Rasim Ismayiloglu
Rasim Ismayiloglu
  • Видео 74
  • Просмотров 166 663

Видео

MADDƏ 72. NƏQLİYYAT VASİTƏLƏRİNİN TANINMA NİŞANLARI
Просмотров 94Месяц назад
MADDƏ 72 NƏQLİYYAT VASİTƏLƏRİNİN TANINMA NİŞANLARI
Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması. II hissə
Просмотров 692 месяца назад
Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınmasıII hissə
Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması. I hissə
Просмотров 1073 месяца назад
Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması I hissə
Yaşayış zonalarında hərəkət. Maddə 45
Просмотров 1314 месяца назад
Yaşayış zonalarında hərəkət. Maddə 45
Yüklərin daşınması II Hissə
Просмотров 1705 месяцев назад
Yüklərin daşınması II Hissə
Yüklərin daşınması I Hissə
Просмотров 2617 месяцев назад
Yüklərin daşınması I Hissə
Adamların daşınması II hissə
Просмотров 2839 месяцев назад
Adamların daşınması II hissə
Adamların daşınması I hissə
Просмотров 45610 месяцев назад
Adamların daşınması I hissə
Uşaqların qrupla daşınması
Просмотров 16810 месяцев назад
Uşaqların qrupla daşınması
Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması
Просмотров 529Год назад
Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması Maddə 54
Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi
Просмотров 627Год назад
Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri Maddə 74. Xüsusi siqnalların tətbiqi
Mopedlərin hərəkətlərinə dair tələblər. IV Hissə
Просмотров 217Год назад
Mopedlərin hərəkətlərinə dair tələblər IV Hissə
Ötməyə dair test
Просмотров 200Год назад
Ötməyə dair test
Avtomagistrallarda hərəkət II Hissə
Просмотров 429Год назад
Avtomagistrallarda hərəkət II Hissə
Avtomagistrallarda hərəkət I Hissə
Просмотров 614Год назад
Avtomagistrallarda hərəkət I Hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. III Hissə
Просмотров 169Год назад
Mopedlərin hərəkətlərinə dair tələblər. III Hissə
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri II hissə
Просмотров 334Год назад
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri II hissə
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri I hissə
Просмотров 220Год назад
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri I hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. II Hissə
Просмотров 241Год назад
Mopedlərin hərəkətlərinə dair tələblər. II Hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Просмотров 235Год назад
Mopedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Maddə 46. Mopedlərin, velosipedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Просмотров 313Год назад
Maddə 46. Mopedlərin, velosipedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Hərəkətə başlama, manevr etmə. IV Hissə
Просмотров 372Год назад
Hərəkətə başlama, manevr etmə. IV Hissə
Hərəkətə başlama, manevr etmə. III Hissə
Просмотров 4542 года назад
Hərəkətə başlama, manevr etmə. III Hissə
2023 Yeni il təbriki
Просмотров 892 года назад
2023 Yeni il təbriki
Hərəkətə başlama, manevr etmə. II Hissə
Просмотров 7442 года назад
Hərəkətə başlama, manevr etmə. II Hissə
Hərəkətə başlama, manevr etmə. I Hissə
Просмотров 1,1 тыс.2 года назад
Hərəkətə başlama, manevr etmə. I Hissə
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. II Hissə
Просмотров 7712 года назад
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. II Hissə
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. I Hissə
Просмотров 1,2 тыс.2 года назад
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. I Hissə
Sürücülük vəsiqəsinin kateqoriyaları test 4
Просмотров 5302 года назад
Sürücülük vəsiqəsinin kateqoriyaları test 4

Комментарии

  • @gulnarislaml7613
    @gulnarislaml7613 7 дней назад

    👍

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 дней назад

      Zəhmətimi qiymətləndirdiyiniz üçün çox sağ olun.

  • @gulnarislaml7613
    @gulnarislaml7613 10 дней назад

    Həqiqi çox gözəl izahlar verilir,bəs bloq yazılarını harda əldə etmək olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 10 дней назад

      Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Bloq yazılarımı oxumaq üçün Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2020/ yazıb axtarış verirsiniz. 2020-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Sonra Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2021/ yazıb axtarış verirsiniz. 2021-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Sonra yenə də rasimismayiloglu.wordpress.com/2022/ yazıb axtarış verirsiniz. 2022-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Hər hansı mövzunu oxuyub qurtardıqdan sonda “oxumağa davam et”, “öncəki yazı”, “sonrakı yazı” sözləri çıxır.Bu qayda ilə bloqumda olan maddələr haqda izahları oxuya bilərsiniz

  • @gulnarislaml7613
    @gulnarislaml7613 11 дней назад

    👍👍👍

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 10 дней назад

      Zəhmətimə dəyər verdiyiniz üçün çox sağ olun. Əgər imtahana hazırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazılarını da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur.

