 1

  • @user-sf8cc6rq5e
    @user-sf8cc6rq5e 4 месяца назад +1

    Salam mənim adıma xaricdən poçtla pul gelib amma bilmirəm ki hansı poçta geldiyini sualım budurki mən poçta getmeden necə yoxliya bilərəmki adıma poçta pul gelib ya yox eyer gelibse onu poçta getmeden evden hansısa pul kartıma necese göre bilərəm? Zəhmət olmasa deyerdinizde