Gülyanaq Məmmədova - Vətən Ayrısı (Rəsmi Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 6 апр 2023
  • Gülyanaq Məmmədovanın “Vətən Ayrısı” mahnısı artıq onlayndır.
    Gülyanaq Məmmədovaya RUclips-da abunə ol: mikpro.az/gulyanaqyt
    Musiqi: İqbal Ağayev
    Söz: Ümgülsüm Sadıqzadə
    Gülyanaq Məmmədovanı sosial şəbəkələrdə izlə:
    Instagram: mikpro.az/gulyanaqig
    Genius: mikpro.az/gulyanaqgn
    Gülyanaq Məmmədovanı rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/gulyanaq.dinle
    Sözlər:
    [Bənd 1]
    Mən saralıb sollam qərib ellərdə
    Sözüm dastan olar bütün dillərdə
    Mən saralıb sollam qərib ellərdə
    Sözüm dastan olar bütün dillərdə
    Gözüm qaldı çiçəklərdə, güllərdə
    Gül dərmədim, düşdüm çəmən ayrısı
    Gözüm qaldı çiçəklərdə, güllərdə
    Gül dərmədim, düşdüm çəmən ayrısı
    [Nəqərat]
    Ağlaram gözümün yaşı bitincə
    Sızıldaram əlim sizə yetincə
    Şeirlər düzərəm incədən incə
    Canım candan cüda, bədən ayrısı
    Ağlaram gözümün yaşı bitincə
    Sızıldaram əlim sizə yetincə
    Şeirlər düzərəm incədən incə
    Canım candan cüda, bədən ayrısı
    [Keçid]
    Könül həsrətidir gül bənizlərin
    Lalə yanaqların, gülər üzlərin
    Xurmayı tellərin, ala gözlərin
    Gül dərmədim, düşdüm çəmən ayrısı
    Xurmayı tellərin, ala gözlərin
    Gül dərmədim, düşdüm çəmən ayrısı
    [Nəqərat]
    Ağlaram gözümün yaşı bitincə
    Sızıldaram əlim sizə yetincə
    Şeirlər düzərəm incədən incə
    Canım candan cüda, bədən ayrısı
    Ağlaram gözümün yaşı bitincə
    Sızıldaram əlim sizə yetincə
    Şeirlər düzərəm incədən incə
    Canım candan cüda, bədən ayrısı
    Sürgünəm, düşkünəm, vətən ayrısı
    Sürgünəm, düşkünəm, vətən ayrısı
    Ah...
    Gülyanaq Məmmədova tərəfindən ifa olunan “Vətən Ayrısı” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2023
    Etiketlər:
    #GülyanaqMəmmədova #VətənAyrısı #mikpro
  • ВидеоклипыВидеоклипы

Комментарии • 7

  • @khadija.asgarova
    @khadija.asgarova 3 месяца назад +2

    Ümmügülsüm Sadıqzadə kimi neçə gözü çiçəklərdə, güllərdə qalan repressiya qurbanı, vətən ayrılarının şeiri var hələ oxucusuna çatmayan, kim bilir..
    Əsər isə möhtəşəmdir.
    Vətən həsrətinin acısı ilə usta qələmin yazdığı sözlər; qəlb səsi ilə yazılıb qəlblərə toxunan bəstə və Gülyanaq xanımın incədən incəyə oxuduğu mükəmməl ifanın nəticəsi başqa cür ola da bilməzdi 👏❤

  • @naraaliyeva6824
    @naraaliyeva6824 Год назад +3

    Bravo👏👏 İfa da ,bəstə də, sözlər də çox gözəl🙏

  • @sevaxalilova9677
    @sevaxalilova9677 Год назад +3

    Bu gözəllıkdə əsərin yaradıcı heyətinin hər bir üzvünə dinləyicilərinə verdikləri böyük zövqə görə sonsuz təşəkkürlər!

  • @Sevinjgulshen
    @Sevinjgulshen Год назад +3

    Dinlədikcə, bütün vətən həsrəti çəkən tarixi şəxsiyyətlərimiz gözümün önündə canlandı, onların duyğularının dili olmuş bu mahnı...Göz yaşları qeyri -ixtiyari yarım qalmış talelərə doğru axır...Möhtəşəm ifa , Var olun 👏👏👏👏👏

  • @user-fh9yt8dw3c
    @user-fh9yt8dw3c Год назад +2

  • @muradcaps
    @muradcaps Год назад

    Turan Ərdoğan diyor ((( necə misgin bir musiqi, necə yazıq bir bəstə.
    nə ehtiyacınız var axı belə mənasız, aşağı səviyyəli, yalaka musiqi ifadə etməyə. Siz dünya səviyyəli sənətkarsız, min Ərdoğan kimisi sizin dırnağınıza dəyməz. Niyə özünüzə, sənətinizə, səsinizə belə aşağı dəyər verirsiz 🙁🙁🙁 Yerinizə xəcalət çəkdim. Həyf sizin kimi ikon bir sənətkara

    • @g9madina0110
      @g9madina0110 4 месяца назад

      Sizə düşüb sənətkarın nə mahnı oxuması