- Видео 60
- Просмотров 67 884
Əlövsət Kərim, "Poeziya səhifəsi"
Россия
Добавлен 9 авг 2018
Əlövsət Kərim, şeirlər
Видео
Əlövsət Kərim, Payızın rəngləri, MASALLI MEŞƏLƏRİ PAYIZDA, musiqi: Ə.Salahov, P. Kazımov
Просмотров 142Месяц назад
Dumandan başına atıb örpəyi, Al-əlvan xalılar toxuyur payız! Səsini yağışin səsinə qatıb, Hüznlü nəğməsin oxuyur payız! Əlövsət Kərim
Əlövsət Kərim. Savalan. Səs: Arzu Heydərova
Просмотров 416Месяц назад
Savalan Gəldim görüşünə, Savalan dağı, Tikanlı mərzlərdən keçə bilmədim... Çən də çəkilmədi bu səhər çağı, Mən dağı düzəndən seçə bilmədim... Dərdlər az deyildi, biri də artdı Günəş də tələsdi, bu gün tez batdı Nədən bu yerlərdə bəxt belə yatdı? Vüsala qolumu aça bilmədim... Yollar, qədim yollar bizdən inciyib Dağlar dərələrdən, düzdən inciyib Qəlbim də gecikmiş yazdan inciyib Xoş arzu əkmişdim...
Əlövsət Kərim, "Əfv et"
Просмотров 1698 месяцев назад
Gizlicə getdim ki, kövrək ürəyim Ayrılıq dəminə dözməyəcəkdi. Qaldım mən biçarə, sənə nə deyim? Təşvişlər canımın tabını çəkdi! Sən elə sanma ki, çıxdın yadımdan, Gedəndə demədim sənə əlvida. Əfv et, günahkaram, keç günahımdan Talemiz qoymadı seçim dünyada. Bir anda insafsız, amansız hicran, Etdi sevgimizə kədəri şərik, Qüssələr qəlbini qoymasın viran Yenə Allah qoysa, biz görüşərik!
Əlövsət Kərim; "Kəndim" şeiri, səsləndirdi: Orxan; musiqi: Bayatı Şiraz
Просмотров 5959 месяцев назад
Kəndim Dünyanın mərkəziydi, Sevinclər körfəziydi, Hər şeyin əvəziydi Mənim sevimli kəndim. Xoruzlar banlayardı, Körpələr ağlayardı, Gün çıxıb nur yayardı, Yaşıl geyimli kəndim. Hərdənbir çən düşərdi, Yerlə göy görüşərdi, Quzular mələşərdi, Çölləri dəmli kəndim. Arzular ülvi idi, Yuxular qeyri-adi, Sevdim onu əbədi, Meyvəsi tamlı kəndim. Uşaqlıq tez tükəndi, Taleyin üzü döndü Ayırdı məni, kəndi ...
Əlövsət Kərim, "Tellərdə"
Просмотров 379Год назад
Əlövsət Kərim, "Tellərdə" Çal aşıq, çal öz sazını, Mizrab gəzsin səf tellərdə. Duamıdır, ovsunmudur? Sehrlidir səs tellərdə! Yada düşdü dostum-yarım, Ürəyimdən çıxdı xarım. Fikirlərim, xəyallarım Eylədilər bəhs tellərdə. Çal aşıq, çal, dağılsın qəm Sevinc qoysun qəlbə qədəm. Qürbət eldə təngimişəm Alım bir nəfəs tellərdə... Dərdlər var ki, dönüb dağa Həsrətəm doğma ocağa. Bu dünyada yaşamağa Qo...
Əlövsət Kərim,“Qara sevda”, səs: A.Heydərova
Просмотров 193Год назад
Əlövsət Kərim “Qara sevda” Sevgimə çəkdiyim ağ-qara rəsmin Ağ rəngi sənlidir, qarası sənsiz! Bu payız axşamı xatirələrin Yarısı sənlidir, yarısı sənsiz! Ürəyim yol azmış bir biçarədir, Qəfil bu tufanda o bikarədir, Həsrətdən bölünüb parə-parədir Parası sənlidir, parası sənsiz! Bu qara sevdanın günahı kimin? Sevgim də həmindir, sevdiyim həmin! De görüm, əzabla əkiz eşqimin Harası sənlidir, haras...
