Ayaq şəkilləndirmə əməliyyatı - Estetik və Plastik Cərrahı Uzm.Dr. Tale Nemətzadə

Поделиться
HTML-код
  • Опубликовано: 10 май 2020
  • Ayaq əyriliyi problemini plastik cərrahiyyə ilə aradan qaldırmaq mümkündür. Bəs bu necə və hansı səbəbdən həyata keçirilir?
    Hospitalımızın estetik və plastik cərrahı Uzm.Dr. Tale Nemətzadə "Ayaq şəkilləndirmə əməliyyatı" haqqında danışıb. İzləməyi unutmayın.
    •1117
    •(012) 599 11 17
    •(050) 299 11 17
    Ünvan Ak. Həsən Əliyev küçəsi, 38
    Əslində, bu əməliyyat sıx-sıx etdiyimiz, amma çox da bilgi verilməyən bir əməliyyatdır. Ayaq əyriliyinin düzəldilməsi əməliyyatıdır. Siz də bilirsiniz ki, Ayaq əyriliyi 2 cür ola bilir: Bir həqiqi əyrilik, bir də yalançı əyrilik dediyimiz bir durum. Həqiqi əyrilik budur: Əgər, doğurdan da, sümük quruluşunda bir əyrilik varsa, ayaqda, yəni sümükdə bir əyrilik varsa, bu, həqiqi əyrilikdir. Yəni anotomik olaraq əyri bir ayaq. Bir də yalançı əyrilik var. Yəni sümükdə bir əyrilik olmadığı halda bir tərəfdə, məsələn, əzələ inkişafında bir narahatlıq ola bilər və ya hər hansı bir assimetriya ola bilər. Sümük düz olduğu halda ayaq əyri görünür. Yəni ayaqların iç tərəfi, dizaltı iç tərəfləri boşdursa, o da əyri görünər. Ona biz yalançı əyrilik deyirik.
    Əslində, həqiqi əyriliklə yalançı əyriliyin müalicəsi bir-birindən fərqlidir. Həqiqi əyrilikdə sümüyü düzəltmək istəyərsiniz. Təbii ki, daha fərqli prosedurları var. Sümük üçün olan düzəltmə əməliyyatları. Amma bir çox pasiyent həqiqi əyrilik olduğu halda bu əməliyyatı istəmir. Çünki çox qəliz bir əməliyyatdır, xəstəxanada uzun müddət yatırsınız, sümüklərinizi sındırıb təkrar şəkil verirlər. Ona görə başqa bir texnika var. Bu ayaq implantıdır. Bu şəkildə bir forması var. Xüsusi bir geli var və xüsusi bir örtüyü var. Biz onu diz altında ayağın iç şəklinə, yəni əzələ olan yerin üstünə qoyuruq. Bu şəkildə dolğunluq həm sümük əyriliyinin üstünü örtür, həm də əzələnin yaratdığı assimetriyanı da düzəldir. Ayaq implantı əməliyyatı çox uzun çəkməz, təxminən 1 saat çəkər. bu əməliyyat. Bu əməliyyatdan sonra pasiyent 1 ay xüsusi bir corab geyinər. Xəstəxanada sadəcə 1 gün qalar. 14 saata qədər ayağa qalxmama müddəti var. 14 saat sonra ayağa qalxıb normal həyatına, normal işinə dönə bilər. Pasiyentlərin qorxuları bu şəkildədir: Yəni bu implantı yerləşdirsək, uzun müddət işə gedə bilməyəcəyikmi, yeriyə bilməyəcəyikmi, dikdaban geyinə bilməyəcəyikmi? Əslində, əməliyyatdan 24 saat sonra bunların hamısı sərbəst ola bilər. Pasiyent üçün çox rahat bir əməliyyatdır. Nəticəsini dərhal göstərir. Yəni bunu qoyduğunuz anda növbəti gün pasiyent ayağa qalxdığı zaman nəticəni görə bilər. Yəni bir implant yerləşdirməklə, əslində, əyri ayaq problemini həll edə bilərsiniz.
