Azərbaycanda ən yüksəkdə yaşayan insanlar! Ləzgilərin yaşadığı - Yergi Kek kəndindən REPORTAJ

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • Azərbaycanda ən yüksəklidə yerləşən yaşayış məntəqəsi - Qusar rayonunun Yerği Kek kəndidir. Şahdağın ətəyində yerləşən bu kənddə insanlar dəniz səviyyəsindən 2370 metr yüksəklidə yaşayır.
    Yerği Kek kəndinə Qusarın rayon mərkəzindən iki istiqamətdə yol var. Birincisi hələ sovet dövründən istifadə olunan Sudur kəndindən keçən, ikincisi isə Ləzə kəndindən yeni açılan yoldur. Qusarın mərkəzindən Sudura kimi 65, Ləzə kəndinə isə 38 kilometr məsafə var. Bu yaşayış məntəqələrinə yol asfaltdır. Amma bu kəndlərin hər birindən Yerği Kekə getmək üçün çox çətin keçilən 9-10 kilomerlik dağ yollarını aşmaq lazımdır.
    Biz Yerği Kekə Ləzə istiqamətindən yollandıq. Bu yolu ancaq xüsusi avtomobillərlə qət etmək mümkündür. Daha çox “Niva”, və UAZ markalı avtomobillərdən istifadə olunur. Cəmi on kilometr məsafə olsa Ləzədən Yergi Kekə sürcülər sifarişlə 50 manata aparırlar.
    Yerği Kekə getdiyimiz “Niva”nın sürücüsü Samir Pirəliyev bildirir ki, Ləzədən Yerği Kekə yol sakinlərin təşəbbüsü ilə 6-7 il əvvəl çəkilib.
    Yolboyu bir-birindən gözəl dağ mənzərələri ilə rastlaşırıq. Amma təhlükəli dağ yolunda həyəcan bir an da olsa insanı tərk etmir. Sıldırım qayaların kənarı ilə enişli-yoxuşlu yolumuz bir saat davam edir. Nəhayət çəmənliklərlə əhatə olunmuş nisbətən düzən sahəyə çatırıq və təpəliklərin arxasında Yergi Kek kəndi görünür.
    Yergi Kek kəndi Sudur inzibati ərazi dairəsinə aiddir. Kəndin əhalisi ləzgilərdən ibarətdir. Kənddəki 11 evin 7-də yaşayış var. Hazırda Yerğki Kekdə 40-a yaxın sakin yaşayır. Əhali heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Hər bir həyətdə iribuynuzlu heyvan və qoyun-quzu saxlanılır, təsərrüfatlarda kartof becərilir.
    Kənddə gecələmək üçün qonaq evi və ya hostel yoxdur. Amma bəzi sakinlər cəmi 40 manat müqabilində evinin bir otagını turistlərə sutkalıq kirayə verir. Bu ödənişin əvəzində qonaqlara isti və təmiz yataqla yanaşı, təzə kənd məhsullarından (süd, pendir, bal, kərə yağı, ləzgi çörəyi) ibarət səhər yeməyi də təqdim olunur.
    Kənd sakini Rahim Şahverdiyev bildirir ki, rayon mərkəzindən ucqarda yerləşən Yerği Kekdə qış çox sərt keçir. Qışda kəndə 40-50 santimetr qar yağır, temperatur isə mənfi 20 dərəcəyədən aşağı düşür. Bir çox hallarda rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Buna görə də kənddə cəmi 4-5 evdə daimi yaşayan var. Bir neçə ailə isə yay aylarında kəndə gəib təsərrfatla məşğul olur, havalar soyuyanda isə yenidən rayon mərkəzinə yaxın kəndlərər qayıdırlar.
    “Bizim kənddə ilk ev təxminən 150-170 il əvvəl tikilib. O vaxtlar buralar yaylaq olub. Sadir adlı bir nəfər burada bulağın yaxınlığında özünə ev tikib. Məhz həmin vaxtdan kəndin əsası qoyulub. İndi dövr müasirləşib. Kənddə yaşamaq istəyənlər azalıb. Amma şərait də çətindir. Dağın dibidir. Qış çox sərt keçir. Buralarda ağac bitmir. Ona görə də yanacaq sarıdan da çətinliyimiz var. Ən əsas narahtçılıq isə yolla bağlıdır. Bura yaxşı yol olsa bizim kənd geniş turizm imkanlarına malikdir. Çox gözəl təbiəti var. Dağlara çıxan səyyahların bir çoxu yolunu bizim kənddən salır”,-deyə R.Şahverdiyev bildirir.
    Yerği Kek kəndinin adı ləzgi dilindən tərcümədə uzun taxta mənasını verir. Hər tərəf qayalıqlarla əhatə olunsa da kəndin yerləşdiyi ərazi dəmyə tərəvəzçiliyə imkan verən nisbətən düzən yaylalarla əhatə olunub.
    Hazırda kənddəki biçənəklərdən ot tədarükünün ən qızğın çağıdır. Sakinlər bütün işlərini təxirə salıb ot biçinini həyata keçirirlər. Burada yağıntısız, isti yay günlərinin ömrü uzun olmadığından otu vaxtında biçmək lazımdır. Sentyabr ayında isə kartof sahələrindən məhsul yığımı başlayacaq.
    Kənddə məktəb, tibb məntəqəsi və başqa sosial obyektlər fəaliyyət göstərmir. Yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunur. Mobil telefonlarla da rahat danışmaq mümkündür. Qışda yanacaq kimi daha çox qurudulmuş mal təzəyindən istifadə olunur.
    Qusar Rayon İcra Hakimiyyəti başçısının Sudur inzibati ərazi dairəsi üzrə nümayəndəsi İkram Əsədov bildirir ki, Yerği Kek kəndində 12 təsərrüfat və 88 nəfər sakin qeydiyyatdadır. Kəndin ərazisi 469 hektardır. Bunun 434 hektarı əkinə yararlıdır.
    Kəndi seyr etmək üçün yaxınlıqdakı Qulan təpəyə çıxırıq. Buradan Böyük Qafqaz dağlarının başı qarlı zirvələrini, Qusarın on kilometrlərlə uzaqlıqdakı kəndlərini, Xəzərə doğru uzanan Qusarçayı, hətda Samur çayını və qonşu Dağıstan Respublikasının ərazisini də seyr etmək mümkündür.
    Kəndin ətrafında göz işlədikcə yaylaqlarda otlayan qoyun sürüləri görünür. Burada yaylağa gələn çobanlar havalar soyuyunca sürülərini aran rayonlarına köçürəcəklər.
    AZƏRTAC -0-
    (EY, CR)

