Yanğından zərər çəkənlər hökumətdən təzminat tələb edirlər

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • Şabranın yaşıllığını məhv edən yanğın kəndlilərin də əlində-ovucundakıları külə döndərib. Yanan, zərər görmüş evlər, mal-qara, əkin sahələri, ot tayaları Şabran evlərinin bərəkətini aparıb. Sakinlər danışır ki, malları ilə birgə gəlir yerlərini də itiriblər.
    Qış üçün tədarük etdiyi taxılı yanan Söbə İsmayılova, taxıl zəmilərini biçən kombaynı yararsız hala düşən Bikət Muradov və digər kənd sakinləri dövlətin zərəri qarşılamalı olduğunu deyir. Kənd icra nümayəndəlikləri yanğın nəticəsində zərər görmüş təsərrüfatları siyahıya alıb, lakin əhaliyə nə vaxt və hansı miqdarda kompensasiya ödəniləcəyi deyilmir.
    Avqustun 15-də Şabranın Xəlfələr kəndinin əkin sahəsində başlayan yanğın tezliklə Quba, Qəbələ, Xaçmaz, Siyəzən meşələrinə də yayılıb. Fövqəladə Hallar Nazirliyinin son açıqlamasına görə, şimal bölgəsində təxminən 5 min hektar ərazi yanıb. Rəsmi qurumlar yanğının insanların ehtiyatsızlığından baş verdiyini deyib.
    Kəndin yaşıllığı yanğının boz izlərinə qarışıb. Közərən tüstülər yenidən oda çevrilməsinlər deyə indi kənd sakinləri keşik çəkirlər.

Комментарии • 15

  • @entertv.faridabdullayev4305
    @entertv.faridabdullayev4305 2 года назад +2

    Allah sizlərə kömək olsun

  • @cingizsultanzade9356
    @cingizsultanzade9356 2 года назад +1

    Allah səbr versin Allah səbr edənlərlədi

  • @vaqifbagrov3408
    @vaqifbagrov3408 2 года назад

    Allah kömək olsun. Çox pis hadisədir. Dövlətimiz zərər çəkmiş ailələrə kömək edəcəyinə inanıram. Ümid edirəmki yanğının qarşısı tez bir zamanda alınar və bunun kimi hadisələrə son qoyular.

  • @cingizsultanzade9356
    @cingizsultanzade9356 2 года назад +1

    Allah haramzadələri yandırsın boynunyoxunları qarnı şişmişləri

  • @user-fl7rl7he9b
    @user-fl7rl7he9b 2 года назад

    Аллах Олю Кёмяг Олсун ! 💓💓💓

  • @orxansadql349
    @orxansadql349 2 года назад

    Dəhşətdir. ALLAH kömək olsun. Həm isti həmdə külək bu yanğını dahada ətrafa yaymağa başlayıb. Yəqin tez bir vaxt yanğını söndürərlər. Orda yaşayanların evləridə külə döndü. Çox pis oldu bu. Yaxsi olar səbrli olsunlarr....

  • @uzeirbayramov1693
    @uzeirbayramov1693 2 года назад

    Allah komek olsun. Bu yangina gore bir cox insan cetinlik cekdi, bir cox insana ziyan deydi. Cox heyif. Umid edirem ki, dovlet bu mesele haqda arasdirma aparar ve zerer ceken insanlara yardim ediler. Eks halda bundan sonra ac qalacaq bu insanlar.

  • @eldarmamedov2291
    @eldarmamedov2291 2 года назад

    Allah Köməyləri olsun .Şükürlər olsun ki yenə yanğın daha çox can yandırmadan söndürülə bildi !Əhaliyyə dəymiş lazımı olan bütün zərərlər Dövlət tərəfindən qarşılanacaqdır səbirli olmaq lazmdır ! Allah köməy olsun çətin anlar idi !

  • @emilaxundov8717
    @emilaxundov8717 2 года назад

    Təbii fəlakət qarşısnda insna həmişə acız olub. Tufan, sel, zəlzələ yanğın həmişə olub və olacaqdır. Çox şükür ki, ölüm itim olmayıb, salamatçılıqdır. Yerdə qalan ziyanı isə dövlətimizin imkanı genişdir, aidiyyatı qurumlar ola bilməz ki, tədbir görməsinlər.

  • @vusaladilov2229
    @vusaladilov2229 2 года назад

    yənədə günahsız millətin üzərinə yazdılar ,bərkə intim kasetinə görə yandırıblar ki toplumun başı qarışsın.

  • @kamaleabbaszade5945
    @kamaleabbaszade5945 2 года назад

    Zatən hökümət zərərçəkənlərə təzminat da ödəyir, evini də təmir edir. Bunun üçün də aidiyyatı qurumlar baxış keçirirb, dəyən ziyan müəyyənləşəcək və bundan sonra dövlət tərəfindən nə lazımdırsa olunacaq. Əsas odur ki, can itkisi yoxdur, qalanı düzələndir, səbrli olun.

  • @nonenone4767
    @nonenone4767 2 года назад

    fovqaladenin basi qarisiqdi. Iscilerini sondururler

  • @alsuaydn9404
    @alsuaydn9404 2 года назад

    Təbii fəlakətin qarşısında hər kəs acizdir. Amma çox şükür ki, vaxtınd aedilən müdaxilə yanğının daha böyük ətaziyə keçməsiin qarşısını aldı. Amma sakinlər elə bir iddia irəli sürürlər ki, buna qətiyyən inanmağım gəlmir. Deyir yanğınsöndürənlər gəlib amma maşənlarda su olmayıb. Bu inandırıcı söhbət deyil. O ki qaldı təzminat məsələsinə, əminəm ki, dövlətimiz əlindən gələni edəcək.

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 2 года назад

    yazlx kaslb😔😔😔😔😔

  • @orxansadql349
    @orxansadql349 2 года назад

    Dəhşətdir. ALLAH kömək olsun. Həm isti həmdə külək bu yanğını dahada ətrafa yaymağa başlayıb. Yəqin tez bir vaxt yanğını söndürərlər. Orda yaşayanların evləridə külə döndü. Çox pis oldu bu. Yaxsi olar səbrli olsunlarr....