Ali Novruzov
Ali Novruzov
  • Видео 21
  • Просмотров 13 368
Niderlandda təhsil / University of Twente
Salam dostlar😊
Bu görüşümüzün mövzusu isə qonağım Rüfət bəylə Niderlandda təhsil barəsində oldu. Rüfət bəy, Twente Universetində GEO- İnformation Science ixtisası üzrə magistratura dərəcəsi üzrə təhsil almaqdadır. Mövzu ilə əlaqədar suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz.
Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.
Uğurlar🤞🏻
Просмотров: 257

Видео

Belçikada Təhsil / KU Leuven Universiteti
Просмотров 9062 года назад
Salam dostlar Bu videoda qonağım Orxan bəylə birlikdə Belçikada təhsil barəsində söhbət açdıq. Orxan bəy, KU Leuven Universitetində hüquq ixtisası üzrə magistratura dərəcəsi üzrə təhsil almaqdadır. Əgər sizin də təhsillə bağlı suallarınız varsa videonun şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar!
İngiltərədə təhsil / Chevening təqaüdünün qalibi
Просмотров 4512 года назад
Salam dostlar🤩 Bu video İngiltərədə təqüdlü təhsil barəsindədir. Qonağım Sevinc xanım Chevening Təqaüdünün qalibi olaraq York Universitetində magistratura dərəcəsi üzrə təhsil almışdır. Ümid edirəm görüşümüz sizin üçün maraqlı olacaqdır. Mövzu ilə bağlı suallarınız olarsa şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Uğurlar🤞🏻
C.Koreyada Təhsil / GKS Təqaüdünün qalibi
Просмотров 5172 года назад
Salam dostlar😊 Bu videoda siz C.Koreyada təqaüdlü təhsil barəsində məlumat əldə edəcəksiniz. Qonağım Loğman bəy, 2021- ci ildə GKS təqaüdünün qalibi olub və hazırda C.Koreyanın Seul şəhərində yerləşən Koreya Dəniz və Okean Universitetinin “Shipping management” ixtisasında təhsil almaqdadır. Həmçinin onu da qeyd edim ki, Loğman bəy Azərbaycan tarixində Koreyada dənizçilik təhsili alan ilk tələbə...
Avropada PhD təhsili / Müraciət proseduru
Просмотров 6302 года назад
Salam dostlar! Bildiyiniz kimi hazırda doktorantura (PhD) dərəcəsində "Biznesin İdarəolunması" ixtisası üzrə I kursda təhsil alıram. Çalışdığım qədər videoda ümumi müraciət prosedurunu izah etməyə çalışdım. Videoda qeyd etdiyim kimi tədqiqat işimi yazarkən mənə çox faydası olan Emin Valixanov kanalının linki: ruclips.net/user/EminValixanov Əgər sizin də mövzu ilə bağlı suallarınız varsa şərh bö...
Polşada təhsil / Tələbələrin daha çox seçdiyi ölkə #PL
Просмотров 2572 года назад
Salam dostlar! Bu videoda mövzumuz Polşa ilə bağlı idi. Dostum Nəcəf Polşanın paytaxtı Varşava şəhərində yaşayır və eyni zamanda da o hazırda dünyanın məşhur şirkətlərindən biri olan Amazonda çalışır. Nəcəf "Lodz" və "UEHS in Warsaw" universitetlərində qazandığı təcrübələri bizlərlə bölüşdü. Əgər sizin də mövzu ilə bağlı suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı ...
SON video #əlvida2021
Просмотров 2042 года назад
Salam dostlar! Sizləri 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram. Qoy yeni il sizə və ailənizə sevinc və xoşbəxtlik gətirsin. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar!
Avstriyada təhsil / Mərkəzi Avropa Universitetində tələbə olmaq #CEU
Просмотров 5892 года назад
Salam dostlar✋🏻 Bu paylaşımdakı mövzumuz Avstriya ilə bağlı idi. Qonağım İsmayıl bəy, qazandığı təcrübələri bizlərlə bölüşdü. Əgər sizin də bu mövzu ilə bağlı suallarınız varsa videonun şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar😊