  • @aidga_zadeh8429
    @aidga_zadeh8429 23 дня назад

    Çox təşəkkür edirəm Dəyərli videolarınız üçün.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 22 дня назад

      Əksəriyyətdən fərqli olaraq zəhmətimi dəyərləndirdiyinizə görə mən də Sizə təşəkkür edirəm. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @AQasmov
    @AQasmov 25 дней назад

    Salam Rasim məllim necəsiz?. bir sualım daha var sizə. Yevlax rayonu yolunda belə bir halla üzləşdim. yaşayış məntəqəsinin başlanması nişanı quraşdırılıb ağ fonlu, bir az getdikdən sonra göy fonlu nişanı görürük (yaşayış məntəqəsinin başlanğıcı nişanı). bir az getdikdən sonra yaşayış məntəqəsinin qurtaracağı nişanı ağ fonlu . belə ola bilər yəni.öncədən təşəkkürlər

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 18 дней назад

      İlk öncə onu qeyd edim ki, ağ və ya göy fonlu “Yaşayış məntəqəsinin başlanğıcı” və “Yaşayış məntəqəsinin qurtaracağı” nişanlarının vurulması qaydasını ətraflı şəkildə “rasimismayiloglu.wordpress.com” bloq yazımda izah etmişəm. Bloq yazımın rekvizitləri hər bir videonun sonunda göstərilir. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. İndi Sizin sualınızı cavablandırım. Əvvəlcə onu bildirim ki, görmədiyim yol haqqında fikir bildirmək düz deyil. Mən qanunu izah edim özünüz nəticə çıxarın. Magistral yol (məsələn, Bakı-Gəncə yolu) hər hansı yaşayış məntəqəsinə (şəhər, qəsəbə, kənd) daxil olduqda və ya yaşayış məntəqəsinin içərisindən keçib davam etdikdə oradakı digər nəqliyyatlar və piyadalar üçün sıxlıq və maneə yarandığından bu yaşayış məntəqəsinin başlanğıcında ağ fonlu 5.22 “Yaşayış məntəqəsinin başlanğıcı” nişanı vurulur və yaşayış məntəqələrində qüvvədə olan yol hərəkət qaydalarının (maksimum 60 km/saat, səs siqnalı vermək qadağandır, yolun sol tərəfində dayanma və durmağa icazə verilməsi və s.) qüvvəyə mindiyini bildirir. Bu yaşayış məntəqəsindən çıxdıqda ağ fonlu 5.23 “5.22 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı” nişanı vurulur və bu yaşayış məntəqəsinin qurtardığını və vurulduğu yolda nişandan sonra yaşayış məntəqələrinə aid yol hərəkət qaydalarının qüvvədən düşdüyünü bildirir. Göy fonlu 5.24 Yaşayış məntəqəsinin başlanğıcı nişanı elə magistral yollarda vurulur ki, yaşayış məntəqəsi yolun bir tərəfində qalır və magistral yolla hərəkət edən nəqliyyatların yaşayış məntəqəsindəki nəqliyyatlara və piyadalara maneçiliyi olmur və yaşayış məntəqələrində qüvvədə olan yol hərəkət qaydalarının yolun bu hissəsində qüvvədə olmadığını bildirir. Deməli, eyni yaşayış məntəqəsinin adı magistral yol yaşayış məntəqəsinin içərisinə daxil olub davam etdikdə ağ, yanından keçən hissəsində isə göy fonlu ola bilər. Göy fonlu 5.25 ”5.24 yol nişanı ilə işarə edilmiş yaşayış məntəqəsinin qurtaracağı”nişanı yaşayış məntəqələrinə aid yol hərəkət qaydalarının magistral yolun bu hissəsində qüvvədə olmadığını bildirən yaşayış məntəqəsinin qurtaracağını bildirir. Belə hallarda yaxşı olar ki,Siz Facebook-da təcrübəli hüquqşünas Ərşad Hüseynovun apardığı “Düzgün hərəkət” verilişinə bu sualı ünvanlayasınız. Verişiş hər həftənin 5 günü saat 17.00-dan 20.00-dək olur. O həm Bakının, həm də magistral yolları yaxşı tanıyır. Eyni zamanda avtomobilinizə vidoqeydiyyat cihazını quraşdırın ki, belə halda sübutunuz olsun.

