Ayaz Imranov yetim segah 2016

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • zaur akif oglunun teqdimati

Комментарии • 150

  • @glinagdamagedk296
    @glinagdamagedk296 2 года назад +23

    AĞLAMASAN DA..
    Açılmış çiçəksən şeh üstə tərim,
    Qıymıram gül təki çəməndən dərim.
    Gəl sənə bir şirin xatirə verim,
    Saxlasan da sağ ol,saxlamasan da…
    Xəyaltək bir quru səsdəyəm indi,
    Gedirəm son səfər üstəyəm indi,
    Dərdindən sağalmaz xəstəyəm indi,
    Yoxlasan da sağ ol,yoxlamasan da…
    Qaçırsan gözümdən hey ürkən kimi,
    Boynunu gəl burma bəxti kəm kimi,
    Sən məni özünə bir həmdəm kimi,
    Bağlasan da sağ ol,bağlamasan da…
    Acı taleimə gülüb getmişəm,
    Çoxunu qəlbimdən silib getmişəm.
    Bir gün eşitsən ki ölüb getmişəm,
    Ağlasan da sağ ol,ağlamasan da…
    Gəlib qara geyib qəbrimin üstə.
    Başına hey döyüb qəbrimin üstə.
    Bir bənd şeri deyib qəbrimin üstə,
    Çağlasan da sağ ol,çağlamasan da…
    Qafqazam,görmüşəm dərdin əzabın,
    Tanrım haqqsızların çəksin hesabın.
    Sevgiylə yazılmış ömür kitabın,
    Bağlasan da sağ ol,bağlamasan da…
    Qafqaz Quruçaylı…

    • @amilsgrli4016
      @amilsgrli4016 Год назад +1

      Qardaş sən neylədin beləə. Əhsənn var oll ürəyinə qurbann👍👍👍❤️❤️🇦🇿🇦🇿

  • @huseynshahbandayev9604
    @huseynshahbandayev9604 7 лет назад +7

    Ayazı bu qədər yetkin tanımamışam, təəssüf! Ürəkdən süzülüb gələn ifadır, halal olsun!..
    Tar dərdlərimizin tərcümanıdır.Yağılara qalan güllü-çiçəkli dağlarımızın, qanı daşlara çilənən günahsız şəhidlərimizin naləsidir bu segah. Allah bizlərə bu qanların qisasını almaq şərəfi qismət eləsin!

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +9

    GÖZLƏ ƏZİZİM…
    Nə ölüm,nədə ki olum bitməyib,
    Sağım çiçək açıb,solum bitməyib.
    Hələ səfərdəyəm yolum bitməyib,
    Gözlə gələcəyəm,gözlə,əziizim…
    Yandırıb özünü kül eyləmə sən,
    Hər gedən dalınca əl eyləmə sən.
    Töküb göz yaşını sel eyləmə sən,
    Gözlə gələcəyəm,gözlə,əzizim…
    Əhdinə,eşqinə ey vəfalı yar,
    Əsil sevənlərə dünya özü dar.
    Sənin ki mənimtək bir sevənin var,
    Gözlə gələcəyəm,gözlə,əzizim…
    Hirsini daş eylə çax bu yollara,
    Gülüm,mən nə deyim ax,bu yollara ?
    Məni sevə-sevə bax bu yollara,
    Gözlə gələcəyəm,gözlə,əzizim…
    Həsrətin qəlbimi üzüb dayanır,
    Xəyalım dünyanı gəzib dayanır.
    Sevənlər min dərdə dözüb dayanır,
    Gözlə gələcəyəm,gözlə,əzizim…
    Qafqaz Quruçaylı…10-03-2021…

  • @user-yo9wt6dj3x
    @user-yo9wt6dj3x 11 месяцев назад +4

    Sağ ol Ayaz müəllim. Bizi saf uşaqlıq illərimizə apardın. Sanki dünən qulag asmışam, o vaxt mts məhəlləsində, Lacında sizin ifanıza sazda baş sarıtelə. Allah atanız şair İmrana rəhmət eləsin, sizə can sağlığı. Lscınlı günləriniz mübarək

  • @elesgergulmemmedov5545
    @elesgergulmemmedov5545 Год назад +3

    Çox möhtəşəm ifadı. Allah sənətkara can sağlığı versin. Ancaq belə ciddi musiqi ifa edən sənətkarın gərək geyimi də ciddi olsun.

