Qax Rayonu

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2020
  • ►Qax rayonu Azərbaycan Respublikasında inzibati ərazi vahidi İnzibati mərkəzi Qax şəhəridir.Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır.Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası , şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir.Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.İnzibati rayon mineral xammal sərvətləri, tikinti materialları, iqlim ehtiyatları və bulaqlarla zəngindir. Tikinti materialları içərisində ən geniş yayılanı tikinti üçün yararlı olan çınqıl, qum və gil ehtiyatlarıdır. Bu materiallar çay dərələrində, xüsusən Kürmük çayının və onun qollarının dərələrində geniş yayılmışdır. Çınqıl-qum qarışığının əsas ehtiyatları isə çayların gətirmə konuslarında cəmləşmişdir. Bu ehtiyatların bazasında çınqıl və qum istehsalı müəssisələri yaratmaq mümkündür. Ərazidə kərpic və keramit istehsalı üçün yararlı gil yataqları mövcuddur. Ərazisində həmçinin mişar daşı, əhəng, sement istehsalı üçün də yararlı mineral xammalı ehtiyatları mövcuddur. İnzibati rayon ərazisində yalnız iki gil yatağının Qax və Kürmükçayın ehtiyatları hesablanmışdır. Qax yatağı Qax şəhərindən 1,5 km şimal-qərbdə yerləşir. Onun ehtiyatı 35 min kub. m-dir. Kürmükçay yatağı isə Qax şəhərindən 2,5 km cənub-şərqdə yerləşir. Ehtiyatı isə 116 min kub. m hesablanmışdır.Qax rayonunun su ehtiyatları Böyük Qafqazın su ehtiyatlarının (3873 kub km) 13 faizini təşkil edir. İnzibati rayonu su ilə təmin etmək məqsədi ilə müxtəlif mənbələrdən saniyədə 100 min kub metr su götürülür, bunun da 99 min kub metrini çay suları, 1 min kub metrini isə yeraltı sular təşkil edir. Götürülən suyun 63 min kub metri suvarmada, 0,40 min kub metri məişətdə, 0,28 min kub metri mövcud istehsalatda, 2 min kub metri kənd təsərrüfatında, yerdə qalan hissəsi isə itkiyə gedir.Digər xammal ehtiyatlarından fərqli olaraq rayon ərazisində böyük müalicə əhəmiyyətə malik olan mineral bulaqlar qeydə alınmışdır. Bunlardan Oğlan bulaq, Qız bulaq və Hamam bulaq daha məşhurdur. Bunların içərisində yalnız Suskənd kəndi yaxınlığındakı bulaqdan daha geniş istifadə olunur. Onun əsasında sanatoriya fəaliyyət göstərir və içməli “Qax” suyu istehsal olunur.
    #aboneol #QaxRayonu

Комментарии • 2