Qaraqan / Mən və Sən [Lyrics]

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • "Mən və Sən"
    Gözlərin iki okean, göz yaşların aysberq
    Mən içində kiçik balıq
    Hələ bitməmiş bir roman, povest
    Hələ başlaya bilməmiş bir nağıl
    Yenə yaralıdır qanadlar, uça bilmirəm sənsiz
    Necə yorulub ayaqlar, qaça bilmirəm səndən
    Məni bağışla, tərk et, tez get
    Sevgim qaralama dəftəri, sən yaralarıma dərman, zamandan yaxşı
    Qəlbim qorxaq uşaq kimi, kim deyir acı həqiqət şirin yalandan yaxşı?
    Bakının boz küçələri, sentyabr, bir az külək, ara bir yağış
    Bəlkə öləcək sevgimiz, amma qoy hələ yaşasın mahnımız
    Bütün arzularımıza da buz
    Nə qalar məndən sənə iz?
    Bir ürək, bir alov, bir köz
    Bir az döz, bir az döz
    Yaz bir məktub, ya da bir söz
    Bir soyuq baxış, ya da hiss
    Artıq mən və sən deyil biz
    Sən mənsiz, mən sənsiz
    Gecə gündüzə qarışıb, sən yoxsan
    Otaq boşdur, zəng gəlmir
    Buz döşəmələr, pəncərəm pərdəli
    Sənin incə əllərin
    Sənin incə əllərin məni isidərdi
    Kobud qollarım səni qoruyardı
    Şirin sözlərin məni yaşadardı
    Keçmişə bir günlük qayıdardım, mən qayıdardım
    Dəyişərdim, tanımazdın
    Kaş mənim həyatımda heç olmazdın
    Kaş ləpələr sahilə gəlməzdi
    Kaş sahil dənizini sevməzdi
    Onda dalğalar da geri dönməzdi
    Bala balıqlar quruda ölməzdi
    Qələm əllərimdə kül olsa da gülmürəm
    Sənsiz ölərəm deyirdim, amma ölmürəm
    Bütün arzularımıza da buz
    Nə qalar məndən sənə iz?
    Bir ürək, bir alov, bir köz
    Bir az döz, bir az döz
    Yaz bir məktub, ya da bir söz
    Bir soyuq baxış, ya da hiss
    Artıq mən və sən deyil biz
    Sən mənsiz, mən sənsiz
    Dəli küləklər son məktubunu əlimdən aldı
    Yenə tək qaldım, yenə sənsiz həyatım olub mənə zindan
    Yenə sən, yenə qan, yenə Qaraqan
    Yenə əlimdə parçalanır ümid
    Yenə dənizimə büründü dumanlar
    Yenə yalanlar, yenə yalanlar...
    Dəli küləklər, bizim içimizə sonbahar gələcək
    Yenə töküləcək yarpağı sevginin
    Yenə yağacaq yağışlar qarışıb göz yaşına
    Sevmirəm, sevmirəm
    Necə qorxuram sevdiyimi deməkdən, aman Allah
    Bilmirəm, bilmirəm
    Niyə səni belə sevirəm, sevmirəm, mən sevirəm
    Bütün arzularımıza da buz
    Nə qalar məndən sənə iz?
    Bir ürək, bir alov, bir köz
    Bir az döz, bir az döz
    Yaz bir məktub, ya da bir söz
    Bir soyuq baxış, ya da hiss
    Artıq mən və sən deyil biz
    Sən mənsiz, mən sənsiz
    #qaraqan #rap #azrap #lyricvideo #menvesen #host

Комментарии • 8