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +6

    GÖZÜMDƏN GƏLDİ…
    Yandım bir gözəlin başına dönüb,
    Dərdi gözlərimin yaşına dönüb.
    Həsrəti bir dəstə qoşuna dönüb,
    Mən hara getdimsə izimdən gəldi…
    Sevmədim heykəltək daş ucalığı,
    Gözündə tapaydım kaş ucalığı.
    El-oba içində baş ucalığı,
    Yazdığım şerimdən,sözümdən gəldi…
    Yaralı könlümü duyan görmədim,
    Mənə sevgisindən qıyan görmədim.
    Heç vaxt özgələrdən ziyan görmədim,
    Nə gəldi özümə,özümdən gəldi…
    Nə deyim taleyin püşkünə,allah ?
    Yanan yox yetimə,düşgünə,allah.
    Yandım bir gözəlin eşqinə,allah,
    Sevgim qana döndü,gözümdən gəldi…
    Qafqaz Quruçaylı…28-02-2021….

  • @elvinmusic5472
    @elvinmusic5472 8 лет назад +35

    Sagol ay ustad,insallah bu segahin Lacinda seslensin!!!!

  • @azadgamer5421
    @azadgamer5421 4 года назад +11

    Möhdəşəm ifadı Allah sizin kimi sənətkarlaı bu millətə cox görməsin
    Var olun

  • @_cavid__C
    @_cavid__C 4 года назад +5

    inşAllah bu seygahının sesi Kelbecerimizde ve bütün Qarabagımızda seslensin

  • @elvintaleh2163
    @elvintaleh2163 6 лет назад +10

    Ayaz muellim INWALLAH ki bu ifa QARABAGIMIZDA seslensin.ellerin var olsun.ifa zamani cox agladim (((((daglarin qoynunda ozumu QARABAG torpagimizda hiss etdim.gercek olacaq INWALLAH

  • @RHafizoglu
    @RHafizoglu 5 лет назад +7

    Bizi bizdən alıb uşağlığımıza götürdün , ruhumuzu dinlətdirdin sənətkar !

  • @xiaomiuser1635
    @xiaomiuser1635 Год назад +1

    Sağ ol ay Ayaz müəllim.,. Yetim segahı çalınanda
    Yetimlərə tar neynəsin
    Kimisinin qızıl taxtı, kimisinin qızıl bəxti
    Qardaş əcəl gələn vaxtı
    Ona dövlət var neynəsin!!!!!

  • @laleceferova6094
    @laleceferova6094 6 месяцев назад

    Çox gözəl ifa etdiniz. Əllərinizə sağlıq. Lap ürəyinizi qoymusuz. Təşəkkürlər

  • @ilqarmikayilov8795
    @ilqarmikayilov8795 5 лет назад +1

    Tari dinledikce qeyri ixtiyari gozlerim yawarir. Cox kovrelirem.

  • @nbiyevlizamin3025
    @nbiyevlizamin3025 2 года назад +3

    Tarın sesi superdi

  • @ruslanabbasov1629
    @ruslanabbasov1629 Год назад +1

    ИДЕАЛ ....НЕТ СЛОВ А ПИШУ НА РУСКОМ ЧТО БЫ УЗНАЛИ ПРО ВАШУ УНИКАЛЬНОСТЬ ..ВЫ ПРЕДЕЛ СОВЕРШЕСТВА!!!

  • @sedaqetmikayilova5306
    @sedaqetmikayilova5306 Год назад +2

    Əllərin ağrı görməsin gözəl sənətkar.Allah sizi qorusun.

  • @tariyelazerturk7273
    @tariyelazerturk7273 10 месяцев назад +1

    AFƏRİN !!!
    TƏBİZ VƏ BARMAQLARIZ VAR OLSUN, USTAD AYAZ !!!

  • @bayramovadil1113
    @bayramovadil1113 5 лет назад +2

    Adamin bu musiqi altinda bu gozel tebiet menzeresi qarsisi da lap olmeyi de gelir. Terifolunmaz bir hisdir...