Litvada təhsil / Avropada hüquq üzrə ən yaxşı universitetlərdən biri #MRU
Просмотров 5192 года назад
Salam dostlar! Video başlığından da gördüyünüz kimi mövzumuz Litvada təhsillə bağlıdır. Qonağım hazırda Litvanın Vilnüs şəhərində yerləşən "MRU" universitetində təhsil alan Xəyyam bəy idi. Əgər sizin də mövzu ilə bağlı suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar!
Norveçdə təhsil / Necə getmək olar?
Просмотров 3002 года назад
Salam dostlar! Bu video Norveçlə bağlıdır. Artıq 4 ildir ki, Norveçdə yaşayan Naim bəy təcrübələrini bizlərlə bölüşdü. Əgər sizin də bu mövzu ilə bağlı suallarınız varsa videonun şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar!
Avstraliyada təhsil / Fürsətlər
Просмотров 2682 года назад
Salam dostlar! Bu dəfəki görüş Avstraliya ilə bağlı oldu. Qonağım isə hazırda Avstraliyanın Melburn şəhərində yaşayan Kamran idi. Əgər sizin də Avstraliya ilə bağlı suallarınız varsa şərh bölməsinə qeyd edə ilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın) Uğurlar!
İtaliyada təhsil / PhD
Просмотров 2532 года назад
Salam dəyərli izləyicilər! Bu görüşdə mövzumuz İtaliyada təhsil barəsində oldu. Qonağım 5 ildir Bakı Biznes Universitetində müəllim kimi çalışan, eyni zamanda da mənə də dərs deyən və hal hazırda da Erasmus Mundus proqramı ilə İtaliyada təhsil alan Nigar xanım idi. Əgər sizin də İtaliyada təhsillə bağlı suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənmə...
Türkiyədə təhsil / İstanbul Universiteti
Просмотров 3202 года назад
Salam dəyərli izləyicilər😊 Bu videoda Türkiyədə təhsil barəsində məlumat verdik. Ümid edirəm video sizlər üçün də maraqlı olar🙏🏻 Əlavə sualınız olarsa şərh bölməsinə qeyd edə bilərsiniz. Uğurlar! #təqaüd #scholarship #təhsil #bachelor #education #türkiye #turkey #istanbul #study #burslar #yasamak #student
Portuqaliyada təhsil / Erasmus+ study
Просмотров 2412 года назад
Salam dostlar✋🏻 Bu videoda qonağım Emil, Portuqaliyada təhsil barəsində məlumat verdi. Ümid edirəm video sizlərə də maraqlı olar Əlavə suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz. Bəyənməyi, like etməyi və kanala abunə olmağı unutmayın😉 Uğurlar😊 #təqaüd #erasmus #erasmusplus #erasmuslife #erasmusdays #scholarship #portugal #portugalia #lissabon #lisbon #lisboa #təhsil #education #unive...
Estoniyada təhsil / Dora Plus
Просмотров 7802 года назад
Hər kəsə salam✋🏻 Bu videoda dostumuz Sənan, Estoniyada təqaüdlü təhsil barəsində bəzi sualları cavablandırdı.Sənan hazırda Tartu Universitetində magistr dərəcəsi üzrə təhsili almaqdadır. Bu mövzuda əlavə suallarınız olarsa şərh bölməsinə qeyd edə bilərsiniz👍🏻 Uğurlar😊 #estonia #tartu #study #təhsil #doraplus #scholarship #təqaüd
Macarıstanda təhsil / Stipendium Hungaricum
Просмотров 8222 года назад
Macarıstanda təhsil / Stipendium Hungaricum
Erasmus+ nədir? / 3 dəfə proqramın qalibi oldum!
Просмотров 4,4 тыс.4 года назад
Erasmus nədir? / 3 dəfə proqramın qalibi oldum!
Lissabonda son gün
Просмотров 2114 года назад
Lissabonda son gün
Maraqlı Lissabon gəzintisi (02.02.2020)
Просмотров 2524 года назад
Maraqlı Lissabon gəzintisi (02.02.2020)
Avropanın ən qərb ucqar nöqtəsi ROKA burnunda
Просмотров 8924 года назад
Avropanın ən qərb ucqar nöqtəsi ROKA burnunda