Əlövsət Kərim, Bu yanan şam deyilmi?, "Cami-cam", səs Furqani
Просмотров 136Год назад
Əlövsət Kərim "Cami-cam" Gün batır, qaş qaralır, Artıq axşam deyilmi? Pərvanə yaxın gəlmir... Bu yanan şam deyilmi? Ömür-günün səyyadı, Bu yabançı dünyadı... Ərşdə şikar fəryadı... Yan-yörə dam* deyilmi? Nədir yerdə sürünən, Toz-torpağa bürünən, Cılız, cansız görünən... Xoş arzu-kam deyilmi? Ömür yox, qaçaqaçdı, Sanki rüsumdu, bacdı, Azı tox, çoxu acdı... Bu dünya tam deyilmi? Ömür-kamillik yük...
Əlövsət Kərim, Getməyə yer axtarıram!, səs: Furqani
Просмотров 215Год назад
Əlövsət Kərim Getməyə yer axtarıram! İllər keçir, pillə-pillə Allaha doğru qalxıram... Ruhum vücudla üsyanda, Dinclik üçün darıxıram. Həmişə var olub dünya Ömür də ki, qısa röya Röyamı danışıb suya Kövrəlirəm, karıxıram. Gəda taxta çıxır tacsız Güclüdən bac alır gücsüz Aləm qalıb mat, əlacsız Çarə tapılmır, baxıram... Çoxu həyat sürür kefnən Yaxınını yoxdur sevən Çoxalıbdır adamyeyən Kömək də k...
POEZİYA SƏHİFƏSİ, ƏLÖVSƏT KƏRİM, ŞEİRLƏR
Просмотров 355Год назад
POEZİYA SƏHİFƏSİ, ƏLÖVSƏT KƏRİM, ŞEİRLƏR SƏS: A.HEYDƏROVA FURQANİ O.DADAŞOV
Əlövsət Kərim, "İnsanlıq bir zarafatmış!", şeiri səsləndirdi: O. Dadaşov
Просмотров 311Год назад
İnsanlıq bir zarafatmış! Dövr gəlib çox amansız Dirilər ölü tək cansız, Başbilənlər də imansız... İnsanlıq bir zarafatmış! Sərvət yığır bütün əsri Nəfsin çoxüzlü əsiri, Tanrının bu "şah əsəri" İnsanlıq bir zarafatmış! Tabut içi bələk kimi, Zalım gülür mələk kimi, Bu aləmə kələk kimi İnsanlıq bir zarafatmış! Qəlbi məsum, üzü nəfis Zindana salındı Yusif, Nə fayda etdik təəssüf... İnsanlıq bir zar...
Əlövsət Kərim, "Dərddənmi başımız ağarıb belə?", səs: Furqani
Просмотров 157Год назад
"Çilə*", Əlövsət Kərim, Dağlar, vüqarınız gəldimi gözə? Başınız bürünüb dumana-sisə! Necə şərik olum kədərinizə? Qəhəri qovmağa dönümmü yelə? Dərddənmi başımız ağarıb belə? Qalmışkən çarəsiz bir elin gözü Gəzir bu dünyada "mizan-tərəzi"! Qalanıb hər yanda laqeydlik buzu, O nə vaxt əriyib dönəcək selə? Dərddənmi başımız ağarıb belə? Qartal məskən salar yüksəkdə yalqız, O enməz düzlərə qalsa yuva...
Əlövsət Kərim, "Yaltaq" şeiri, səs: Furqani
Просмотров 1,7 тыс.Год назад
"Yaltaq" Hiyləylə, təriflə adam aldadıb Tülküyə dönmüsən, a yaltaq insan! Saxta təbəssümün üzündə donub İnsan tək sönmüsən, a yaltaq insan! Təmiz ürəklini indi zəmanə Çox vaxt möhtac edir sən tək yamana, Yalanın odunda, olub pərvanə, Sağ ikən yanmısan, a yaltaq insan! Vicdanı yox olmuş bir havalısan, Toyda da, yasda da söz baqqalısan. Güya bu ellərin "ağ saqqalı"san, Eləmi sanmısan, a yaltaq in...