  • @mehmanb.1242
    @mehmanb.1242 4 года назад +1

    Ay ALLAH Sexavet Memmedov bu Seğahi nece oxumağini artiq tesvir etdim men....

  • @anarabbasov8634
    @anarabbasov8634 3 месяца назад +1

    Tarın oxuduğu məqam👏👏👏

  • @ismayiemirquliyev2688
    @ismayiemirquliyev2688 2 года назад +2

    Esq olsun usdad senetkara

  • @user-ps2ob5ps2d
    @user-ps2ob5ps2d Месяц назад

    تو صدای دل غمگین را می‌شنوی ،،، آن تار وسیله است. این است قدرت آفرینش در فرکانس موسیقی

  • @user-sr4xf3bz7y
    @user-sr4xf3bz7y Год назад +2

    ШУШАНЫН ДАГЛАРЫ ЯДЫМА ДУШДУ СПАСИБО

  • @payamabbaszadeh987
    @payamabbaszadeh987 Год назад +2

    Ay can ay can😍😍😍

  • @denizabdullayev270
    @denizabdullayev270 5 лет назад +8

    Tar bütün simli alətlərindən qəşəngdi Tarı çalan hər simli alət çala bilir

    • @_cavid__C
      @_cavid__C 4 года назад +1

      Deniz Abdullayev sazı ifa ede bilen hamısın ifa edir ellbetde tar menim en sevdiyim musiqi aletidi

  • @ramizbayramovqitara9200
    @ramizbayramovqitara9200 9 дней назад +1

    Super esil tar

  • @nadirceferov5341
    @nadirceferov5341 7 месяцев назад +1

    Ayaz Imranov men deyerdim ki, Tarzen Ekrem Memmedlinin davamchisidir.
    Allah can sağliği versin her iki boyuk senetkara.

  • @ezizmemmedov5607
    @ezizmemmedov5607 3 года назад +3

    Ewq olsun Ayaz qardawimiz beh beh barmaqlarin var olsun qardaw

  • @natikyusifov7582
    @natikyusifov7582 4 года назад +1

    Millətimizin kültüry belə ustalar la yaşayır. Sağ olun ki bizə azərbaycanliğimizi gajtarisiniz.

  • @nurlanhasanov6691
    @nurlanhasanov6691 2 года назад +1

    Alllah bele sentkar olar . Bu nə möczedi yartmsan ilahi. Qardaş üreyn əlin qolun var olasun

  • @elvinabbasov5436
    @elvinabbasov5436 4 года назад +1

    Bəh bəh Allah can sagligi versin barmaqlariniz var olsun dinlədikcə insanin ruhunu oxsayan bir ifadi Allah sizi var eləsin sənətkar

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +1

    ÖLƏRƏM AXI…
    Sənin sevgin mənə havadı,sudu
    Mən səni sevməsəm ölərəm axı.
    Gülüm,səni sevmək başqa duyğudu,
    Mən səni sevməsəm ölərəm axı…
    Kim deyir sən mənə özgəsən,yadsan ?
    Qəlbimi yandıran atəşsən,odsan.
    Nə gözəl nemətsən,nə şirin dadsan,
    Mən səni sevməsəm ölərəm axı…
    Bir dəfə çatmadı gileyim sənə,
    Dedim qurban olsun ürəyim sənə.
    Sən məni sevmirsən nə deyim sənə ?
    Mən səni sevməsəm ölərəm axı…
    Nə qədər arzumu mən daşa çalım,
    Ay zalım,nə qədər de sənsiz qalım ?
    Başa düşmürsənsə gəl başa salım,
    Mən səni sevməsəm ölərəm axı…
    Ömrümdə,günümdə ən şirin ansan,
    Günah eyləyərsən bu eşqi dansan.
    Sən,mənim canımda yaşayan cansan,
    Mən səni sevməsəm ölərəm axı…
    Sənsən bu dünyada tək dərdi-sərim,
    İstərəm sevgini gül təki dərim.
    Sevən ürəyimə nə cavab verim ?
    Mən səni sevməsəm ölərəm axı…
    İşim yox qəm dolu bom-boş ağuşla,
    Günah var yuyulmaz qarla,yağışla.
    Başqa yolum yoxdur məni bağışla,
    Mən səni sevməsəm ölərəm axı…
    Qafqaz Quruçaylı…12-03-2021…