Комментарии

  • @ifrosifros9307
    @ifrosifros9307 29 дней назад

    Salam 3 sualim var: 1) eyni vaxtda bir neçə universitetlərə müraciət etmək olar? 2) İnterview online olur yoxsa həmin uniye getmək lazımdı? 3) Təbiət elmləri, ekologiya sahesinde hamsi ölkə unilerime müraciət edib qəbul olmaq daha rahatdi?

    • @alinovruzov6188
      @alinovruzov6188 28 дней назад

      @@ifrosifros9307 Salam 1. Bəli 2. Online 3. Baltikyanı, Polşa daha uyğun olar

    • @ifrosifros9307
      @ifrosifros9307 28 дней назад

      @@alinovruzov6188 çox sağolun ezyet verdim, bir şeydə soruşum, duolingo sertifikati doktorantura üçün IELTS i evez ede biler?

  • @AyselQuliyeva-ee9em
    @AyselQuliyeva-ee9em 2 месяца назад

    Salam ,oxumaq cətin deyilki ? Dərslər cətim gəlirmi yəni kəsr falan ola bilərmi🫠

  • @user-up7ic1bp1g
    @user-up7ic1bp1g 3 месяца назад

    Mənim oğlum da KU Leuven hüquq fakültəsindən qəbul alıb. Hazlrlaşırıq viza üçün.

  • @cooljizn5562
    @cooljizn5562 3 месяца назад

    Salam.Erasmus+ qalibləri bu praqramdan yalniz 1 dəfə istifadə etmirdi?

  • @Soft_Kpop12134
    @Soft_Kpop12134 7 месяцев назад

    Salam. Dil sertifikatı vacibdir? İngilis dili biliyim müəyyən qədər var. Lakin sertifikatım yoxdur. Hələdə yararlanma şansım varmı? Sertifikatım olmadığı halda ingilis dili biliyimin ölçülməsi üçün imtahan verilir?

    • @alinovruzov6188
      @alinovruzov6188 7 месяцев назад

      Salam. Bəli dil sertifikatı olmalıdır. Ya da tədrisiniz eng dilində olmalıdır. Öncədən müsahibə götürülür sizdən

    • @Soft_Kpop12134
      @Soft_Kpop12134 7 месяцев назад

      @@alinovruzov6188 bəs sertifikat üçün hansı kursları tövsiyə edə bilərsiniz? (kursu bitirdikdən sonra sertifikat verən)

  • @dreamscometrue-qk7pb
    @dreamscometrue-qk7pb 10 месяцев назад

    Salam burda hal hazırda unecde təhsil alan tələbə varmı? Erasmusa müraciət etmis yada müraciət etmək fikri olan unec tələbələrindən şəxsən soruşmaq istərdim.

  • @1000VideoPlus
    @1000VideoPlus 10 месяцев назад

    Salam. Erasmusa ancaq əyani oxuyan tələbələr müraciət edə bilər ya qiyabi oxuyanlar da müraciət edə bilər?

  • @ZenureMusayeva-gs8sp
    @ZenureMusayeva-gs8sp 11 месяцев назад

    SALAM WIRKET ISDENILEN WIRKET OLA BILER? TESILNEN BAGLI OLMASA BELE?

  • @gul9652
    @gul9652 11 месяцев назад

    Bakı Dövlət Universitetində Dövlət və ictimai münasibətlər ixtisasının *erasmus* imkanı varmı?