Əlövsət Kərim, Bilirsənmi vətən nədir?, səs: Furqani
Просмотров 365Год назад
Əlövsət Kərim, Vətənindən küsən adam. Vətənindən küsən adam, bilirsənmi vətən nədir? Tükənməz bir sevgidir o, qəlb evində yuva salıb Qayğısız son günləridir, uşaqlığın, yadda qalıb Eşitdiyin saz səsidir toy-düyündə ozan çalıb... Vətənindən küsən adam, bilirsənmi vətən nədir? O varlığın həmişəlik, daimi bir parçasıdır O yaddaşdır, xatirədir, həm şirindir, həm acıdır O bir irşdır, bizə qalıb, ata...
Əlövsət Kərim, "Bu dünya tam dünya deyil", səs: Furqani
Просмотров 346Год назад
Əlövsət Kərim, "Bu dünya tam dünya deyil", səs: Furqani
Əlövsət Kərim, "Gedirəm" şeiri, səsləndirdi O.Dadaşov
Просмотров 757Год назад
Əlövsət Kərim, "Gedirəm" şeiri, səsləndirdi O.Dadaşov
31dekabr, Dünya Azərbaycanlılarının həmrəyliyi günü
Просмотров 465Год назад
31dekabr, Dünya Azərbaycanlılarının həmrəyliyi günü
Əlövsət Kərim, "Ney səsi" şeiri, səs: Furqani, tütək: Əlixan Səmədov, video: Faiq Mirzə
Просмотров 1,8 тыс.2 года назад
Əlövsət Kərim, "Ney səsi" şeiri, səs: Furqani, tütək: Əlixan Səmədov, video: Faiq Mirzə
Əlövsət Kərim, "Oyun" şeiri, səs: O. Dadaşov
Просмотров 3102 года назад
Əlövsət Kərim, "Oyun" şeiri, səs: O. Dadaşov
Əlövsət Kərim, "Qocalıq", şeiri səsləndirdi Furqani
Просмотров 17 тыс.2 года назад
Əlövsət Kərim, "Qocalıq", şeiri səsləndirdi Furqani
Əlövsət Kərim, "Ağ yol" şeiri, səs: Arzu Heydərova
Просмотров 8642 года назад
Əlövsət Kərim, "Ağ yol" şeiri, səs: Arzu Heydərova
Masallı, İsti su, Dəmbəlov,Yanar dağ, Şıxlar
Просмотров 6542 года назад
Masallı, İsti su, Dəmbəlov,Yanar dağ, Şıxlar
Əlövsət Kərim, "HANI?"şeiri, səsləndirdi Furqani
Просмотров 2,5 тыс.2 года назад
Əlövsət Kərim, "HANI?"şeiri, səsləndirdi Furqani
Əlövsət Kərim, "Hanı?" şeiri, səsləndirdi Furqani
Просмотров 2,7 тыс.2 года назад
Əlövsət Kərim, "Hanı?" şeiri, səsləndirdi Furqani
Əlövsət Kərim, Rübailər, səs: Furqani
Просмотров 1,7 тыс.2 года назад
Əlövsət Kərim, Rübailər, səs: Furqani
Əlövsət Kərim, "İNDİ", səsləndirdi Furqani
Просмотров 2,9 тыс.3 года назад
Əlövsət Kərim, "İNDİ", səsləndirdi Furqani
Çox sağ olun ! Çox gözəl
Çox gözəl yazılıb, xanımın səsində lap qəşəng hər ikisinə can sağlığı
👏👏👏👏
❤❤❤❤❤❤
"Афəринлəр !!! Əhcəнлəp !!! Məphəбaлap !!!" Дəpин höpмəтлə, ©️ T.С. Рза-задə (Гарапапаглы)
«Ölümdən qorxanların günahları çoxdur ..! Allahın yanında olan və Onun bütün qanunlarına ciddi əməl etməyə çalışan insanlar heç vaxt ölümdən qorxmurlar, əksinə Mütəal Allaha qovuşmağa sevinirlər...» ©️ /T.S.o. Rza-zadə (Qarapapaqlı)/.
«Bəşəriyyətin yarandığı günündən bu günə qədər və əbədi olaraq aktuallığını saxlayan, qızıl hərflərlə yazılmağa layiq olan və müqəddəs səmavi kitabımız Qurani Kərimə istinadən deyilənləri dinlədikcə Şeyx Nizaminin də "Xeyir və şər" poeması yada düşür...» ©️ /T.S.o. Qarapapaqlı/
Super ağlatdiz bizi 😢
Düz sözə nə.deyim ayşair
E Ş Q OLSUN, ŞAIR!