  • @mehmanhuseyn1930
    @mehmanhuseyn1930 3 года назад +1

    Var ol ustad ureyine omrune ellerine bereket

  • @glinagdamagedk296
    @glinagdamagedk296 2 года назад +2

    ELƏ BİR VARLIQSAN…
    Elə bir varlıqsan canımdan əziz,
    Vurğunam əhdinə,düz ilqarına.
    Sevdiyim,ürəyin dünyadan təmiz,
    Göz yuma bilmərəm etibarına…
    Elə bir varlıqsan,dəyərin yoxdur,
    Qədir-qiymətini qananlar bilər.
    Bilirəm dərdindən ölənlər çoxdur,
    Bu eşqi oduna yananlar bilər…
    Sən elə varlıqsan ürəyim,canım
    Səni özgələrə qıya bilmərəm.
    Rəvamı,mən səni unudum,danım
    Sonra günahımı yuya bilmərəm…
    Qara gözlərini sevdiyim gündən,
    Sənin cazibəndən çıxa bilmirəm.
    Çəkinib qorxmağım yoxdur ölümdən,
    Təkcə həsrətini yıxa bilmirəm…
    Səni yana-yana sevməyim belə,
    Bu şair könlümə bir təsəllidir.
    Sevib arzusuna çatan yox hələ,
    Onsuz da bu yolun sonu bəllidir…
    Qafqaz Quruçaylı…20-02-2020…

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +2

    DÖNDÜ..
    Ağlımı bir qaşı kaman apardı,
    Verməyib nə fürsət,aman apardı.
    Heyif,gəncliyimi zaman apardı,
    Çiçəkli baharım xəzana döndü.
    Bir dastan bağladım elin dərdinə,
    Sinəmi dağladım elin dərdinə.
    İllərlə ağladım elin dərdinə,
    Yandı,şair könlüm ozana döndü.
    Adına dediyim ana torpağım,
    Batdı min günaha,qana torpağım.
    Sahibi olmadım ana,torpağın,
    Üzüm yurd yanında,qazana döndü.
    Dilim gödək oldu yadlar içində,
    Adım unuduldu adlar içində.
    Yandı xoş günlərim odlar içində,
    Günah, taleyimi yazana döndü.
    Qafqazam,düzəlmir qırdığım dünya,
    Dözüb,əzabına durduğum dünya.
    Xəyallar içində qurduğum dünya,
    Bir güman içində,yüz ana döndü.
    Qafqaz Quruçaylı…

  • @mayishummetov1028
    @mayishummetov1028 Год назад +1

    Eşq olsun !

  • @ZaurAkifoglu
    @ZaurAkifoglu  8 лет назад +17

    Bu dagin basindsa Ayazin ureyi acilib ey

  • @pervizhuseynov669
    @pervizhuseynov669 6 лет назад +6

    Əlehinə səs verənlərə Allah agıl versin.Allahı görün göydə.

  •  8 лет назад +7

    Allah canın sağ etsin Ayaz müəllimin! Ləzzət elədi həm gözəl ifa həm dağların bu gözəl mənzərəli görüntüləri.

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +2

    [

  • @Raminle
    @Raminle Месяц назад

    Yaşa sənətkar ❤ Yaşa ❤

  • @tezegulabbasova1387
    @tezegulabbasova1387 3 года назад +2

    Bu ifanı bəyənməyənlərə ar olsun

  • @banjostories7002
    @banjostories7002 2 года назад

    Wonderful journey and exploration

  • @user-dx1gi9pz9m
    @user-dx1gi9pz9m 3 года назад +2

    Sag ol senetkar, ruhum tezelendi!

  • @khancfrli9098
    @khancfrli9098 7 лет назад +4

    TAR simli alətlərin ŞAHİDİR. Ayaz müəllim sizə də can sağliği xoşbəxtlik!