    Kecid - əməliyyatdan sonra hansı narahatçılıqlar olur ?
    Əməliyyatdan sonra ola biləcək narahatlıqlar bunlardır: Əslində, nəticədə bir yad cisim qoyulur. Bu yad cisimdir. Əlbəttə, bir neçə gün sizdə kiçik bir diskomfort ola bilər. Gəzintidə belə fərqli bir kiçik bir ağırlıq hiss edə bilərsiniz. Nəticədə bir həcm gəlir. Amma bunlar sadəcə bir neçə günlük olan şeylərdir. Yəni 2-3 gün sonra siz də rahatlıqla alışıb keçmiş həyatınıza dönə bilərsiniz. İndiyə qədər 20-25-ə yaxın bu əməliyyatı etmişik. Ciddi bir narahatlıqla, ciddi bir fəsadla bizə müraciət edən pasiyent olmadı. Əməliyyatdan sonra, bir neçə gün sonra “Gəzərkən biraz qəribə bir şey hiss edirəm” deyən pasiyentlər oldu. Amma 3 gün sonra, 4 gün sonra bunlar tamamilə keçir. Ən gözəl təsiri budur: “Yəni mən ətək geyinə bilmirəm, ayaqlarım əyri görünür. Ya da dar şalvar, dar cins geyinə bilmirəm. Ayaqlarım əyri görünür” deyən pasiyentlər bu əməliyyatdan təxminən 1 həftə sonra çox xoşbəxt şəkildə ətəyini geyinib, dar cinsini geyinib gələ bilər. Heç bir şəkildə bəlli olmur, heç bir şəkildə kənardan anlaşılmır. Gözlə görünən heç bir iz yoxdur. Çünki tamamilə diz qıvrımının içində 1.5 sm-lik bir kəsikdən biz girib o implantı yerləşdiririk. Xaricdə heç bir iz yox. Bu əməliyyatı keçirdiyinizə dair heç bir görüntü yoxdur. Rahatlıqla gəlib bu əməliyyatı ola bilərsiniz.
    Biz normalda 18 yaşdan aşağılara estetik əməliyyat etməyi üstün tutmuruq. Bu 18 yaş qaydası, əslində, bir çox əməliyyat üçün keçərlidir. Yəni sadəcə burun əməliyyatı üçün və ya süd vəzi əməliyyatı üçün deyil, bir sıra əməliyyatlar üçün keçərlidir. 18 yaşda, 19 yaşda bədən aşağı-yuxarı böyüməsini tamamladığı üçün siz rahatlıqla ayaq ölçüsünü alıb implantı yerləşdirə bilərsiniz. Minimum yaş 18, maksimum yaşın isə, əslində, çox bir məhdudiyyəti yoxdur. Amma onsuz bəlli bir yaşda, yaşa qədər bu sizi narahat edə bilər. Bu səbəbdən pasiyent 18 yaşdan böyükdürsə, bu əməliyyat da rahatlıqla edilə bilər. Bu implant da eynilə süd vəzi implantı kimi ömür boyu olacaq şəkildə ayağa yerləşdirilir. Heç bir şəkildə bir dəyişdirmə, oradan yenidən çıxarılıb başqa bir implantla əvəz etmə durumu yoxdur. Bunlar ömür boyu qala bilir. Çox rahatlıqla içərisində öz təbii kapsullarını, öz təbii hissəsini oluşdururlar. Bədəndən özlərini tamamilə izolasiya edirlər.Xüsusi bir hissə oluşdururlar və o hissənin içinə yerləşirlər. Heç bir şəkildə bədənə hər hansı bir təsir etmirlər.