  • @aidga_zadeh8429
    @aidga_zadeh8429 27 дней назад

    Çox sağ olun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 22 дня назад

      Əksəriyyətdən fərqli olaraq zəhmətimi dəyərləndirdiyinizə görə Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @NihatAbdullayev-i2k
    @NihatAbdullayev-i2k Месяц назад

    Rəydə Rasim müəllimə sual verirlərki dərs keçirsiz? Deyir yox mənim məqsədim pul qazanmağ deyil belə videolar ilə insanları maarifləndirməkdir .İndi ki dövrdə sizin kimi insanları gündüz vaxtı fanarla axtarırığ.Biz sizdən çox razıyıq Allahda sizdən razı olsun inşallah 🤲

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Месяц назад

      Əksəriyyətdən fərqli olaraq zəhmətimə dəyər verdiyinizə görə Allah sizdən də razı olsun

  • @xayalabendiyeva
    @xayalabendiyeva 2 месяца назад

    Allah can sagligi versin

  • @yusif93
    @yusif93 2 месяца назад

    Size cooox tesekkur edirem dersleriniz mene cox komek olur sizde xais edirem inzibati xetalar haqqinda da video cekesiz bu haqda hec yoxdu etrafli video ve cox cetin movzudu mene gore

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 месяца назад

      Zəhmətimə qiymət verdiyiniz üçün mən də Sizə təşəkkür edirəm. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir. İnzibati xətalar haqda video çəkməyə ehtiyac yoxdur. İnternetdə E-QANUN yazırsınız. Çıxan səhifənin aşağı hissəsində İnzibati Xətalar Məcəlləsi çıxır. Bu məcəlləni vurursunuz açılır. 16, 29, 30-cu fəsli oxuyursunuz. Sürücülərə lazım olan ancaq bu fəsillərdir. Bu fəsillərdə hər qayda yazılıb.

  • @musiqimullimi1071
    @musiqimullimi1071 3 месяца назад

    Allah razı olsun 😊

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 месяца назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Allah sizdən də razı olsun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @MemmedeliyevResad
    @MemmedeliyevResad 3 месяца назад

    Salam.1 ZOLAQDA HEM MASIN HEM MOTOSIKLET HEREKET EDE BILER? YENI ZOLAQDA 2 NEQLIYYAT

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 месяца назад

      İlk öncə onu qeyd edim ki, Azərbaycanda qüvvədə olan “Yol hərəkəti haqqında” qanun çox qüsurludur. Eyni zolaqda avtomobillə yan qoşqusuz motosiklin hərəkətini qadağan edən elə bir maddə yoxdur. Hərəkət hissəsində yerləşməyə aid ancaq bu maddələr var: Maddə 1.15 Hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; Maddə 50.III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi Bu maddəni də tam oxuyun. Eyni zolaqda avtomobillə yan qoşqusuz motosiklin hərəkəti təhlkəlidir. Bəzən qanundan başqa yol patrul xidməti əməkdaşlarına müəyyən təlimatlar da verilir. Ona görə də yaxşı olar ki,Siz Facebook-da təcrübəli hüquqşünas Ərşad Hüseynovun apardığı “Düzgün hərəkət” verilişinə bu sualı ünvanlayasınız. Veriliş hər həftənin 5 günü saat 17.00-dan 20.00-dək olur.

  • @samiehed
    @samiehed 3 месяца назад

    Salam.3.19 nişanı bütün yol ayrıcına aid olduğunu deyirsiz. Bəs harda qüvvədən düşür

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 месяца назад

      Nişan bütün yolayrıcına aid olur. Yəni, kəsişən yolda ayırıcı zolaq olsa da nişan yolayrıcındakı hər iki kəsişməyə aid olur və hər iki kəsişmədən geriyə dönməyi qadağan edir. Nişan yalnız vurulduğu yolayrıcına aid olur. Yolayrıcını keçib getdikdən sonra nişan qüvvəsini itirir. Sizə də məsləhətim odur ki, ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxuyasınız. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. . Bloq yazılarımı aşağıdakı linklərdən istifadə edərək oxuya bilərsiniz: rasimismayiloglu.wordpress.com/2020/ rasimismayiloglu.wordpress.com/2021/ rasimismayiloglu.wordpress.com/2022/ rasimismayiloglu.wordpress.com/2023/ rasimismayiloglu.wordpress.com/2024

  • @AQasmov
    @AQasmov 4 месяца назад

    Salam Rasim müəllim bir sualım var xaiş edirəm vaxtınız olsa aydınlıq gətirəsiniz.eyni istiqamətli yolda zolağı dəyişib, yenidən əvvəlki zolağa qayıtmasan ötmə sayılmır? təşəkkür edirəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 месяца назад