  • @azmusic000
    @azmusic000 2 года назад +1

    SUPER❤️

  • @EtibarMeherremov-tc7wc
    @EtibarMeherremov-tc7wc 9 месяцев назад +1

    ALLAH SİZİ VAR ELƏSİN

  • @azerbayramov135
    @azerbayramov135 6 лет назад

    Halaldi ayaz mellim size boyuk tewekkurmu bildirirem,ruhum dinceldi boyuk memuniyetle dinledim,sizize can sagli uzun omur arzulayiram

  • @ayazzeynalov387
    @ayazzeynalov387 2 года назад +1

    Var olun

  • @user-np5cw1fc6f
    @user-np5cw1fc6f 3 года назад +1

    Аяз Бей в следующий раз надо в Карабахе и в национальном костюме! Амин!

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +1

    ÖLƏNƏ QƏDƏR…
    Əl açıb eşqinə dilənəcəm,bax
    Səadət qapıma gələnə qədər.
    Sən mənim sevgimdə sonuncu yarpax,
    Səni sevəcəyəm ölənə qədər…
    Yağıştək yağsa da qəm bu sevgidən,
    Sevinci gözündə kəm bu sevgidən.
    Əsla,əl çəkmərəm mən bu sevgidən,
    Taleyim üzümə gülənə qədər…
    Sevsə vəfasından qıyıb gedəcək,
    Nələr çəkdiyimi duyub gedəcək.
    Şairi qəm seli yuyub gedəcək,
    Bir gözəl qədrini bilənə qədər…
    Dərd versən bal təki yeyəcəyəm mən,
    Qapını sevgimlə döyəcəyəm mən.
    Sənə vəfalıdır deyəcəyəm mən,
    Adımı qəlbindən silənə qədər…
    Qafqaz Quruçaylı…24-02-2021…

  • @elmiraalieva1310
    @elmiraalieva1310 5 лет назад

    özūn Cennetde ifa etdin bizide bir anliq apardin oralara..saqol qardasim ellerin derd görmesin...yaşasin Azerbaycan ve sizin kimi musiqimizi yaşadanlarimiz..cox gözel ifa...

  • @umidhuseyn8866
    @umidhuseyn8866 4 года назад +2

    Isallah Qarabagda bele yanqili ifa edersen

  • @mhmmdkrimli9530
    @mhmmdkrimli9530 3 года назад +1

    Bravo, Ayaz müəllim! 👏 Əllərinizə sağlıq! 🙏

  • @ruhincabbarl9000
    @ruhincabbarl9000 7 лет назад +1

    Halaldi Cox Gozel ifa Eledi Ayaz Muellim Var Olun Bu Seygah Adami Xeyallara aprair

  • @mugammirzeliyev2747
    @mugammirzeliyev2747 6 лет назад +1

    Beh beh ne gözel biranliğ insanı uzağlara aparır 👏👏👏👏

  • @MrCr7_Ronaldo
    @MrCr7_Ronaldo 7 лет назад

    Varolun qardaş.insana təsir edən ifadır.həqiqətən Ayaz bəy çox gözəl ifaçıdır.onun ifasında yanğı , həsrət var.belə sənətkarlara dəyər vermək lazımdır.

  • @elsenhesenov8849
    @elsenhesenov8849 8 лет назад +2

    Maşallah.Allah qorusun.

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +1

    BƏSİMDİ İNAN…
    Gözlərin sevgiylə baxsın gözümə,
    Məni beləcə sev bəsimdi inan.
    Qoy,isti nəfəsin dəysin üzümə,
    Məni beləcə sev bəsimdi inan…
    Sənə həqiqətəm güman deyiləm,
    Yolunu bağlayan duman deyiləm.
    Səndən başqa bir şey uman deyiləm,
    Məni beləcə sev bəsimdi inan…
    Ruh verir açılan gül bədən mənə,
    Eşqin,məhəbbətin gülüm,tən mənə.
    Sarıl ilan kimi,sarıl sən mənə,
    Məni beləcə sev bəsimdi inan…
    Gözlərin könlünü əks edən ayna,
    Hop mənim qanıma gəl qarış,qayna.
    Gecələr sübhədək mənimlə oyna,
    Məni beləcə sev bəsimdi inan…
    Gör,nələr açılıb gülüm,qoynunda,
    Murada yetəydi əlim qoynunda.
    Al mənim canımı ölüm qoynunda,
    Məni beləcə sev bəsimdi inan…
    Saxla güllərini dərən olmasın,
    Dəstələ saçını pərən olmasın.
    Sıx məni köksünə görən olmasın,
    Məni beləcə sev bəsimdi inan…
    Qafqaz Quruçaylı…21-02-2021…

  • @mailehmedov2894
    @mailehmedov2894 2 года назад +1

    Sagol emoglu
    Beh beh

  • @globalservice4292
    @globalservice4292 3 года назад

    Sagol ay Senetkar lap hem ifanla hemde zahiri gorkeminle merhum Haci Memmedovu xatirlatdin mene !