Комментарии • 53

  • @lek038vuqar
    @lek038vuqar Год назад +13

    Sagray lezgiyar.Gezdiyim dagları oraları tanıyıram.Cekilise göre sagolun.Masallah.Supper

  • @azerqhrmanov2412
    @azerqhrmanov2412 2 года назад +12

    Mən ilk dəfə Real Vətən verişində görmüşdüm bu kəndi.may iyun ayı oralar cənnət kimi olar.Azərbaycanın ən gözəl kəndidi bəlkədə

  • @user-friendly03
    @user-friendly03 6 месяцев назад +3

    КцӀар Кусар Лезги чӀил ❤

  • @vazehcemi1371
    @vazehcemi1371 2 года назад +8

    Mükəmməl!

  • @samsungqusar8037
    @samsungqusar8037 2 года назад +8

    Gözəl kəndim

  • @TarPas
    @TarPas 2 года назад +7

    Əla videodur.

  • @azerqhrmanov2412
    @azerqhrmanov2412 2 года назад +8

    Salam Elxan bəy sənin bu günkü çəkdiyin yerin misli bərabəri yoxdu.Allah necə yüksək daglar, yaylaqlar mənzərələr yaradıb həqiqətən heyran qaldım.təşəkkür edirəm və xoş istirahətlər.

    • @mrelxanyusifli
      @mrelxanyusifli  2 года назад +3

      Baxdığınız üçün mən təşəkkür edirəm 👍

  • @alxasrin
    @alxasrin Год назад +10

    Yerği Kek (Йергъи Кек) ləzgi dilindən uzun düzən ətək anlamında işlənir. Dağ massiv yamaclarında bildiyimiz ətək termini. Sağol Elxan qardaş 👍

    • @chiglegar6152
      @chiglegar6152 Год назад

      Kek yubka tush. Kek shalvardin ca pad ya klvach tvazvay alukldayla.Ina Yargii Kek, adan klalubdindi xhiz akurla axhtin tlvar gun mumkin ya.
      Gzafburuz chizvach, ya chirizni klanzavach hikivan ch chlal iyerdi yatla. Rakhazvach, kxhizvach dided chlalal.
      Hakln,i chaz tuplaral alay kikern ava. Kek- kker(kiker)= Sad, sadalay gzaf.

