Nəbi Xəzri - Dənizi hədiyyə verirəm sənə - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • #kamranmyunis #nəbixəzri #kamranyunis #şeirlər
    #eminsabitoğlu #şiirler #poeziyateatrı #sevgişeirləri #poeziya
    Nəbi Xəzri - Dəniz, göy, məhəbbət
    Bəstəkar - Emin Sabitoğlu - Əlvida
    - Dənizi hədiyyə verirəm sənə…
    Mən dedim, sən baxdın, sən gülümsədin.
    Göylərin şəfəqi düşdü üzünə.
    - Mən isə… göyləri verirəm, - dedin…
    Ayrıldıq qəribə hədiyyələrlə,
    Göylər eşqim kimi mənə əzizdir.
    Ayrıldıq dənizlə, ağ ləpələrlə,
    Necə aparasan? Dəniz dənizdir.
    Dənizi verdim ki, sənə hədiyyə,
    Gəldiyim sahilə gələsən bir də.
    Məni görməyəndə o mənəm - deyə,
    Mənimlə danışıb, güləsən bir də.
    - Əgər görüşməsək, bizə dağ olar,
    Dedim, neçə dəfə belə dedim mən.
    Dəniz sahilinə qayıtmaq olar,
    Göylərin sahili varmı, gedim mən?!
    Düşündüm, ayrıldıq gələndən bəri,
    Sən mənim eşqimə çıraq olasan.
    Onunçün verdinmi mənə göyləri,
    Məndən göylər qədər uzaq olasan?!

Комментарии •