Aygün Bəylər - Yemin ettim (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nigahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib.
    6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib. Müğənninin nəşinin Bakıya gətirildiyi bildirilir.
    8 yanvar, saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərhum vida mərasimindən sonra Suraxanı kənd qəbiristanlığında dəfn olunub.
    O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu.
    1988 ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
    Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
    1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və diqər dövlətlərdə təmsil edib.
    1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır - televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
    1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
    2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
    2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygun H. Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olub.
    Bu dövrdən başlayaraq, 2005-2010 illər arası Aygün H. dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.
    Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisiylə, eləcə də, Şərq ölkələrinin muğam sənətiylə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olur və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşür. Böyük muğam bilicisi olan Elxan müəllim məsləhət görür ki, əgər sən bu suallara cavab tapmaq istəyirsənsə, o zaman Niyazinin " Rast", Fikrət Əmirovun " Şur", " Kürd - Ovşarı", " Gülüstan - Bayatı- Şiraz" sifonik - muğamlarına müraciət elə , sullarına bütün cavablar orda var. Bunun nəticəsi olaraq Aygün H. "Humayun" muğamının üzərində simfonik - muğam yazmaq istəyi ilə 2010 ildə yaradıcılıq axtarışlarına başladı. Amma bu yaradıcılıq axtarışları zamanı ona aydın oldu ki, arzusuna yetmək üçün yenə də təhsil almaq lazımdır , bu dəfə artıq, bəstəkarlıq peşəsi üzrə. Ona görə də , 2012 ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur. 2013 ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün H. " Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.
    "Yemin ettim" sözləri:
    Asırlardır yalnızım pişmanım alın yazım
    Bir öfkeye mahkum ettik herşeyi
    Bir yemin ettim ki dönemem
    Hüzün tünellerinde soldum kederlerinde
    Cehennemde yansın bu dilim
    Bir yemin ettim ki dönemem
    Seni versinler ellere beni vursunlar
    Sana sevdanın yolları bana kurşunlar
    Kıyametler kopuyor zavallı yüreğimde
    Tükendim tükendim tükendim artık
    Hiçmi özlemedin hiçmi hakkım yok
    Bir ara bir sor allah aşkına
    Seni versinler ellere beni vursunlar
    Sana sevdanın yolları bana kurşunlar
    Asırlardır yalnızım pişmanım alın yazım
    Bir öfkeye mahkum ettik herşeyi
    Bir yemin ettim ki dönemem
    Hüzün tünellerinde soldum kederlerinde
    Cehennemde yansın bu dilim
    Bir yemin ettim ki dönemem
    Seni versinler ellere beni vursunlar
    Sana sevdanın yolları bana kurşunlar
    #aygunbeyler #yeminettim #azlyrics #azerbaycan

Комментарии • 5

  • @elnaretaceddinova3685
    @elnaretaceddinova3685 8 месяцев назад +2

    Allah sənə rəhmət etsin Aygünümüz heyif😢😢😢

  • @t.q6486
    @t.q6486 9 месяцев назад +3

    Allah size rehmet etsin.Bu gozel sese ve mahniya gore tesekkurler eziz senetkar

  • @behmanabdullayev6848
    @behmanabdullayev6848 7 месяцев назад +1

    Caaan ay Aygun bu ses ucun hele darixiramki Ruhun Şad Olsun Şenetkat 🖤🦅

  • @НаиляМамедова-з9ш
    @НаиляМамедова-з9ш 8 месяцев назад +2

    Yerin cənnət olsun. Allah sənə rəhmət eləsin. Heyif səndən 😢😢😢

  • @mehmanmammadov1773
    @mehmanmammadov1773 7 месяцев назад

    Bu səs Aygün Bəylərin səsi deyil bacısı Zümrüd xanımındı