    • @alinovruzov6188
      @alinovruzov6188 11 месяцев назад

      Salam, bu barədə məlumatım yoxdur. Bunu yanlız unidən maraqlana bilərsiniz. Uğurlar

  • @samirsmdli6245
    @samirsmdli6245 Год назад

    Salam unec ə üəbul olmuşam bu il 1 ci kursam noyabırda müraciət edib 2 ci semestrda gede bilərəm? Birdə dilə görə sertifikatım yoxdu ancağ ingilis dilində normal danışa bilirəm.

    • @alinovruzov6188
      @alinovruzov6188 11 месяцев назад

      Salam. Təbriklər🥳 2ci kursda müraciət edib 3cü kursun ilk semestrində təhsil alıb qayıda bilərsiniz. Dil sertifikatı olmalıdır. Əgər tədrisiniz eng dilindədirsə o zaman ehtiyac yoxdur. Uğurlar🤞

  • @minayya19
    @minayya19 Год назад

    Hüquq fakültəsində oxuyanlar erasmus+ a qoşula bilər?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam, bəli müraciət edə bilər

    • @minayya19
      @minayya19 Год назад

      @@alinovruzov6188 çox sağ olun,universitet fərqi var?

    • @minayya19
      @minayya19 Год назад

      @@alinovruzov6188 və bir də neçənci kurs olmaq lazımdır?

  • @sabina.khurbanofha
    @sabina.khurbanofha Год назад

    Salam, Öncəliklə bu cür faydalı video üçün təşəkkür edirəm. sizə bir sualım olacaqdı.Mən hazırda 1.kursu bitirdim və GPA göstəricilərim Erasmusu dəstəkləmir mən 2.kursda nəticələrimi yüksəltsəm (85+) qəbul olmaq şansım var ?? Zəhmət olmasa cavablandırardınız,öncədən təşəkkürlər🫶🏻✨

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Əvvəla xoş sözləriniz üçün təşəkkür edirəm. Mən özüm də bakalavrda təhsil aldığım zaman 2ci kursda Erasmusa müraciət etmişdim. Yəni şansınız var. Uğurlar☺

    • @sabina.khurbanofha
      @sabina.khurbanofha Год назад

      @@alinovruzov6188 çox sağ olun ✨☺️

  • @user-wy2xh7hx7m
    @user-wy2xh7hx7m Год назад

    Salam,ixtisası ingilis dilində oxuyuramsa,yenə də dil sertifikatı lazımdır?dil sertifikatı dedikdə ielts nəzərdə tutulut?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Bir çox hallarda gərək duyulmur. Bəli ielts və ya digər beynəlxalq dil sertifikatı. Dediyim kimi bunu təhsil aldığınız uni ile deqiqlesdirmelisiz. Uğurlar☺

  • @everyone.is.perfect
    @everyone.is.perfect Год назад

    Bəs erasmusa müraciət edərkən ingilis dili üçün imtahan verilirmi? Ümumiyyətlə erasmus üçün imtahan verilir mi?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Müraciət edəndə iki şərt qoyulmuşdu ya eng dilinde təhsil almalısız hazırda ya da ki beynəlxalq dil sertifikatınız olmalıdır. Bəli qəbul olduqdan sonra getmədən imtahan verirsiz. Bu imtahan o qədər də çətin olmur. Uğurlar🙂

  • @peter3051
    @peter3051 Год назад

    unecde oxyram 80 ortalama ile non-erasmusa müraciet ede bilerem? tovsiyye edirsen?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Bəli tövsiyyə edirəm. Əgər mümkündürsə mütləq sınamalısınız. Uğurlar🙂

    • @dreamscometrue-qk7pb
      @dreamscometrue-qk7pb 10 месяцев назад

      Salam bilmirsiz unecde Erasmus üçün bank hesabında vəsait olmalıdır?