      Qanunda ötmə anlayışının izahı verilib. Maddə 1.39 Ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Yolda hərəkətin ikitərəfli və ya birtərəfli, yəni Sizin yazdığınız kimi eyni istiqamətli yol olmasından asılı olmayaraq sadə dildə ötməni izah edim. İki avtomobil eyni zolaqda biri digərinin ardınca hərəkət edərkən arxadakı avtomobil daha sürətli hərəkət etmək üçün sol zolağa keçib qarşıdakı avtomobili ötüb öz zolağına qayıdırsa bu əməliyyat ötmə adlanır. Sizin verdiyiniz sualdakı zolağı dəyişib qonşu zolaqla daha sürətlə hərəkət edirsinizsə bu ötmə deyil, zolaq dəyişmə əməliyyatı hesab edilir. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 месяца назад

      Mən keçən dəfəki cavabımda Sizə yazmışdımki, əgər əvvəlki zolağa qayıtmırsınızsa ötmə sayılmır.Bu həqiqətən də belədir. Bütün dövlətlərdə, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Latviya və digər dövlətlərin qanununda da belədir. Lakin, bizdə ötmə anlayışı qeyri-dəqiq yazıldığından bu manevri hər cür yozmaq olar. Ona görə də ötmənin qadağan edildiyi yerlərdə bu manevri edib YPX ilə mübahisəyə girişməyin.Sonda Sizi haqsız çıxaracaqlar. Ötmə anlayışı qeyri-dəqiq yazıldığından heç nə sübut edə bilməyəcəksiniz.

    • @AQasmov
      @AQasmov 4 месяца назад

      @@RasimIsmayiloglu çox təşəkkür edirəm, Allah sizə ömür versin. Vaxt ayırıb cavab verirsiniz.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 месяца назад

      Əgər rusca bilirsənsə bu dövlətlərdə olan ötmə anlayışını oxu. Bilmirsənsə rus dilini bilən adama tərcümə etdir. ПДД Российской Федерации "Обгон" - опережение одного или нескольких транспортных средств, связанное с выездом на полосу (сторону проезжей части), предназначенную для встречного движения, и последующим возвращением на ранее занимаемую полосу (сторону проезжей части). ПДД Украины Обгон - опережение одного или нескольких транспортных средств, связанное с выездом на полосу встречного движения; ПДД Грузии «Обгон» - опережение одного или нескольких движущихся впереди в попутном направлении транспортных средств путем выезда из занимаемой полосы с возвращением на ту же полосу. ПДД Латвии Обгон - опережение одного или нескольких транспортных средств с выездом на полосу (сторону проезжей части) встречного движения и последующим возвращением на ранее занимаемую полосу (сторону проезжей части). Yalnız bizdə fərqli qarışıq anlayış verilib.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 месяца назад

      Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @gunelbabazade3552
    @gunelbabazade3552 5 месяцев назад

    Toyota camry’de 3 sernişin daşıya bildik 75 kqdan ve geride 25 kq qaldı 25 kqdan çox olmayan biri mine biler mi ya da 12yaşına çatmamış bi uşaq?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Toyota Camry minik avtomobilinin icazə verilən maksimum kütləsi 2100 kq-dır.Təchiz olunmuş vəziyyətdə isə kütləsi 1570 kq-dır. 2100 kq-dan 1570 kq-ı çıxsaq 530 kq alınır. Avtomobilə götürdüyünüz yükdən asılı olaraq sərnişin sayı dəyişir. Əsas şərt odur ki, ikisinin çəkisi 530 kq-keçməsin. Yəni, 75 kq-dan 4 sərnişin =300 kq və 1 uşağın çəkisi 30 kq olarsa cəmi 330 kq olduğundan maksimum 200 kq yük götürə bilərsiniz.İkisinin cəmi 530 kq olur. RUclips-də vaxt və imkanlar məhdud olduğundan adamların daşınmasına aid bloq yazısında bu barədə ətraflı yazmışam. Bloq yazılarımı aşağıdakı linklərdən istifadə edərək oxuya bilərsiniz: rasimismayiloglu.wordpress.com/2020/ rasimismayiloglu.wordpress.com/2021/ rasimismayiloglu.wordpress.com/2022/ rasimismayiloglu.wordpress.com/2023/ rasimismayiloglu.wordpress.com/2024

  • @thekingsacrifice
    @thekingsacrifice 5 месяцев назад

    Salam, sizlə necə əlaqə saxlamaq olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Mən telefon nömrəsi verə bilmərəm. Çünki, məni işləməyə qoymurlar. Sualınız varsa yazın cavablandırım.