  • @user-op6br9oz4b
    @user-op6br9oz4b 7 лет назад +2

    Не дейарли ифадыр!!!! урайин елларин вар олсун!!!!! омурун узун олсун Айаз бей!!!!!

  • @trump7814
    @trump7814 7 лет назад

    Ay qara bagli mende senin kimi yetim qalmisam bu dunyada, chal gelsin sesin ay qarabagli!
    yetimin nalesi ses salar selalelere, ses salar tarin zumzumesine, ana sevgisine yete bilmez/////
    Daglar nelene agah alar , yetim nalesine yetise bilmez.

  • @user-zk9or7xv2y
    @user-zk9or7xv2y 5 лет назад

    Barmaglarin var olsun senetkar. Adam dinledikce ruhu dincelir

  • @tural.memmedzade.
    @tural.memmedzade. 3 года назад +1

    Her qulas asdiqca elebil Qarabağ gedib gelirem🎶🎶

  • @user-op6br9oz4b
    @user-op6br9oz4b 7 лет назад

    Заур бей сиза дерин тешаккурлар мусиги хесталарина муаличави. комайиниз учун!!!! бу неиса ифадан устун бир вергидир бу сенаткара !!!!! русийадан. саламлар !!!!!

  • @shahinismayilov3839
    @shahinismayilov3839 7 лет назад +2

    ZAUR BƏY SİZƏ VƏ AYAZA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.ÇOXDANDI XALİS TAR SƏSİNİ EŞİTMİRDİM İNDİ BÖYÜK MƏMNUNİYYƏTLƏ QULAQ ASDIM LƏZZƏT ELƏDİ.ÇÜNKİ TARIN TELLƏRİNİ DƏYİŞİRLƏR ODA TAR SƏSİ VERMİR.AMMA BU XALİS TAR ÇALĞISI İDİ SAĞ OLUN VAR OLUN.BİR DAHA TƏŞƏKKÜRLƏR.

  • @elmurazbsirov7617
    @elmurazbsirov7617 2 года назад +1

    Bu gül çiçəklə musiqinin həm ahəngi bir simfoniyadır.Əhsən.

  • @arazalizad2474
    @arazalizad2474 8 лет назад +3

    bəh bəh super 👍👍👍👍

  • @emilveoyunlar847
    @emilveoyunlar847 4 года назад

    Bu qurbet elde meni aglatdln dede vetenim yadlma duwdu

  • @cosqunrehimov5873
    @cosqunrehimov5873 7 лет назад

    Allah butun senetkarlari qorusun amin insallah..cox gozel ifadi cox hezz aldim Allah barmaqlarnizi var elesin