Комментарии • 87

  • @evtortlarbeyleqan9234
    @evtortlarbeyleqan9234 10 месяцев назад +1

    Mende cox isdyerem inşallah para topluyum gelecem bu komplekden qurtulmağa 🤲😔

  • @gulnarkerimova4013
    @gulnarkerimova4013 Год назад

    Menim ayaqları əvvəl düz idi hamilelik zamanı yavaş yavaş sağ ayağım əyilməyə başladı bunun bir müalicəsi varmı pis görünür masajla duzelermi

  • @maismusayev5461
    @maismusayev5461 3 года назад

    Qiyməti çox bahadır həkim?xaiş edirəm cavab yazında mənə xaiş

  • @ayselabbasoffa
    @ayselabbasoffa 2 года назад +1

    Doktor bu ameliyyat olduktan sonra spor yapmak oluyormu ağırlıklarla filan?

  • @rsadhuseynov8338
    @rsadhuseynov8338 4 года назад +1

    bu əməliyyat kişi üçündə ola bilir ? birdə bu əməliyyatı olduqdan sonra, ayağ məşqi etmək, ağırlıq qaldırmaq olar mı ?

  • @fair_enough180
    @fair_enough180 Год назад

    salam ayaqlarimda hecbir eyrilik yoxdur , bud ve asaqi ayaqlarim cox ariqdi ora implant salmaq olar dolqun kok gorsensin deye?

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam, əlbəttə olar. Amma görmək lazımdır.
      (Uzman Dr. Tale Nemətzadə, Estetik və Plastik Cərrah)

  • @selmihuseyinova3767
    @selmihuseyinova3767 2 месяца назад

    Neçə danışa bilərik

  • @gulsumhuseynova8109
    @gulsumhuseynova8109 2 года назад +1

    Doğal əyriliyə görə əməliyyat olduqdan sonra gəzməmə təhlükəsi ola bilər və ya bu əməliyyatdan sonra nə qədər müddət sonra gəzmək olmur çox xahiş edirəm sualıma cvb verin

  • @fatimaaliyeva5624
    @fatimaaliyeva5624 Год назад +1

    Doctor Salam siz ayaq uzatma emelyati edirsini?

  • @efsaneazadova1543
    @efsaneazadova1543 2 года назад +2

    Tamda mənim problemim görəsən çox baha olur

  • @samirsamire3714
    @samirsamire3714 3 года назад

    Salam Aleykum yağla eyriliyi duzetmek necə olur ve qiyməti neqeder?

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur. Estetik və plastik cərrah Dr. Tale Nemətzadəyə müraciət edə bilərsiniz. Tel: 050 531 36 00

    • @heroes.110
      @heroes.110 3 года назад

      @@EgeHospital salam bilmek isderdimki yasti pencelilyin emeliyyati olumu ? Xais edirem cavab yazardiz

  • @marikokoko4537
    @marikokoko4537 2 года назад

    Mənim də əyridi ayaq boyunun uzunluğunu alır əyriliy?

  • @SD_267Sonic_Kenan
    @SD_267Sonic_Kenan Год назад

    Salam Mende isteyirem insalah pulum olar edirerem 😢

  • @aytacismaylova1539
    @aytacismaylova1539 Год назад

    Salam doktor əməliyyatın qiyməti neçəyədir?

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam. Əməliyyat qiyməti müayinə sonrası bəlli olur.
      Uzman Dr Tale Nemətzadənin qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 531 3600.

    • @ssdd6542
      @ssdd6542 Год назад

      ​@@EgeHospitalsalam doktor azərbaycanda olursuz

  • @aidakarimova2871
    @aidakarimova2871 2 года назад +3

    Salam bu ayaq impilatının qiymətini öyrənmək olarmı mümkündüsə ?)

    • @EgeHospital
      @EgeHospital  2 года назад +2

      Salam. Uzman Dr. Tale Nemətzadəyə müraciət edərək daha ətraflı məlumat ala bilərsiniz. Tel: +994 50 531 36 00

    • @samiralxasov9174
      @samiralxasov9174 Год назад

      Bu əməliyyatın qiymətin öyrənən oldu?

  • @jaleaslanova8331
    @jaleaslanova8331 3 года назад

    Salam hekim qiymetini bilmek olarmi baha deyilki?

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur.