    • @thekingsacrifice
      @thekingsacrifice 5 месяцев назад

      @@RasimIsmayiloglu Bir tətbiqde sizin saytınızdan olan məlumatlardan, şəkillərdən istifadə etmişəm, mənbələr bölməsində saytı qeyd elemişəm, icazəniz var?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 месяца назад

      Məlumatları,şəkilləri götürdüyünüz mənbəni tətbiqdə qeyd etmisinizsə icazə olar

    • @thekingsacrifice
      @thekingsacrifice 4 месяца назад

      @@RasimIsmayiloglu Tetbiqden menbeler bolmesinde, sizin adinizi, sayti, youtube kanalinizi bele qeyd etmisem

  • @BehruzAze
    @BehruzAze 5 месяцев назад

    Salam müəllim. Avtomagistiralda arxaarxaya hərəkət körpünün altıyla keçən. Cərməsi varmı?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Salam müəllim. Avtomagistiralda arxaarxaya hərəkət körpünün altıyla keçən. Cərməsi varmı? Yəqin ki, Siz arxaarxaya yazdıqda geriyə hərəkəti nəzərdə tutursunuz. “Yol hərəkəti haqqında” Qanun Maddə 43.II.5. Avtomagistrallarda geriyə hərəkət etmək qadağandır. Yəni, avtomagistralın başlanğıcından sonunaa qədər geriyə hərəkət etmək qadağandır. İstənilən qadağaya əməl etmədikdə cəriməsi var. E.QANUN saytını açırsınız orada 29 və 30-cu fəsil yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqındadır. İnzibati Xətalar Məcəlləsi Maddə 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - yüz manat məbləğində cərimə edilir.

    • @BehruzAze
      @BehruzAze 5 месяцев назад

      @@RasimIsmayiloglu Təşəkkürlər. Avto magistiralda gedərkən yolun üzərində körpü var idi. Körpüyə çatmamış sağa dönüşdən dönmək əvəzinə körpünün aşağsınan keçib 2 ci dönüşə girdim. Səhv olduğunu anladım 150 metir geriyə hərəkət etdim. Qayı saxladı. 327.1 yəni 40 manat yazdı. Bu doğrudur?Qərarı şikayət etmək olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Mən dəqiq tanımadığım yer haqqında heç nə deyə bilmərəm.Əgər Sizin dediyiniz kimi avtomagistralda geriyə hərəkət etmisinizsə YPX inspektoru Sizi 100 manat cərimə etməli idi. Bütün halda geriyə hərəkət etmisinizsə düzgün cərimə olunmusunuz.

  • @nurengizseferova9853
    @nurengizseferova9853 5 месяцев назад

    🙏🏻🙏🏻🙏🏻

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @Xaotikbutik
    @Xaotikbutik 5 месяцев назад

    Çox sağ olun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @mehcemmehcem8580
    @mehcemmehcem8580 5 месяцев назад

    MasAllah.Cox gözel izah edirsiniz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizə təşəkkür edirəm. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @YunusMecidli
    @YunusMecidli 5 месяцев назад

    Cox gözel izah edirsiz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 5 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @dr_bookk
    @dr_bookk 6 месяцев назад

    Çox sağ olun,var olun müəllim,sizin blog yazılarınızı da oxuyuram,əlasınız👏👏👏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun ,var olun

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    чох саголун Расим Маллим 🙏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Dəyər verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    çox sağolun çox gözəl izzah verirsiniz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    чох саголун Расим Маллим

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    çox sağolun Rasim müəllim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    чох саголун Расим маллим

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    çox sağolun Rasim Müəllim sizin sayənizdə nəsə öyrənirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Ancaq mənə nəsə öyrənirik sözü aydın olmadı. Mövzunu tam öyrənə bilmədiniz?

  • @tugbanadirova1436
    @tugbanadirova1436 6 месяцев назад

    Super dersdi axirki bu movzunu basa dusdum. Hami qarisiq basa dalirdi amma bu dersde duman haqqinda sirf axiracan danismisiz sora kecmisiz qabarite. Yoxsa qarisiq danisirlar adam basa dusmur ne nedi. Super

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün çox sağ olun. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @tugbanadirova1436
    @tugbanadirova1436 6 месяцев назад

    Derse axiracan baxim sora fikrimi yazacam. Cunku evvelden fikrimi yaziram basqa derslerde sora basa dusmurem axiracan baxim. Cunku bu movzuda eziyyet cekirem oyrenib oyrenib gelib catmisam kitabda bu movzuya indi bu isiqlar movzusu mene catmir. Basqa derslerde baxiram evvel deyirem yaxsi serh yaziram sora qarisiq basa salirlar deli oluram

    • @tugbanadirova1436
      @tugbanadirova1436 6 месяцев назад

      Axiracan baxim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Axıracan bax.Sonra xarici işıq siqnalları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir

  • @NubarCfrova-kl8vf
    @NubarCfrova-kl8vf 6 месяцев назад

    Allah ömür versin sizə.Çox sağolun gözəl aydın izahınıza görə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir

    • @NubarCfrova-kl8vf
      @NubarCfrova-kl8vf 6 месяцев назад

      @@RasimIsmayiloglu bloq yazılarınızı da oxuyuram ilk onunla tanış olmuşam elə.Çox sağolun Əziyyətinizi halal edin

