AZƏRBAYCANIN YEDDİ MÖCÜZƏSİ. ( memarlıq abidələri )

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • İndi isə Azərbaycanın dərin, mənalı və qürur verici keçmişinə qayıdaq.Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur.
    İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir.
    Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilmyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilmişdi

Комментарии • 17

  • @froziono
    @froziono 3 года назад +9

    Salam, mən Azərbaycandaki naməlum və qəribə məxluqlar haqqında araşdırma edirəm. Əgər bilən varsa kömək etsin

    • @HardBrain
      @HardBrain  3 года назад +1

      Salam. Mənədə maraqlıdı. Siz real olan varlıqları nəzərdə tutursunuz, yoxsa mifik?

    • @froziono
      @froziono 3 года назад +2

      @@HardBrain real, qar adamı kimi

  • @anarresidov6633
    @anarresidov6633 Год назад +2

    Davami gelsin

  • @salmansalmanov1787
    @salmansalmanov1787 3 года назад +2

    Ela hazirla ne qeder cox hazirlasan o qeder yaxwi olar cox gozel kanaldi dostlatimda beyenir bele davam ele

  • @ayselabyeva8019
    @ayselabyeva8019 3 года назад +3

    Dordanda cox gozel kanaldi👏🏻 Cox sağolun bu melumatlar ucun🙏🏻

    • @HardBrain
      @HardBrain  3 года назад

      Təşəkkür edirəm!!

  • @azadtagyev6938
    @azadtagyev6938 2 года назад +1

    Təşəkkür

  • @insan8638
    @insan8638 3 года назад +3

    Dəvamı gəlsin

  • @hecelieliyev4965
    @hecelieliyev4965 3 года назад +2

    Davamı gəlsin.

  • @yaradanvar
    @yaradanvar 3 года назад +1

    Super 💓

  • @dontloseyourhope9426
    @dontloseyourhope9426 3 года назад +1

    👍

  • @fatimmmmdov9745
    @fatimmmmdov9745 2 года назад +1

    Həri bizim ölkə özu möcüzədir.

  • @sifirdaningilizceBaku
    @sifirdaningilizceBaku 3 года назад +1

    SALAM dost insan tesekkurler maraqli melumatlariniz ucun ugurlariniz bol olsun👍👍🌏

    • @HardBrain
      @HardBrain  3 года назад +1

      Aleykum salam.Çox sağolun. Təşəkkür edrəm. Çoxdandı belə bir fikrim var. İstəyirəm ki, sizinlə bir yerdə video hazırlayım. Məsələn İngilis dili və ya ingilis dili tarixinin 5 ən maraqlı faktı. Nəsə belə bir şey. Əgər maraqlı olsa ssenari yazaram, sizə göndərərəm. Sizdə öz fikirlərinizi elavə edib mənə göndərərsəniz.Video hazır olanda mən öz kanalımda sizdə öz kanalınızda paylaşarsınız. Səsləndirmənidə müəyyən yerlərini siz, müəyyən yerlərini mən səsləndirərərm. Əgər lazım olsa, səsidə yazıb mənə göndərərsiniz, mən montaj edərəm

  • @arzumustafayeva4157
    @arzumustafayeva4157 Год назад +1

    Salam,sizə çox minəttədarlıqımı bildirirəm.Cox xahiş edərdim ki Şəkinin özundə və kəndlərində yerləşən bütün qədim tarixi abidələr haqqında məlumatlar verərdiz.İnv. nöməsi olanlar haqqında zəhmət olmasa.cox məmun olardıq.

  • @sahilhaciyev3640
    @sahilhaciyev3640 3 года назад

    Adamsın abi D E V A M