    • @user-iv6ez8jd7c
      @user-iv6ez8jd7c 4 месяца назад

      ​@@EgeHospitalwekil nece gonderim baxardiz

  • @maismusayev5461
    @maismusayev5461 3 года назад

    Siz Bakıda olursuzda hə?hansı Xəstəxanada?ünvanınızı deyində xaiş

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      EGE Hospital.
      Akademik Həsən Əliyev küçəsi 38. (1 Saylı ASAN Xidmət yanında yerləşir).
      Tel: 1117, (050) 299 1117

  • @gdhxhxjbfhncnc161
    @gdhxhxjbfhncnc161 3 года назад +1

    Salam. Mən eyribayaglarin problemi yaşayıram. Normalda şalvar yaraşmır xoşuma. Gelmir. ..sizlə. Neçə əlaqə. Saxlamağa. Olar

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam.
      EGE Hospital.
      Akademik Həsən Əliyev küçəsi 38. (1 Saylı ASAN Xidmət yanında yerləşir).
      Tel: 1117, (050) 299 1117

    • @Papatya607
      @Papatya607 Месяц назад

      Salam. Düzəldi ayağlarız məndə elətdirmək istəyirəm

  • @fieryfilmmaker1434
    @fieryfilmmaker1434 Год назад

    Bəs əməliyyatın qiyməti nə qədərdir

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam. Əməliyyat qiymətimüayinə sonrası bəlli olur.
      Estetik və plastik cənrrah Uzman Dr Tale Nemətzadənin qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 531 3600.

  • @kenanhmidov9535
    @kenanhmidov9535 2 года назад +2

    Salam minimum qiymət ne qədər di zəhmət olmasa deyerdiniz

    • @EgeHospital
      @EgeHospital  2 года назад

      Salam. Əməliyyat qiyməti müayinə sonrası bəlli olur.

  • @elxantevekkullu211
    @elxantevekkullu211 9 месяцев назад

    necyedir?

    • @EgeHospital
      @EgeHospital  9 месяцев назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur.
      Estetik və plastik cərrah Uzman Dr Tale Nemətzadənin həkim qənbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 531 3600.

  • @leylaleyli5334
    @leylaleyli5334 3 года назад +4

    MƏNDƏ İSTYREM AYAGLARİMİ QESENG OLSUN DİZDEN AŞAGİ NAZİKDİ DON GEYİNENDE EYBECER QALİR ZƏHLƏM GEDİR

  • @gulsumhuseynova8109
    @gulsumhuseynova8109 2 года назад +3

    Bu əməliyyat oldukdan nakadar süre sonra geze biliyoruz hem bu əməliyyatdan sonra gezmeme gibi bir tehlike varmi

  • @samiremensimova3710
    @samiremensimova3710 2 года назад

    Neçəyədi?

    • @EgeHospital
      @EgeHospital  2 года назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur.

    • @ayselabbasoffa
      @ayselabbasoffa 2 года назад +1

      @@EgeHospital texmini qiymet bari deyin zehmet olmasa

    • @kenanhmidov9535
      @kenanhmidov9535 2 года назад

      @@ayselabbasoffa vallah 😂😂😂😂

  • @gdhxhxjbfhncnc161
    @gdhxhxjbfhncnc161 3 года назад

    Bakıda hansinxesdexanada. İstəyirsiz. Sizlə əlaqə. Saxlayax. Biz. Ünvan. Haradır.

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      EGE Hospital.
      Akademik Həsən Əliyev küçəsi 38. (1 Saylı ASAN Xidmət yanında yerləşir).
      Tel: 1117, (050) 299 1117

    • @user-iv6ez8jd7c
      @user-iv6ez8jd7c 4 месяца назад

      Vatsap qoyun xaiw wekil atim baxin imkansa gelim

  • @YusiF_246
    @YusiF_246 10 месяцев назад

    Mənim problemimdə budu qaynanam eltim lağ edirlər mənə kaşki məndə bu əməliyatı etdirə bilsəm ən nifrət etdiyim yer ayaqlarımdı çunku ayaqlarım çox incə bədənimə uyğun deyil😢😢

    • @sebineheziyeva4374
      @sebineheziyeva4374 7 месяцев назад

      Mən gündəsən topukda problemim var

    • @YusiF_246
      @YusiF_246 7 месяцев назад

      @@sebineheziyeva4374 can

  • @ilkin1897
    @ilkin1897 Год назад

    Əmməliyat Neçə yaşa qədər olunur həkim

    • @EgeHospital
      @EgeHospital  Год назад +1

      Salam. Yaş həddi yoxdur.
      (Uzman Dr. Tale Nemətzadə, Estetik və Plastik Cərrah)

    • @ilkin1897
      @ilkin1897 Год назад

      Yaxşı

    • @ilkin1897
      @ilkin1897 Год назад

      Təşşəkürlər Həkim😊

    • @ilkin1897
      @ilkin1897 Год назад

      @@EgeHospital salam həkim haralasiz hansi xəstəxanada oturursuz Əmməliyatın qiymətini zəhmət olmasa deyərdiz

    • @ilkin1897
      @ilkin1897 Год назад

      @@EgeHospital 100%əmməliyatdığdı

  • @eltonagayev256
    @eltonagayev256 3 года назад

    Qiymeti neceydi emeliyyatin?