  • @imranhuseynov6759
    @imranhuseynov6759 4 года назад

    Tar ifası super məni bir şey cəlb etdi ki dağ dumanlardan da yuxarıdadı

  • @elsn2148
    @elsn2148 8 лет назад +2

    beh beh ne lezetli tar calir

  • @rizvanmusayev1389
    @rizvanmusayev1389 4 года назад

    Üreyine saglıg gardaş Allah ,Allah tardan axan göz yaşını görürem men

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +1

    BİLMƏDİM HƏLƏ…
    Yudum göz yaşımla yudum sevgimi,
    Tər-təmiz mən sənə qıydım sevgimi.
    Xumar gözlərində duydum sevgimi,
    Mən,səni unuda bilmədim hələ…
    Gözlərim görndən çiçəktək təri,
    Yox oldu qəlbimin həm dərdi-səri.
    Səni ilk gördüyüm o vaxtdan bəri,
    Mən,səni unuda bilmədim hələ…
    Acı günlərimə bal qatdın gözəl,
    Təbimi sellərtək çağlatdın,gözəl.
    Sən,mənim anamı ağlatdın,gözəl
    Mən,səni unuda bilmədim hələ…
    Alışdım dərdinə tək olan gündən,
    Könlündə min şüphə,şəkk olan gündən,
    Adın ürəyimə həkk olan gündən,
    Mən,səni unuda bilmədim hələ…
    Görmədim şuxluxda sənin kimi qız,
    Yanmadın halıma ay ürəyi buz.
    İnan,and içirəm bu çörək,bu duz,
    Mən,səni unuda bilmədim hələ…
    İtirdin ünvansız ölkədə məni,
    Arxanca sürünən kölgədə məni.
    Çoxdan unutmusan bəlkə də məni,
    Mən,sni unuda bilmədim hələ…
    Qafqaz Quruçaylı…09-03-2021…

  • @musa039qubadli8
    @musa039qubadli8 4 года назад

    Sağol ay müəllim çox sağol bu əsil ifadir

  • @samilseferov6560
    @samilseferov6560 2 года назад +1

    Bu ifa elebil insani ureyinin şah damarinnan vurub yaralayir

  • @punhanismayilzade5669
    @punhanismayilzade5669 3 года назад +1

    Əllərin var olsun sənətkar

  • @user-it1km7rr6d
    @user-it1km7rr6d 4 года назад

    Halal olsun, ustad. Mükəmməl ifa.

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад

    NƏYİMİ SEVİRSƏN ?..
    Nəyimi sevirsən axı sən mənim ?
    Başım daşdan-daşa dəyib,durmuşam.
    Arzu-istəyimə bu həyat qənim,
    Tanrının gözündə unudulmuşam…
    Nəyimi sevirsən axı sən mənim ?
    Nə elim,nə obam,nə ocağım var.
    Hələ Xocalıda gəzir düşmənim,
    Mənim bağlı əlim,boş qucağım var…
    Nəyimi sevirsən axı sən mənim ?
    Başımın üstündə kəndir yellənir.
    Ah-vayla,həsrətlə keçir hər günüm,
    Göz yaşım Vətənçün axır,sellənir…
    Nəyimi sevirsən axı sn mənim ?
    Bir ayağım burda,birisi gorda.
    Gözümə ox olub batır düşmənim,
    Ürəyim hələ də çırpınır torda…
    Nəyimi sevirsən axı sən mənim ?
    Bilmirsən ki axı nə haldayam mən.
    Var mənim öz dünyam,başqa aləmim,
    Üz tutub gedirəm son yoldayam mən…
    Nəyimi sevirsən axı sən mənim ?
    Mənimlə dolanmaq,yaşamaq çətin.
    Yazıqsan,incimə başına dönüm,
    Onsuz da sonu yox bu məhəbbətin…
    Qafqaz Quruçaylı...22-02-2021…

  • @turalturkman6472
    @turalturkman6472 4 года назад

    Mohtesem ifa👏 klipde gozel👍

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад +1

    GƏL…
    Sən,mənim evimə bir yaz səhəri,
    Dan yeri sakitcə söküləndə gəl.
    İtməsin gözümdən xumar gözlərin,
    Dumanlar yox olub çəkiləndə gəl…
    Gəl,çoxdan gözlərəm bu bahar səni,
    Ürəyim həmişə arzular səni.
    Şeh düşüb,göy otlar isladar səni,
    Güllərin şəbnəmi töküləndə gəl…
    Sevənlər atəşə atır özünü,
    Bəsdir,az günaha batır özünü
    Vaxtdır,elə indi çatdır özünü,
    Demirəm qamətim bükülündə gəl…
    Gəl,könlüm sevinsin qarşılaşanda,
    Bahar eşqimizə nəğmə qoşanda.
    İldırımlar çaxıb,sellər daşanda,
    Araz coşub Kürə töküləndə gəl…
    Gəl,həsrət onsuz da axır can olub,
    Qafqaz vüsalından pay uman olub.
    Yollara baxmaqdan bağrım qan olub,
    Gözlərim yollara dikiləndə gəl…
    Qafqaz Quruçaylı.