  • @pg1635
    @pg1635 Год назад

    Salam , magistr 1 ci kurs bitirib getmek mümkündürmü yeni 2 ci kursu xaricde tehsil almaq olurmu ? Əlavə olaraq ortalama bal kimi bakalavr balı götürülürmü ?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Bəli master 1ci kursu bitiri 2ci kursu artıq orda başlaya bilirsiniz. GPA balı birinci kursdakı qiymetleriniz nezere alınır. Uğurlar🙂

    • @pg1635
      @pg1635 Год назад

      @@alinovruzov6188 bəs dissertasiya işi necə olur?

  • @musaliyev9588
    @musaliyev9588 Год назад

    Təqud ən bilinəni deyəndə başa düşülmür zehmet olmasa yazardiz da nə dediyin

  • @gunelalizada6903
    @gunelalizada6903 Год назад

    Əli bəy iş təcrübəsinin olmaması minusdur mu?

  • @nothingvideos689
    @nothingvideos689 Год назад

    Salamlar universitet de kesrlerim var erasmus programina qebul ola bilerem mi

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Yaxşı olarkı kəsrlərinizi həll edəsiniz. Uğurlar

    • @nothingvideos689
      @nothingvideos689 Год назад

      @@alinovruzov6188 bəs universitet ortalamasinin kesrlere təsiri vardır mi ?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Bəli, siz kəsrlərinizi düzəltdiyiniz zaman ona uyğun ortalama balınızda dəyişəcək

  • @rinatverdiyev
    @rinatverdiyev Год назад

    Salam axı yaş aralığı 13-36 dır

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam, təhsillə bağlı gedirsinizsə bu zaman unide oxumalısınız. Bu zaman yaş aralığı isə 18 üzəri nəzərə alınır. Qeyd etdiyimiz kimi ersmusun xeyli qolu var. Mənim videoda danışdığım təhsil qoludur. Uğurlar🙂

  • @sairlrinseirlri6208
    @sairlrinseirlri6208 Год назад

    Sabah mənim müsahibəm olacaq😥

    • @sairlrinseirlri6208
      @sairlrinseirlri6208 Год назад

      Və ingilis dilimm...A1

    • @peter3051
      @peter3051 Год назад

      nece oldu

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Təəssüf ki mesajınızı indi görürəm. Ümid edirəm ki, qəbul olmusunuz. Uğurlar🙂

    • @sairlrinseirlri6208
      @sairlrinseirlri6208 Год назад

      @@peter3051 1-ci mərhələdən keçdim ikincisinidə keçə bilərdim amma alınmadı gələn il inşallah

  • @omrsuleymanl7357
    @omrsuleymanl7357 Год назад

    Burda IT uztə oxumaq ucün hansı universiteti məsləhət görərdiz?

  • @elviranuriyeva025
    @elviranuriyeva025 Год назад

    Əla👍🏻😍😍😍

  • @sonaqafarova3767
    @sonaqafarova3767 Год назад

    Salam.Azərbaycanlı tələbələr yataqxanalarda qala bilir?

    • @freyasalmanova
      @freyasalmanova Год назад

      Salam. Siz Belçikadan qəbul almısınız? Bu il gedəcəksiniz?

    • @Fuaded
      @Fuaded 5 месяцев назад

      @@freyasalmanovasalam getdiniz ora ??

  • @Maks_Plank
    @Maks_Plank Год назад

    Salam.İlk müraciət stipendium hungaricuma olunmalıdı daha sonra universitetlərə?Daha sonra stipendium hungaricum univeristetlərə aplication fee qarşılayır?

  • @btmusichd5934
    @btmusichd5934 Год назад

    Erasmus bittikdən sonra getdiyimiz universitetdə qala bilərik?

    • @alinovruzov6188
      @alinovruzov6188 Год назад

      Salam. Erasmus təhsil xətti müddətli və müqavilə şəklində olduğu üçün period bitdikdən sonra mütləq qayıtmalısız. Uğurlar🙂

  • @fidaska21
    @fidaska21 Год назад

    Bitirdikdən sonra geri qaytarmaq şərti qoyulur?