мин яша шаир
Сагол гёзел инсан Фургани.
sağ ol, şair❤
Çox gözəl
İnsanlıq bir zaradatmış😢
Əla şerdi❤❤❤ Minnətdaram
Sevgide Anlayisim yoxdur Amma qemli seyirdir
Çox tezir edicidir 😢
Təşəkkür edirəm, var olun!
@@Alovsatkerimpoeziyasiz də var olun❤
Дюзду дайы 30 илдир кусмушем гачмышам Русия генчлийими севдийими дохмаларымы унутдум санки бир йуху галмышам гейле йер арасында саллаг 35 илди ветен есрети делди гелбими 63 яшда анладым нечаде сефех олдум ес Ветенденде кусерлер?????😢😢😢
Sağol ay şair.
Eledeir ki,var ay Vetenimin şair oğlu. Çox hayif ki,beledir.
👍👍👍
Саг ол муэллим, Аллаhдан hамысына рэhмэт дилэйирэм
Sanki bizim kendimiz üçün yazilib. Malesef ki,beledir 😭♥
😭😭menim de dünyadan köçmeye son yolum olar Vetenim. Amin!
"Hara qaçsan da özün özünden qaça bilmezsen "meseli kimidir bu Veten sevgisi de. Mesafeler uzaq olsa da dualarda, xeyallarda, düşüncelerde,ruhunda, qelbinde daima seninle olur Vetenin.
Çox gözel bir şeir ve çox da gözel seslendirme. Allahu teala razı olsun ikinizden de. Amin!
En ulu yer Vetendir!
"sevgidendir direkleri "-👏👏👍
😢😢😢😢
Çəmə dıl ❤
Allah şəhidlərimizə rəhmət eləsin
Yazan barmaqların var olan
Saçıma baxanda gördüm ağ də ni Bildim çatdırmısan mənzilə ey. dost Sağ ol yarı yolda qoymadın qalam Yetirdin ahıl mülkümə cavanlıq.
❤❤❤
Deyirdiler ki, yer küresi mehebbet oxu etrafında fırlanır. Amma indiki zamanlarda nifret oxu etrafında firladırlar.
Deyirdiler dünyanı sevgi, gozellik xilas edecek. Amma qaldimi insanlarda sevgi ?
Beli, eledir ki,var. Mosunlar üçün, zenginler üçün bir eylence oldu dünya. 11 min alimin çalıştığı neheng lobratoriyalarda gözel icadlar yapmaq evezine ancak çirkin tecrübelerle meşgul oldukları halda dünyada dunyalıq qalar?
Allah bütün şəhidlərimizə məkanını cənnğtlik etsin allah bütün şəhidlərimizə rəhmət etsin onların yerini heç nə verə bilməzz😔😔😔😔
Bu Douztən şəlaləsidir?. Çoxdan olmuşam İstisuda
Чох гозал шаир ешг олсун!
Чох гозал шаир, чох гозал сасландирирсиз!
Старость радость .
Salam saqol sair
Саг ол шаир!
BU QOCALIQ DEYÌLEN KÌ DOVR ZAMAN VAR HEYATIN EN XAIN EN SATQIN EN REZÒL EN ALÇAQ EN DÒZÙLMEZ ÇAGLARIDIR. ÒZÙ KIM WEREFSÌZ ÒZÙ KIMI MURDAR BÌR DÒVR YOXDUR. BIR HALDA KI GÒZ GÒRMÙR QULAQ EWÌTMÌR AYAW TOPUQ ÇALÌR HRÈCNEYE YARAMÌRSAN DEMELÌ ÒLÙSEN. TÙPÙRÙM BELE DÒVRE BELE ZAMANA.
Ешг олсун шаир гардашыма!
Çox sağ ol, var ol!
Dünya qonaq dünyasıdır Dünya sinaq dünyasıdır Dünya qınaq dünyasıdır Xoş gəlmişik bu dünyaya Xoş hal Gedək bu dünyadan Qaynaqçıdır bunu yazan Yol gözləyir qəbir qazan Nə qazansan halal qazan hörmət qazan izzət qazan Deməsinlər boşdu qazan boşdur qazan Müəllif Məmməd Zülfüqar oğlu AĞDAM Mərhum
🌷
Maşallah səsə bax səsə