    • @АннаТагиева-х9ю
      @АннаТагиева-х9ю 11 месяцев назад

      ​@@chiglegar6152бес вуна кхьенвай текстдин агъавурда акьаз Четин я хьи?вун лезги тушни,я ваз лезги ч1алал кхьиз к1елиз бегьемдаказ чизвачни?

    • @rMM-001
      @rMM-001 10 месяцев назад

      @@chiglegar6152Къекъ по нашему это коготь или ноготь

    • @rMM-001
      @rMM-001 10 месяцев назад

      Кьук это вершина

  • @BehramXidirov-l2e
    @BehramXidirov-l2e 7 месяцев назад +4

    qardaş Yerğikek kendin hündürlüyü 2397m50sm dir

  • @РашадРагимов-н4д
    @РашадРагимов-н4д 9 месяцев назад +3

    Bəs Xınalıq? 2350 metr. Demək olar ki eyni səviyyədə yerləşirlər.

  • @tahireabdullayeva8098
    @tahireabdullayeva8098 2 года назад +6

    Qışda yanacaq olsa ela kənddi ,adam məmnuniyyətlə yaşayar orda

  • @РустамИбрагимов-у7ю
    @РустамИбрагимов-у7ю 2 года назад +15

    Са гаф кьванни лезгидалди кхьихь

  • @videoGame-oe8uc
    @videoGame-oe8uc Год назад +9

    Bu Kendin Qurucusu Bizim Babam olub Sidir olub Sudur kend Sakini Sidir 130 140 il bundan qabag Azerbaycanin en yuksek bir noqtesende Oz evini tikib ve onun nesli hal hazirdada burda oz heyatini davam etirir

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Год назад +2

      Təşəkkür edirəm məlumata görə 👍

  • @severstar3868
    @severstar3868 6 месяцев назад +2

    zehmet çekmisen...sağ ol ..brat👍👍

  • @mailshikhmuradov4311
    @mailshikhmuradov4311 Год назад +7

    Кьехо кьул узун тахта ваъ узун дырнагь олар))

  • @cabirmemmedov1475
    @cabirmemmedov1475 2 года назад +2

    COOX SAQ OL GOZEL SEMIMI CEKILIS ALINIB.

  • @mineadasila
    @mineadasila Год назад +3

    Kəlbəcərdə Basarkecərdə bunnanda yüksəklikdə kənd var burda qar görsənmir ancax orda qar qalardı

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Год назад +8

      Kəlbəcər kiçik Qafqaz dagalridir. Azərbaycanda ən yuksəkliklər böyük Qafqaz daglarindadir . Quba və Qusarda

  • @ФерманТалыбов
    @ФерманТалыбов 5 месяцев назад +2

    👍👍👍👍👍

  • @BehramXidirov-l2e
    @BehramXidirov-l2e 7 месяцев назад +3

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ZunZun-o9f
    @ZunZun-o9f 9 месяцев назад +5

    Атам Лезгиди, фехр эдирем...

  • @AZRQASIMLI
    @AZRQASIMLI 10 месяцев назад +4

    Uzun dırnaqdı bala

  • @BehramXidirov-l2e
    @BehramXidirov-l2e 7 месяцев назад +3

    Чан Зи Хейи Ватан Йейлах Гьикьон Иер Ако Да Вун

  • @chiglegar6152
    @chiglegar6152 Год назад +2

    Chivachir zaz chaz ixhtin, Yargii Kek(Yergii Kek-ana luhunin jyure) tlvar alay khyur avaydi.
    Avachni sa kas dided chlalal kxhiday,luhuday a xyuryukay?

    • @elmar-ub1xe
      @elmar-ub1xe 10 месяцев назад

      Ваз вуч лагьана канзава я стха дидед чlалал

    • @chiglegar6152
      @chiglegar6152 10 месяцев назад

      Saklani. Am lap xisan lezgi tlvar ya. Zaz chizvachir chaz axhtin xyur avaydi. Meharam-kent,Uruj-ba(uba) ,haklni masabur. Bes ibur chi xyureriz ganvay lezgi tlvarar yani?
      Yargii Kek lap vijevay lezgi tlvar ya. Axhtin xyur avaydi chizvachir.Gila chir xhana.