  • @raulmmmdzad6181
    @raulmmmdzad6181 2 года назад

    Təşəkkürlər məlumatlandırıcı video üçün.🙏

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Əgər sizə bir faydası oldusa nə xoş bizə😊

  • @xaverxaliqli4998
    @xaverxaliqli4998 2 года назад

    yataqxanada teqaude daxildir?

  • @arzuvahabova7253
    @arzuvahabova7253 2 года назад

    Salam çox faydalı video oldu, 1 il dil kursu müddətində təqaüd verilir? Yoxsa o müddətdə yaşam xərclərini özümüz qarşılamalıyıq

  • @Fidan99999
    @Fidan99999 2 года назад

    Uğurlar arzu edirem! Daim ireli!

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Təşəkkürlər. Sizə də həmçinin uğurlar arzu edirəm🙏🏻😊

  • @Fidan99999
    @Fidan99999 2 года назад

    Çox sevdiyim ölkələrdən biridir. Hər cəhətdən. Çox maraqlı və dəyərli video oldu mənim üçün:)

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Təşəkkürlər. İnanıram bir gün arzunuz reallaşacaq 🙏🏻😊

    • @Fidan99999
      @Fidan99999 2 года назад

      @@alinovruzov6188 Çox sağ olun. İnşallah.😊

  • @starwarsturkeyyldzsavaslar4373
    @starwarsturkeyyldzsavaslar4373 2 года назад

    Mükəmməlsiniz

  • @aliaganovruzov2979
    @aliaganovruzov2979 2 года назад

    222222222222222222.M

  • @zulfiyyeasgerova9046
    @zulfiyyeasgerova9046 2 года назад

    Salam bu univertetə qəbul nəvaxta qədərdi

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Salam xanım, əvvəla sizə uğurlar arzu edirəm. Linkə keçid edərək baxa bilərsiniz: www.kuleuven.be/english/application/when-to-apply

  • @Fidan99999
    @Fidan99999 2 года назад

    Ronaldonun vətəni😍😍😍Möhtəşəmmmm

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      İnsaAllah sizə də qismət olar

    • @Fidan99999
      @Fidan99999 2 года назад

      @@alinovruzov6188 İnşallah. Çoox sağ olun.😊

  • @Fidan99999
    @Fidan99999 2 года назад

    Səhv etmirəmsə uşaqlıqda marağınızı cəlb edən və orada olmağı istədiyiniz yer Roka idi😍

  • @Fidan99999
    @Fidan99999 2 года назад

    Mən də hüquq fakultəsini seçmişəm və uşaqlıqdan çox böyük sevgim var bu sənətə😍😊İlk növbədə hədəfim B.D.U, daha sonra isə arzum Almaniyadakı prestijli universitetlərdən birinə qəbul olub Magistraturanı orada oxumaqdır.👐☺☺☺Və çox maraqlı bir video oldu mənim üçün

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Dəyərli fikirləriniz üçün minnətdaram😊 Sizə seçdiyiniz yolda uğurlar arzu edirəm🤞🏻

    • @Fidan99999
      @Fidan99999 2 года назад

      @@alinovruzov6188 Çox sağ olun.