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Zəhmətimi öyrənmək həvəsli hər bir şəxsə halal edirəm. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @severmusayeva4534
    @severmusayeva4534 6 месяцев назад

    Çox sağolun müellim. Təşəkkürlər.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @VUSAL_555
    @VUSAL_555 6 месяцев назад

    eyni istiqamətli yolda 1.1duz xəttin tələbin pozmaq qayda pozuntusdur?misalcun koroqlu metrosundan üzü 20yanvara və novbəti sual aeroprt yolunda eyni istiqamətdə qoşa xəttin tələbin pozmaq?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Bütün hallarda 1.3 "Bütöv qoşa xətt"-i kəsib keçmək qadağandır.1.1 "Tək bütöv ağ xətt"-i isə hərəkət hissəsinin kənarını göstərən haldan başqa qalan yerlərdə kəsib keçmək qadağandır.

  • @dr_bookk
    @dr_bookk 6 месяцев назад

    Çox sağ olun,müəllim👏👏videolarınız,izahlarınız əladır,möhtəşəmm🤌🤌😍😍

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimə dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @Goddess20029
    @Goddess20029 6 месяцев назад

    Allah sizdən razı olsun!

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Allah sizdən də razı olsun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @VUSAL_555
    @VUSAL_555 6 месяцев назад

    20:51 saniyede əks olunan şəkildə traktoru ötüb keçmək olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Xeyr. Traktoru ötüb keçmək olmaz. Çünki, ortada 1.1 "Tək bütöv uzununa nişanlama xətti" var ki, onu da basmaq qadağandır. Kiminsə qaydanı pozması Sizə qayda pozmağa haqq vermir.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 6 месяцев назад

    çox sağolun sizin sayənizdə nəsə öyrənə bilirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @VUSAL_555
    @VUSAL_555 6 месяцев назад

    Aeroport yolunda və dərnəgul yolunda çəkilən qoşa xətt səhv etmiremse 1.3nişanlama xəttin istənilən yerdən kəsib kecmək olar?çunki qanunda varki qoşa xətt qarşiliqli hərəkət olan yolllari ayirmaq ücün nəzərdə tutulub ortaya sual çixir bəs neye gore o yolda qoşa xətt var zənnimcə əgər o yollardan birden təmir getsə surucukər alterativ yol kimi həmin yollardan birindən istifadə etsinlər ama yenede siz dəqiq bilərsiz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Mən yaxşı tanımadığım konkret yol sahəsi barədə heç nə deyə bilmərəm.Qaydaya əsasən 1.3 "Qoşa bütöv xətti bütün hallarda basmaq qadağandır" (maddə 69.VII.1). "Yalnız nişanlanma xətti ilə yeri dəyişdirilə bilən müvəqqəti yol nişanının tələbi ziddiyət təşkil edərsə sürücü müvəqqəti yol nişanının tələbinə əməl etməlidir" (maddə 69.VII.5).

    • @VUSAL_555
      @VUSAL_555 6 месяцев назад

      @@RasimIsmayiloglu ruclips.net/video/ysGJIjuVACo/видео.htmlsi=mt3H1TU9kp1LRRu0

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Sizin göndərdiyiniz videoya baxdım. Əslində burada hərəkətin təşkilində olan səhv nəticəsində bu sual yaranır. Çünki, 1.3 "Qoşa bütöv xətt" dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınını ayırır (maddə 69.VI.3). Burada isə eyni istiqamətli nəqliyyat axınını ayırır. Qaydaya əsasən 1.3 "Qoşa bütöv xətti bütün hallarda kəsib keçmək qadağandır" (maddə 69.VII.1). Hərəkətin təşkilindəki səhvə baxmayaraq maddə 69.VII.1-ə əsasən qoşa bütöv xətti kəsib keçmək məsləhət görülmür. Çünki, yol- nəqliyyat hadisəsi olsa qoşa bütöv xətti kəsib keçən təqsirkar hesab olunacaq və məhkəmə hərəkətin təşkilinə cavbdeh şəxslər barədə qərardad çıxaracaq.

  • @sevincmuradova6391
    @sevincmuradova6391 7 месяцев назад

    Çox möhtəşəm izah etdiniz, var olasız🎉

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 месяцев назад

      Dəyərləndirdiyiniz üçün çox sağ olun.