    • @ZaurAkifoglu
      @ZaurAkifoglu  3 года назад

      Varolun gözəl şeyir ərmağanınıza görə.👍👏👏👏

  • @BGM1204
    @BGM1204 3 года назад

    gözəl ustad Ayaz bəy barmaglarınız yorulmasın! 100 yaşa.

  • @musviqhaciyev1460
    @musviqhaciyev1460 5 лет назад +1

    Sağol Ayaz müəllim var olasan elə bil Laçındayam. Müşfiq Laçınlı.

  • @guzarmuradov8756
    @guzarmuradov8756 6 лет назад

    İnşallah Elvin qardaş Laçında belə möhtəşəm ifalara qulaq asaq

  • @serxanabdullayev2652
    @serxanabdullayev2652 Год назад

    Ey təbibim, daha yox dərdə dəvamım, neynim?
    Od tutub yanmadadır cismidə canım, neynim?
    Gecə ta sübhə kimi ahu-fəğan etmədəyəm
    Dayanıb dövr eləmir nəbzidə qanım, neynim?
    Ərşü əladə xuda, yerdə köməyim sənsən
    Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
    Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
    Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?
    Ərşü əladə xuda, yerdə köməyim sənsən
    Səndən özgə kimsəyə yoxdur gümanım, neynim?
    Tapmıram mən səbəbin ki, nə bəladır çəkirəm
    Dəyməyib bir kimsəyə zərrə ziyanım, neynim?

  • @ruslanabbasov1629
    @ruslanabbasov1629 Год назад

    ИДЗИКУ ИЛЬЯВУ САЛАМ !!!

  • @turalmehbaliyev9302
    @turalmehbaliyev9302 7 лет назад

    Beh beh sağolun Ayaz muellim

  • @namilcavadov517
    @namilcavadov517 2 года назад

    Var ol

  • @glinagdamagedk296
    @glinagdamagedk296 3 года назад

    BAHAR GƏLƏNDƏ…
    İnsanlar doymayır arzu-diləkdən,
    Sevənlər sevinir necə ürəkdən.
    Təbiət don geyir güldən,çiçəkdən
    Güllər bayram edir bahar gələndə…
    Ucalır göylərə könül nəğməsi,
    Canlanır çöllərdə quşların səsi.
    Bahar salamlayır bu gün hər kəsi,
    Ellər bayram edir bahar gələndə…
    Duman gəlir dərələrdə sürünür,
    Hara baxsan dünya gözəl görünür.
    Təbiət al yaşıl dona bürünür,
    Çöllər bayram edir bahar gələndə…
    Göy gurlayır,hey qovuşur sel-selə,
    Çəmənlikdə naz eyləyir gül-gülə.
    Vaxt yetişir,yerin verir il-ilə,
    İllər bayram edir bahar gələndə…
    Ay şair,yaz gəlir bizə nə qalır ?
    Yar üzür könlünü,sözə nə qalır ?
    Gözələ baxmaqdan gözə nə qalır ?
    Əllər bayram edir bahar gələndə…

  • @user-np5cw1fc6f
    @user-np5cw1fc6f 3 года назад

    Джан Азербайджан!

  • @alitavakkulov8976
    @alitavakkulov8976 6 лет назад

    xalqimizin mocuzali sarvatlarindan biridir tar . sagol vatan oglu

  • @user-ik6ot2ww4u
    @user-ik6ot2ww4u Год назад +1

    Класном месте класная ИФА .....👍👍👍👍

  •  5 лет назад

    Bu muğamın adı yanlış yazılmış. Hariç segâh 'tır.
    Ayaz kardeşimin yüreğine ve ellerine sağlık.

  • @elvinservice238
    @elvinservice238 2 месяца назад

    👍👍

  • @user-xg1dk1nf9q
    @user-xg1dk1nf9q 4 года назад

    👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ayxansp5346
    @ayxansp5346 5 лет назад +1

    Lacınin fəxri

  • @baxramaleskerov9221
    @baxramaleskerov9221 Год назад +2

    Bilmirəm kimə deyim ki, məni tək-dağların arasında, dərdimin yanında basdırsın?

  • @privetkak121
    @privetkak121 6 лет назад +1

    Sagol usta yasa canavar 👍👍👍👏👏👏👏💖💖