Zabrat sakini: "Biz xəstəlikdən yox, aclıqdan öləcəyik"

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024
  • Bakıdan 12 km uzaqlıqda işsiz, pulsuz qalan 11 ailə dövlətdən yardım gözləyir. İllərdir Zabratın Tramvay küçəsində qəzalı binadan köçürülmə arzusu ilə yaşayan vətəndaşlar indi burada ac qalmamaq barədə düşünürlər.
    “Milləti pis vəziyyətə qoyublar heç bir köməklik də yoxdur. Özüm də ayda 500 manat kredit ödəyən adamam. Nə bankı dayandırır, nə də ki, millətin qayğısın qalır. Dövlətdən bugünədək 1 manat yardım almamışam. Vətəndaşın heç bir dərdinə yanmırlar”.
    Bina sakinləri əsasən muzdlu əmək çalışan insanlardır. Karantin rejimi elan olunduqdan bəri qazancsız qalıblar. Onlar 190 manatlıq sosial yardım üçün də müraciət ediblər, amma...
    “Yoldaşım fəhlə bazarına çıxırdı, 1 aydır ki, oradan da qovublar. Göydəki Allah haqqı biz yeməyə çörək tapmırıq. Böyüklərə deyin, bizə yardım eləsinlər. 190 manat pul ayrılıb, onu ala bilməmişik. Nə hə cavabı verirlər, nə yox…”
    Dövlət tərəfindən karantin dövründə işsiz 200 min nəfərə 190 manatlıq maddi yardım ediləcəyini açıqlanmışdı. Ölkə başçısı İlham Əliyev nazirlər kabineti ilə birgə keçirilən iclasda bu yardımın 600 min nəfərə şamil ediləcəyini bildirib. Maddi yardım üçün müraciət edənlər onlara cavab gələcək günü gözləyirlər.
    “Dövlətdən istəyimiz odur ki, bizə yardım eləsin. “Karantin rejimidir” deyib bizi salıblar evə. Son pulumuzu verib kontur alırıq, 142-ə zəng vururuq. Onlar da telefonu götürüb cavab vermədən dəstəyi atırlar yerə”.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Комментарии • 197