  • @sevincmuradova6391
    @sevincmuradova6391 7 месяцев назад

    Səsiniz var olsun🎉🎉🎉

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d 7 месяцев назад

    Çox sağolun Rasim Əmi sizin sayənizdə nəsə öyrənirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 7 месяцев назад

      Zəhmətimə dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekviz.itləri hər bir videonun sonunda göstərilir

  • @VUSAL_555
    @VUSAL_555 7 месяцев назад

    videonun 17:21-də avtobus zolaqina girib sonra yola cixmali deyillki?təbiki avtobuslara maneə yaratmamaq şərti ilə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 7 месяцев назад

      SiIzin sualın cavabı Maddə 48.IV-də göstərilir. "5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bİlərlər" Yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağın sərhədi yalnız qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrıldıqda digər nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bİlərlər.Bütöv xətlə ayrıldıqda bu zolağa keçmək qadağandır.

  • @severmusayeva4534
    @severmusayeva4534 7 месяцев назад

    Təşəkkürlər müəllim.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 7 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizə də təşəkkürlər. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstəri

  • @seyidgafar3192
    @seyidgafar3192 7 месяцев назад

    Salam Rasim müəllim. Zəhmət olmasa bu sualı cavablandırardız. Stop 2.5 nişanı 1.12 xətti qarşısında 2 avto dayanıb 1-ci hərəkətə başladı və yola düzəldi. Arxadaki onun yerinə keçib 1.12 xəttində yenə dayanıb keçməlidir yoxsa 1-cinin arxasıyca davam etməlidir?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 7 месяцев назад

      2.5 "Dayanmadan keçmək qadağandır" nişanının tələbinə əməl etmək, yəni 1.12 "Stop xəttin" və ya nişanın qarşısında bütün hallarda dayanmadan keçmək qadağandır. Sizin qarşınızdakı avtomobilin dayanmasından asılı olmayaraq Siz də dayanmalısınz. Çünki, o yan yolda digər avtomobilin olmadığını görüb hərəkətə başlasa da, bəlkə o yolayrıcınını keçəndən sonra yan yoldan başqa avtomobil gəlir.

  • @teymurnebiyev5257
    @teymurnebiyev5257 8 месяцев назад

    Salam sizle nece elaqe saxlamaq olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Telefon nömrəsini yazanda mənə işləməyə mane olurlar. Sualınız varsa yazın cavablandırm.

  • @nigarmurtuzayeva6930
    @nigarmurtuzayeva6930 8 месяцев назад

    7.4.1 nishani 3.5 tondan chox olan avtomobillere aiddir?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Yük avtomobilinin şəkil olan 7.4.1 "Nəqliyyat vasitəsinin növü" lovhəciyi quraşdirildiğı nişanın yalnız icazə verilən maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinə şamil olunduöunu bildirir. Azərbaycanda qüvvədə olan "Yol hərəkəti haqqında" Qanun çox qüsurludur. Əlavə məlumat nişanlarına aid 68-ci maddədə bu nişanlar-lövhəciklərin mənası haqda bir kəlmə söz belə yoxdur.Məndə olan məlumata görə hazırda bu qanunun yeni variantı hazırlanır.Yəqin ki, bu çatışmazlıqları nəzərə alarlar. Sonda onu qeyd edim ki, yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

    • @nigarmurtuzayeva6930
      @nigarmurtuzayeva6930 8 месяцев назад

      @@RasimIsmayiloglu teshekkur edirem izahiniz uchun. Men sizin bloq yazilarinizi hemishe oxuyuram. Amma orda da ton meselesi qeyd edilmeyib. Ona gore video uzerinden sorushdum

  • @aytan640
    @aytan640 8 месяцев назад

    Video ucun cox sagolun 🙏Allah razi olsun❤️Offf nece cetindi ne qeder xirdaliq var beynim yanir

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Zəhmətimə dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Allah sizdən də razı olsun. Çətinlikdən də heç vaxt qorxmayın. İnamla məqsədinizə doğru gedin. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @huseynkerimli7182
    @huseynkerimli7182 8 месяцев назад

    Varolasız

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də var olasınz. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də RUclips-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @huseynkerimli7182
    @huseynkerimli7182 8 месяцев назад

    Super, bütün mövzularda videoların olması arzu olunandır və ehtiyac var

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm. Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir. Allah ömür və can sağlığı verdikcə növbə ilə bütün video dərsləri hazırlayıram. Çox vaxt aparan prosesdir. Həm də dəqiq olmalıdır. Minlərlə adam oxuyur. Əsas məqsədlərimdən biri də heç yerə getmədən müstəqil şəkildə hazırlaşanlara kömək etməkdir.

  • @mabudpasayev
    @mabudpasayev 9 месяцев назад

    Salam müəllim. B kateqoriyalı yük avtomobili banında və kabinasında icazə verilən max sayda sərnişinlə yaşayış məntəqəsindən kənar yollarda neçə ilə hərəkət edə bilər?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 9 месяцев назад

      Bu sualınızın cavabı üçün "Adamların daşınması" , "Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi" bloq yazılarını oxuyun. Bu bloq yazılarını oxuduqdan sonra da nəyi isə başa düşməsəniz sual verin.