  • @mahammadfeyzullayev5054
    @mahammadfeyzullayev5054 2 года назад

    cox gozel mende hemshe hollandiyada tehsil almag arzusunda olmusham pütün suallarima rufet qardasimiz aydinlig getirdi ardi gelsin👍

  • @OnlineStudyAcademyosa
    @OnlineStudyAcademyosa 2 года назад

    Uğurlar👍👏

  • @sahinsemedzade8480
    @sahinsemedzade8480 2 года назад

    Salam, Əli bəy. Əvvəla, faydalı məlumatlar paylaşdığınız üçün təşəkkür edirəm. PhD'yə qəbul almaq masterlə müqayisədə rahatdır yoxsa necə? Bir də ki, PhD'yə müraciət zamanı iş saatı tələbi və yazud interview tələb olunur? (Məsələn İSVEÇ'də). Zəhmət olmasa, bilirsinizsə, deyərdiniz. Əvvəlcədən təşəkkür edirəm

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Salam🖐🏻 Əvvəla bayramınızı təbrik edirəm. Və dəyərli fikirləriniz üçün minnətdaram🙏🏻😊 Sualınıza cavab olaraq onu qeyd edim ki, bəli phd qəbul olmaq masterlə müqayisədə çətindir amma mümkünsüz deyil. Sadecə səbrli olmaq və vaxtında müraciətinizi tamamlamaqdır. Və bəzən müraciət prosesi uzun çəkə bilər videoda da qeyd etdiyim kimi. İş saatı tam olaraq deyə bilmərəm amma mən tələb olunduğunu görməmişəm. Ancaq müsahibə 100% olacaq. Çünki əsas məsələ müsahibədir. Ondan sonra bildirlir qəbul oldunuz ya yox. Ümid edirəm müəyyən qədər suallarınızı cavablandıra bildim. Demək olar videoda bütün prosesə toxunmağa çalışmışam. Yenə nə sualınız olarsa buyurub verə bilərsiz. Uğurlar🤞🏻😊

    • @sahinsemedzade5984
      @sahinsemedzade5984 2 года назад

      @@alinovruzov6188 Salam, Əli bəy. Çox sağ olun. Mən də sizin keçmiş bayramınızı təbrik edirəm. Üzrlü sayın, ancaq indi cavablayıram mesajınızı. Ətraflı məlumat üçün təşəkkür edirəm.

  • @nazrinmammadova8116
    @nazrinmammadova8116 2 года назад

    çox yararlı videoduur

  • @nazrinmammadova8116
    @nazrinmammadova8116 2 года назад

    Belçika🤤🤤😍

  • @asifmustafayev7705
    @asifmustafayev7705 2 года назад

    salam.mən hal hazırda magistr təhsili alıram ölkədə.o bitməyinə az qalmış yəni 2023 ün yanvarında 2 ci təhsil üçün xaricə müraciət edə bilərəm ?təqaüdlü

  • @atashrahimov5546
    @atashrahimov5546 2 года назад

    👏👏👏

  • @elnuresgerov4823
    @elnuresgerov4823 2 года назад

    👍👍

  • @sevinjguliyeva6827
    @sevinjguliyeva6827 2 года назад

    Çox zövq aldığım müsahibə oldu, təşəkkür edirəm!💙

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Mənim üçün də çox xoş oldu🙏🏻😊

    • @studytime1898
      @studytime1898 2 года назад

      Sevimli mavili Hüquqşunas və Əli bəy sevilirsiz

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Dəstəyiniz üçün çox sağ olun🙏🏻😊

  • @studytime1898
    @studytime1898 2 года назад

    Həmişəki kimi əla

  • @nazrinmammadova8116
    @nazrinmammadova8116 2 года назад

    Uğurlar, Əli🎉 əla videodur

  • @EminValixanov
    @EminValixanov 2 года назад

    Ali təşəkkür edirəm qeyd etdiyin üçün. Uğurların bol olsun. Abunə oldum. Fəaliyyətinə dəstəyəm! ❤

    • @alinovruzov6188
      @alinovruzov6188 2 года назад

      Əvvəla dəstəyiniz üçün sizə minnətdarlığımı bildirirəm🙏🏻😊 Sizin kanalı böyük məmnuniyyətlə qeyd etdim. Çünki paylaşdığınız videolar sayəsində motivasiya alaraq PhD üzrə müraciətim tamamladım. Mən də eyni zamanda sizə təhsilinizdə və karyeranızda UĞURLAR arzu edirəm😊