    • @elmar-ub1xe
      @elmar-ub1xe 10 месяцев назад

      А хуьр Стlура ава ваз чидатlа

    • @elmar-ub1xe
      @elmar-ub1xe 10 месяцев назад

      Вун гьина я

    • @chiglegar6152
      @chiglegar6152 10 месяцев назад

      Boston, USA

  • @Usere58
    @Usere58 11 месяцев назад +3

    Sakinlərin kəndləri tərk etmələri yaxşı hal deyil, millət dağılışır, kəndlər boşalır, adət-ənənələri itir ləzgi milləti başqa millətlərin arasında itir-batır, çox təəssüf.

  • @mailshikhmuradov4311
    @mailshikhmuradov4311 Год назад +4

    Yerği kek
    Йергъи кек

  • @rasuldondorov5021
    @rasuldondorov5021 2 года назад +2

    Yergi kek uzun dirnaq demekdi

  • @hamzaaslan5960
    @hamzaaslan5960 Год назад +3

    Dədənizdən gətirməmisiz Ləzəni adnı düzgün deyin min illiklərin adı Lazadır hamsını çuşka çapaşlar əəəəə əəəəə bu əəəə əəəələr ərəb dialektidir

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Год назад +3

      Bərəkallah. Tanimadiginiz adama müraciətinizdən heç də mədəniyyətli biri kimi gorunmürsüz. Mən ona görə Ləzə deyirəm ki, Azərbaycanda bütün rəsmi mənbələrdə kəndin adı elə yazilir. Məsələn: "Prezident İlham Əliyev Qusar-Ləzə avtomobil yolunun açılışında iştirak etmişdir". Mən də rəsmi necə adlanır elə deyirəm.

    • @hamzaaslan5960
      @hamzaaslan5960 Год назад +2

      @@mrelxanyusifli bilirim məyər sizdə ilham aliyev kimi kökü soyu ərəb yezid köklüsüz? Hamı bilirki tarixi Alban torpaqları ərək kürd işgalındadır
      İlham aliyev bu torpaqa adiyatı yoxdur o bu vətəndən deyil atası ermənistandan gəlmədir ermənistanada irakdan gəlnədilər yezdi kürddülər kürdlərdə qaraçılar gedir
      Türk jurnalistinin evlaxda siqanların yaşadıgı verlişə bax siqanlar deyirki biz kürdük siqanıg ilham aliyev bizə vətandaşlıg verib hətta hakimyət özü təsdiq edirki 300 000 rəsmi qaraçılara vətandaşlıg verib kürdlərə çünki öz millətidir
      Sizdə əyər mənlik qeyret varsa haqqılə danış

    • @mrelxanyusifli
      @mrelxanyusifli  Год назад +2

      @@XANKƏNDİ-s5k üzrlü sayın amma bu şərhinizi anlamadım. Bu videoya aidiyyatı var, yoxsa başqa məsələdir?

    • @hamzaaslan5960
      @hamzaaslan5960 Год назад +1

      @@XANKƏNDİ-s5k xanım təşəkkürlər 🤝

    • @hamzaaslan5960
      @hamzaaslan5960 Год назад +3

      @@XANKƏNDİ-s5k bizi həmdə Türkiyədə Türküdə Lazıda Allahın lənətlədiyi yezid tayfasna qoşurlar Allahsızlaşdırırlar ərəb yəgudi qarışıgı olan şeytandoganın arvadı minə Türkləridə Türkiyıdə etnik təmizləmə edir

  • @kamilkerimov1111
    @kamilkerimov1111 10 месяцев назад +2

    Шингаев ширхан ширхан оглы меним эскер йолдаш опуб AHHM_De служит илейиб

  • @КабетСафаров
    @КабетСафаров 3 месяца назад +2

    Лезгилер анжаг йуксекликлерде чохалырлар ве инкишаф едирлер.
    Онлара маниелик яратмайыныз!

  • @КабетСафаров
    @КабетСафаров 3 месяца назад +1

    Узун тахта йох Узун дырнаг демекдир.