ATİAHİ üzvlərinin "Qış mövsümündə yollayışlara endirim kampaniyası"na marağı gündən-günə artır.
HTML-код
- Опубликовано: 17 дек 2024
- ATİAHİ Respublika Komitəsi dekabr ayında başladığı "Qış Mövsümündə Yollayışlara Endirim Kampaniyası" çərçivəsində indiyədək 408 müraciət qəbul edib.
Bu müddətdə ölkənin müxtəlif bölgələrindən 192 təhsil işçisi yollayışla təmin olunub, yaxın günlərdə isə daha 150 nəfərin yollayış alması nəzərdə tutulur. Kampaniya respublikanın müxtəlif bölgə və rayonlarını əhatə edir. Ötən gün Şəki rayonundan 17 təhsil təqaüdçüsü endirim kampaniyasından yararlanaraq Bakıdakı sanatoriyalara müraciət edib.
Sağlamlıq hər kəsin rifahı üçün əsasdır. Təhsil işçilərinə sağlam və uzun ömür arzulayırıq.