Bala Başa-Bəla tammetrajlı bədii televiziya film-tamaşası-Rafael İsgəndərov

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024
  • Bala başa-bəla tammetrajlı bədii televiziya film-tamaşası rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir. Aktyorun anası Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum əqrəbaya bu şəkilləri göstərib, "Görürsünüz mənim bir qızım da var" deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onları tamaşada da istifadə etmək qərarına gəlib və iki şəkili birləşdirərək dekorda divardan asdırmış. Əsas rolları Cahangir Novruzov, Səidə Quliyeva, Ələkbər Hüseynov, Afaq Bəşirqızı ifa edirlər.
    Kanala abunə ol; / @alimuharremli7092
    Babək Xürrəmi qısa fraqment; • "Babək " Azərbaycan fi...
    Sosyal Medya
    facebook; www.facebook.c...
    instagram; / azerbaycan_kino
    İzlədiyin üçün təşəkkür edirəm!!!

Комментарии • 7