Abbaseli Aydin - Sehidim ( Safikurd sehidleri )
HTML-код
- Опубликовано: 5 фев 2025
- söz: Abbasəli Aydın
musiqi: Abbasəli Aydın
aranjiman: Abbasəli Aydın
cover: Elcan Məmmədov
sözlər
Fələy sizləri aldı bizlərdən
Qan süzüldü kədərli gözlərdən
Dillərdə gəzən bu şanlı tarix
Ən birinci başladı sizlərdən
Etibar etibarlı oğlansan
Dağ kimisən vüqarlı oğlansan
Hər kəsə qismət olmayır cənnət
Sən dövlətli varlı oğlansan
Yusibov Kənanın qeyrətindən
Hər kəs danışır şücaətindən
Sənə bu şəhidlik zirvəsi paydı
Allahın yazılan qismətindən
Evin tək oğlu Rəsulov Sahil
Onunla yan-yana Qasımov Kamil
Cənnətin həsrətindəyik dedilər
Oldular istədiklərinə nail
Həsənov Emilin həsrətik səsinə
Ağır dərddi yaxın doğma kəsinə
Kaş bu xəbər doğru olmayaydı
O tuş gəldi namərd gülləsinə
Aldı rütbəsin Aslanov Taleh
Şəhid zirvəsin Aslanov Taleh
Bizimdir Qarabağ gözünü yumdu
Dedi bu kəlməsin Aslanov Taleh
Behbudov Nofəl dediyini etdin
Düşmənin hər tərəfini titrətdin
Qardaşının dərdi az deyilmi
Sən də üstünə dərd verib getdin
Rzayev Səməd Ələsov Əliynən biz
Fəxr edək nümunədilər bariz
Gözləyirdik hər ikinizin yolunu
Kaş qayıdaydız verib əl ələ siz
Nəqarət
Ölməmisən ürəyimizdəsən sən
Mərdliyi dillərdə qalan şəhidim
Doğmaların gülüşünə həsrətdi
Gülüşü şəkillərdə qalan şəhidim