    • @mabudpasayev
      @mabudpasayev 8 месяцев назад

      @@RasimIsmayiloglu İmtahan sualında B kateqorihalı yük avtomobilinin ban və kabinasında max sayıda( 8 nəfər sərnişinlə) yaşayış məntəqsindən kənarda hansı sürətlə hərəkət edə biıərmi? Mən bu suala 50 km/saat yazdım cavab səhv çıxdı. Onun üçün bu haqqda məlumat almaq istəyirdimki burda hansı sürət olmalıdı. Bloq yazılarınızı oxumuşam. Çox gözəl və aydın şəkildə hər bir şeui aydınlaşdırmısın. Allah razı olsun sizdən. Sadəcə bu sualımın cavabını tam şəkildə tapa bilməmişəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 месяцев назад

      Banında adamlar daşıyan yük avtomobilləri 50 km/saatdan yüksək sürətlə hərəkət etməməlidir qaydası ancaq C və C1 kateqoriyalı yük avtomobillərinə aiddir(maddə 56.I;50.II.5). Ona görədə B kateqoriyalı yük avtomobilini idarə etdikdə yaşayış məntəqəsində kənardakı yollarda (avtomagistrallardan başqa) max 90 km/saat sürətlə hərəkət etmək lazımdır.

  • @mabudpasayev
    @mabudpasayev 9 месяцев назад

    Salam Rasim müəllim. Mən imtahandan iştirak etdim sizin videoların sayədində bir çox sualı foğru cavablandırdım. Ancaq kəsildim. Kəsildiyim sualların cavabları haqqında heç bir yerdə oxumamışdım. Suallardan biri belə idi: 1)qar duman gur yağış ümumilikdə Məhdudiyyətli görmə şəraitində harada ötmək olar? Bu suala cavablarda ayrıcı zolağı olan 2 zolaqlı yolda eyni istiqamətli 2 zolaqlı yoxuşda olan yolda və s. Cavablar var idi. Ancaq bunu səhv etdim. Mümkündürsə bu suala ətraflı cavab verə bilərdiniz? 2ci sual belə idi. B kateqoriyalı yük avtomobilinin banında və kabinasında maksimum sayda sərnişinlə yaşayış məntəqəsində hansı sürətlə hərəkət edə bilər? Əlavə olaraq baş yol və maksimum 90 km saat nişanı qoyulmuşdu.( səhv etmirəmsə sual belə olmalıydı) mən 50 km/saat seçdim səhv çıxdı. Bilmək istəyirdimki b kateqoriyalı yük avtomobili banında adam daşıya bilərmi? Yoxsa burda adam daşımaq üçün b kateqoriyalı xüsusi kiçik avtobusları nəzərdə tuturlar? Bu sualın cavabı mənə qaranlıq qaldı. 3cü sualda belə idi ikinci dərəcəli yolla dairəvi yol ayırıcına daxil olanda nə zaman ötmək olar? Ümumilikdə dairəvi yolayırıcıda ötmək üçün baş yol və ikinci dərəcəli yol ilə daxil omağın hansısa fərqi varmı? 4cü sualda belə idi ki yolda nizamlanmayan piyada keçidindən sonra tıxac var idi. Bu yol yolayırıcıda deyildi adi ayrıcı zolağı olan 4 zolaqlı yol idi. Soruşulurduki piyada keçidindən sonra tıxac var harda dayanmaq lazımdır? 5metr gözləmək lazımdırmı? Yoxsa bir başa piyada keçidinin qarşısında dayanmaq lazımdır? Bu dualların cavabını heç harda tapa bilmədim.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 9 месяцев назад

      Piyada keçidində tıxac olduqda harada dayanmaq lazım gəldiyini "Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması" bloq yazımda oxuya bilərsiniz.

    • @mabudpasayev
      @mabudpasayev 9 месяцев назад

      @@RasimIsmayiloglu zəhmət olmasa linkini paylaşa bilərdiniz?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 9 месяцев назад

      Bu linkdədir:rasimismayiloglu.wordpress.com/2024/ Bu linki bilməməyinizdən aydın olur ki, Siz bloq yazılarını oxumursunuz.

    • @mabudpasayev
      @mabudpasayev 9 месяцев назад

      @@RasimIsmayiloglu Mənim daimi internetim olmadığı üçün sizin videoları yükləyib offline izləyirəm. Bloq yazılarınızda ancaq internrtim olan zaman oxuya bilirəm.

    • @mabudpasayev
      @mabudpasayev 9 месяцев назад

      @@RasimIsmayiloglu Allah razı olsun.