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam. Əməliyyat qiyməti həkim müayinəsi sonrası bəlli olur.

    • @zaminqurbanov5377
      @zaminqurbanov5377 Год назад

      @@EgeHospital salam, Bu Hospital hatada yerləşir?

  • @akifmustafayev7375
    @akifmustafayev7375 2 года назад +1

    Hocam bu ameliyyat kac yasa kadar ola bilir

    • @EgeHospital
      @EgeHospital  2 года назад

      Selam, yaş sınırı yok.
      (Estetik və Plastik Cərrah
      Uzman Dr. Tale Nemətzadə)

    • @ssdd6542
      @ssdd6542 Год назад

      ​@@EgeHospital15 beş yaşta əməliyat edirsiz

  • @fieryfilmmaker1434
    @fieryfilmmaker1434 Год назад

    Salam

  • @xanimhuseynoffa1498
    @xanimhuseynoffa1498 3 года назад

    Salam hansi xestexanadi?

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam.
      EGE Hospital
      Ünvan:
      akademik Həsən Əliyev küçəsi 38
      (1 Saylı ASAN Xidmət yanında yerləşir).
      Tel: 1117,
      050 299 1117,
      012 599 1117.

    • @aysu3256
      @aysu3256 3 года назад

      @@EgeHospital salam. Muayine pulludu?

  • @maismusayev5461
    @maismusayev5461 3 года назад

    Mən gəlmək isdəyirəm bu əməliyyatı etmək isdəyirəm.mənə cavab yazında həkim xaiş.

  • @bahrambakhtiyarli1067
    @bahrambakhtiyarli1067 3 года назад

    Qiymet?

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      Salam. Qiymət həkim müayinəsi sonrası bəlli olur.

  • @gdhxhxjbfhncnc161
    @gdhxhxjbfhncnc161 3 года назад

    Bir. Cavab. Verin. Xais

    • @EgeHospital
      @EgeHospital  3 года назад

      EGE Hospital.
      Akademik Həsən Əliyev küçəsi 38. (1 Saylı ASAN Xidmət yanında yerləşir).
      Tel: 1117, (050) 299 1117

  • @bestihesenova9265
    @bestihesenova9265 3 года назад

    Qut

  • @denemehesabi7364
    @denemehesabi7364 4 года назад +1

    Necə yaşa qədər duzəltmək olar?

    • @ceyhunesemedli3054
      @ceyhunesemedli3054 3 года назад

      Yas limiti yoxdur ama 18 dən böyük olmalıdı

    • @denemehesabi7364
      @denemehesabi7364 3 года назад

      Yəni əməliyyatla?

    • @ceyhunesemedli3054
      @ceyhunesemedli3054 3 года назад

      @@denemehesabi7364 əməliyyatlada olur yağ əritmə üsulu ilə yəni əməliyatsız ama əməliyatsız tövsiyə deyil da 8 10 ilə forma itir.

    • @denemehesabi7364
      @denemehesabi7364 3 года назад

      Hm

    • @denemehesabi7364
      @denemehesabi7364 3 года назад

      @@ceyhunesemedli3054 bəs siz nəyi tövsüyə görürsüz?

  • @ssdd6542
    @ssdd6542 Год назад

    Nömrəsin bilən var

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam.
      Uzman Dr Tale Nemətzadənin qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 531 3600.

  • @ssdd6542
    @ssdd6542 Год назад

    Salam sizlə necə əlaqə saxlamağ olar telefon nömrəniz var

    • @EgeHospital
      @EgeHospital  Год назад

      Salam.
      Uzman Dr Tale Nemətzadənin qəbuluna yazılmaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 531 3600.